Страницы

29.05.2011

Türk telekanalları erməni dilində klip yayımlayır


Türkiyənin aparıcı özəl telekanalları və TRT ilk dəfə erməni musiqi qrupunun klipini yayımlamağa başlayıb. Bir neçə ay əvvəl Ossi Muzik adıyla gündəmə gələn «Sibil» albomu İstanbulun ən aparıcı məhəllələrindən biri olan Bəyoğludakı İstiqlal küçəsində satılan CD-lər içində birinci yerə çıxıb.
Türk və erməni musiqiçlərinin birgə layihəsi olan bu albomun hazırlanmasına sufi musiqsinin ən aparıcı nümayəndələrindən biri olan Mərcan Dədə və kanon çalan Göksel Baktağır rəhbərlik edib. Albomu ornanjman edən isə Cenk Taşkan (Majak Toşikyan) olub.
Sibil Pektorosoğlunun ilk klipinin sözləri erməni şair Ovanes Şiraza aid «Namaq», yəni «Məktub»dan götürülüb. Klipi isə Türkiyənin aparıcı rejissorlarından biri olan Özkan Aksular çəkib. Bu günə qədər Türk Pop Musiqisi üçün bir neçə layihə hazırlamış erməni əsilli Taşkan deyib ki, bununla bağlı 40 ildir çalışır. «40 illik bir çalışma nəticəsində CD-ni hazırladım. Bunu Türkiyə üçün etdim və hədəfinə çatdı. Musiqi hər şeyin fövqündə dayanır».

Комментариев нет:

Отправить комментарий