"Ya yoldaşlarınız hicablarını açmalıdır, ya da ki vəzifənizdən istefa verin"
Bu dəfə də redaksiyamıza şikayət Naxçıvandan daxil olub. FaktXeber.com-un "Qaynar xətt"inə müraciət edən və adının çəkilməsini istəməyən şəxs, Naxçıvan hərbi korpusuna aid hərbi hissədə iki nəfər zabitin həyat yoldaşları hicablı olduqlarına görə, xəbərdarlıq aldıqlarını bildirdi. Polkovnik-leytenant və kapitan rütbəli iki zabit qarşısında şərt qoyulub: Ya yoldaşlarınız hicablarını açmalıdır, ya da ki, vəzifənizdən istefa verin. Artıq zabitlər qaldıqları hərbi şəhərcikdən məcburi formada çıxardılıb və ev əşyaları çölə atılıb. Bu göstərişin Naxçıvanın hərbi korpus generalı tərəfindən verildiyi bildirilir. Mövzunu diqqətdə saxlayacağıq. |
Комментариев нет:
Отправить комментарий