Страницы

01.04.2011

Səkinə Pur Həsən, şeirlər

                                                      SARI AY

Sarı ay
gecənin saçlarını hörəndə
xəyalıma
bir qız cığır salır.
at ayaqları
şeirimi çapır.
Balabanların qara mahnısı
sətirlərimdə oyanır.
İçimdən bir yaş
gözlərimi salamlayır.
Toydur!
Qaranlığın bağrı
çatlayan gün
daha lil baxışlarım
şaqqıldayan sellərinə də
aslan bir qızı boğmayır.
O yenə də
sarı ay tək
aydın göyün
gəlinidir...

                                                        SEVGİ

Yalnız əlləriylə əllərim öpüşəndə
barmaqlarım
nisgillərini barmaqlarımla bölüşəndə
dil açıb gözlərin
baxışların tamsınardı.
Sonra calanıb tellərim çiyninə
birər-birər yazıqlığını hörərdi.
Bir an saçlarının dalğasında
bir özləm boğulardı
və biz
yenidən sevişərdik...

                                                     AZƏRBAYCAN

Yağışların mahnısına
cumculuq islanıb
duyğularımın obası altında
adını çobanların tütəklərinin
isti səsi tək
könlümün vərnəsinə toxuyuram.
Gözlərimdən lam-lam adının Arazı axıb
dodaqlarımdan
yam-yaşıl Muğan tək göyərirsən
dişlərimin zirvəsindən
dəniz papaqlı Savalan tək ucalıb
dilimin pinarından
türk-türk axıb
qanımda dalğalanırsan
Az
Ər
Bay
Canım...

Комментариев нет:

Отправить комментарий