Страницы

17.02.2011

İran ABŞ-a qarşı döyüş strategiyasını açıqladı

İran dəniz döyüş strategiyası böyük Amerika döyüş gəmilərini kiçik sürət mühərrikləri ilə dayandırmaq üzərinə qurduğu planı açıqlayıb. 

“Qafqazinfo”nun “Fars” xəbər agentliyinin istinadən verdiyi məlumata görə, Tehrandakı “Əmir Kəbir” Universitetində çıxış edən İranın müdafiə naziri general Əhməd Vahidi Amerikanın Körfəzdəki təyyarə gəmiləri və nəhəng döyüş gəmilərini kiçik sürət mühərrikləri ilə vurma doktrinasının məhsuldar olduğunu söyləyib: “İran İnqilab Gözətçiləri donanmasının bel sümüyünü təşkil edən sürət mühərrikləri dəniz müdafiəmizin təməlidir”.

İranın dəniz müdafiə texnologiyasının bu strategiya istiqamətində inkişaf etdirdiyini qeyd edən nazir bu strategiyanın səmərəli olduğunu bildirib.
Vahidi İran donanmasında hələ də saatda 130 kilometr hərəkət edən sürət mühərrikləri olduğunu bildirərək, bunların sürətlərini saatda 180 kilometrə çatdırmaq istədiklərini qeyd edib.

Nərgiz Ehlamqızı

Комментариев нет:

Отправить комментарий