Страницы

26.05.2011

XARİCİ ŞİRKƏT HÜQUQ MÜDAFİƏÇİSİNİ HƏDƏLƏYİR

Mirvari Qəhrəmanlı: “Müqavilələri saxtalaşdıran “Hertel”in baş direktoru Bram Şotyens mənə təhdid məktubu göndərib”



“Hertel” şirkəti Azərbaycanda işçilərin hüquqlarını, ölkə qanunlarını kobud surətdə pozur. Biz isə bununla bağlı mübarizə apardığımız üçün hədələrə məruz qalırıq". Bunu “Yeni Müsavat”a açıqlamasında Neftçilərin Hüquqlarınını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı dedi.
Hüquq müdafiəçisi bildirdi ki, son bir neçə ayda onlara “Hertel” şirkətində işçilərin əmək hüquqlarının pozulması haqda müraciətlər daxil olub: “Şirkətdə çalışan 30-a yaxın işçinin bizə müraciətindən bəlli olur ki, bp-nin subpodratçı şirkəti olan ”Hertel"də işçilərin hüquqlarının pozulması özünü əsasən əmək müqaviləsinin bağlanması və işçilərin qanunsuz tutduqları vəzifədən azad edilməsində göstərir. Burada işəgötürənlə işçi arasında əmək müqaviləsi əvəzinə mülki-podrat müqavilə bağlanıb. Bununla işçilərin tutduqları vəzifədən azad edilməsi zamanı saxtalaşdırma aparılıb. Belə ki, işəgötürənlə işçi arasında bağlanan müqavilənin birinci səhifəsi dəyişdirilərək işçi qeyri-qanuni olaraq vəzifəsindən azad edilib. Bu isə açıq şəkildə saxtakarlıqdır. Baş vermiş saxtakarlıqla bağlı məhkəməyə müraciət etmişik. Proses Səbayel Rayon Məhkəməsində baş tutmalıdır. Saxtakarlığın baş verdiyini təsdiq edən sənəd bp şirkətinə göndərilib. Çünki bp BMT-nin Baş Sazişinə imza atıb və bu sazişdə təsbit olunmuş 10 prinsipə əməl edəcəyi ilə bağlı öhdəlik götürüb. Konkret halda isə həmin prinsiplərdən üçü pozulub. Əslində bp-nin qaydalarına görə, subpodratçı şirkət həm insan hüquqlarını təmin etməli, həm də bp-nin siyasətini həyata keçirməlidir. Ancaq bizim şikayətlərimizdən sonra “Hertel”in baş direktoru Bram Şotyens mənə hədə məktubu göndərib. Məktubda deyilir ki, apardığımız araşdırmalar şirkətin nüfuzuna zərbə vurduğu üçün bizi məhkəməyə verə bilər. Biz bu barədə də bp şirkətinə məlumat verdik, hazırda sözügedən şirkətin baş ofisini axtarırıq ki, məlumatı ora da çatdıraq".
M.Qəhrəmanlı dedi ki, baş verən qanunsuzluqlarla əlaqədar ombudsmana, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Korrupsiyaya ilə Mübarizə üzrə Dövlət Komissiyasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət edilib: “Obmudsman Aparatı bununla bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət edib. Lakin mən bu şikayətlərin obyektiv araşdırılacağına inanmıram. Çünki ”Hertel" şirkətinin de-fakto sahibi dünyaca məşhur olan və Azərbaycan iqtidarı ilə müəyyən əlaqələri olan bir şəxsin qohumudur. Hətta fəhlələrin mayın 20-də şirkətin qarşısında keçirdikləri aksiyanın telekanallarda işıqlandırılmasına belə imkan verilmədi".    

Комментариев нет:

Отправить комментарий