Страницы

28.05.2011

Nə qədər ki, Qarabağ erməniləri Ermənistanda hakimiyyətdədirlər, sülh müqaviləsi imzalanmayacaq


image
Azərbaycan baş nazirinin müavini belə açıqlama ilə çıxış edib


“Dünyadakı son hadisələr Ermənistandan yan keçməyəcək. Çünki orada acından ölən ermənilər dözməyəcəklər.
 Bu milləti silahla, zorla nə qədər saxlamaq olar?” Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Ə. Həsənovun sözlərinə görə, nə qədər ki, Serj Sarkisyan və Dağlıq Qarabağdan olan digər ermənilər hakimiyyətdədirlər, Ermənistan Qarabağ probleminin həlli ilə bağlı sülh müqaviləsini imzalamayacaqlar: “Çünki sülh müqaviləsinin imzalanması onların Ermənistandakı hakimiyyətlərinin sonu deməkdir. Ona görə də düzgün çıxış yolu onların hakimiyyətdən getməsidir. Əgər beynəlxalq təşkilatlar, ABŞ, Fransa, Rusiya, münaqişənin həll olunmasını istəyirsə, Ermənistandakı qondarma rejimi dəyişməyə kömək etməlidirlər. Orada normal rejim hakimiyyətə gəlsin və Azərbaycanla əməkdaşlıq etsin”.
 
APA 

Комментариев нет:

Отправить комментарий