Страницы

07.02.2011

Barak Obama: “Səbr ver, ya rəbb”

ABŞ prezidenti Barak Obama “Dua Günü” münasibəti ilə Misirdə zorakılığa son qoyulması üçün dua etdiyini söyləyib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “İllik Milli Dua Yeməyi”ndə danışan Obama Misirdə sonuncu 48 saatda artan şiddətli toqquşmaları ABŞ-ın diqqətlə izlədiyini bildirib. Misir xalqının istəklərinin reallaşmasına ümid etdiyini söyləyən Obama Misir xalqı və bütün dünyanın üzərində hər zaman xoş günlərin olmasını diləyib. Obama yemək zamanı 12 yaşındakı qızı Malia üçün etdiyi duanı danışıb: “Allahım, bu qız ilk dəfə rəqs gecəsinə gedəcək. Mənim qızım ilk dəfə rəqsə gedərkən mənə səbr ver, ya rəbb. Orada mütləq oğlanlar da olacaq. Bizim qız ora çatana qədər yol boyu geyindiyi don da uzansın inşallah”.

 
Nərgiz Ehlamqızı

Комментариев нет:

Отправить комментарий