Страницы

11.02.2011

Azərbaycanda internet niyə bahadır?

İbrahim Sel                 Professional Oxucu Liqası

 Dünyada internet xidməti 40 il əvvəl yaranıb. Azə rbaycana isə bu yenilik 20 ildir ki, gəlib. Azərbaycanda internet pulu yığan 37 provayder vardır. Provayder, bir növ heç nədən pul yığan bir qurum kimidir. Bəzən deyirlər ki, guya filan provayder əhaliyə bu cür, o cür xidmət göstərir. Ağ yalandır. Sadəcə olaraq, hərəsi bir-iki telefon nömrəsi alıb, ümumi internet kabelin bir qulağına özünü pərçim eləyib, şifrəli kart buraxaraq camaatdan pul yığır. Bu 15 ildə yığılan pulları hesablasanız, dəli olarsınız. Deyəcəksiniz ki, göstərilən xidmətin pulunu ödəməlisən.
 Məsələ burasındadır ki, bizdə internetin sürəti «0» nöqtəsi sayılır və bu sürətə görə dünyanın heç bir ölkəsində pul alınmır. Qısaca desək, bu sürət «tısbağa» sürətidir və bütün xidmət bu sürətdən yuxarı hesablanır.
 Azərbaycanda internetin qiyməti (yuxarıda qeyd etdik ki, bu cür sürət bütün dünyada pulsuzdur) Gürcüstandan 1400, Rusiyadan isə 2000 dəfə bahadır!
 Bu fərqi aydın başa düşmək istəyirsinizsə, hesab edin ki, 1 manat verib 5 saatlıq internet vaxtı aldığınız pulla Rusiyada 3-4 il internet abunəçisi ola bilərsiniz. Rabitə Nazirliyi vaxtilə elan etdi ki, 2008-ci ilin əvvəlində Avropada internetin sürəti iki dəfə artacaq və bu o deməkdir ki, Azərbaycanda internet xidməti də iki dəfə ucuz olacaq. İki dəfə ucuz olacaq internet Rusiyadan 2000 dəfə baha imişsə, daha bu ucuşlaşmaya sözümüz yoxdur.
 Yaşlı təbəqənin nümayəndələri yəqin ki, Sovet dövründə mənzillərə çəkilən radionu xatırlayırlar. Bu xidmətin aylıq haqqı 30 qəpik idi. İndi bütün dünyada internet xidməti də bu cürdür. Mənzillərə gələn işıq, televiziya kabelləri kimi, internet kabeli də çəkilir, onun da aylıq haqqı təxminən 30 qəpiklik radio kimidir və burada heç provayder fırıldağı da yoxdur, ola da bilməz. Sadəcə, həmin internet xəttinə qoşulub istifadə edirsən.
 İndi dünyada internetin naqilsiz növü daha geniş yayılıb. Və bizdə bu sahədə də ürəkaçan heç nə yoxdur. Kabel internetindən əhalidən bu qədər pul yığılırsa, görün naqilsiz internet bir balaca inkişaf etsə, ondan necə pul yığacaqlar. Bu düzgün siyasət deyildir, məmurlarımız tərəfindən qəsdən yeridilən siyasətdir və ölkəmizə nə şərəf, nə də tərəqqi gətirəcək. Allahın Özbəkistanında da internet xidməti əsasən pulsuzdur. Laos kimi dilənçi bir ölkədə bütün internet xidməti (kabelli və kabelsiz) pulsuzdur. Əslində bu belə də olmalıdır. Laosun rabitə peyki yox, filanı yox. Laosun nə ixtiyarı vardır ki, qabaqcıl ölkələrin yerətrafı orbitə çıxardıqları rabitə peykinə görə əhalidən pul yığsın? İnternetin Azərbaycandakı sürətindən (daha doğrusu sürətsizliyindən) yuxarıda danışdıq. Bəzi provayderlər daha çox müştəri cəlb etmək üçün belə bir fırıldaqdan da istifadə edirlər: guya, filan provayder ən sürətli (128, 256 kb/s) internet təklif edir. Bu da ağ yalandır. Məsələn, internetin geniş yayıldığı Rusiyada belə 128 kb/s sürət yoxdur.

Комментариев нет:

Отправить комментарий