Страницы

02.04.2011

XIRDALAN CAMAATI BOĞAZA YIĞILIB


Bələdiyyə sədri Eldar Əhmədov hakimiyyətin antikorrupsiya siyasətini vecinə almır

Bakının düz «qulağının dibində» bir vaxtlar qəsəbə olmuş, lakin bir neçə ildir şəhər statusu almış Xırdalan elə bir bəlaya düçar olub ki, külli kainatın huri-qılmanları yığışıb onun dərdinə əlac tapa bilmir. Səbəb də budur ki, Xırdalan şəhərinin bəldiyyə sədri Eldar Əhmədov millətə qan uddurur. Tia.az-ın verdiyi məlumata görə, bütün ölkədə ən azından görüntü xatirinə də olsa islahat aparılır, işlər görülsə də, bunun Xırdalan şəhərinə qətiyyən aidiyyatı yoxdur. Şəhər statusu alsa belə, bu yaşayış məntəqəsində daşı-daş üstə qoyan yoxdur. İcra Hakimiyyəti isə hər şeyi unudub, öz gününə ağlayır. Millət də qalıb çölün düzündə.
Vəziyyət belədir ki, Xırdalanın bələdiyyə sədri nə televiziyaya baxır, nə də qəzet oxuyur. Ümumiyyətlə, ölkədə nələrin baş verdiyindən də xəbəri yoxdur. Şəhər sakinləri deyirlər ki, əgər Eldar Əhmədovun baş verənlərdən xəbəri olsaydı, daha əvvəlki kimi özfəaliyyətlə məşğul olmazdı. Onların dediyinə görə, bələdiyyə sədri köhnə qaydalara uyğun olaraq «bazar» prinsipləri ilə işinə davam edir. Torpaq almaq istəyən pulunu verməlidir. Arayış almaq istəyən də həmçinin.
Xırdalanlılar onu da deyirlər ki, şəhərdə nə abadlıq işləri aparılır, nə də bəldiyyənin tutarlı bir işlə məşğul olduğunu görən var. Onların sözlərinə görə, əgər belə davam edərsə, bir-iki ilə Xırdalanda əvvəllər salınmış parklar da yoxa çıxacaq. Eyni zamanda, hakimiyyətin antikorrupsiya tədbirlərindən də Eldar Əhmədovun xəbəri yoxdur. Hətta onu da deyirlər ki, bələdiyyə sədri hakimiyyətin antikorrupsiya siyasətini ümumiyyətlə, «hərləmir». Elə köhnə hamam, köhnə tasdır.



                                                                                     faktxeber.com

Комментариев нет:

Отправить комментарий