Страницы

19.06.2011

183 ALİM AGENT ÇIXDI


Bolqarıstanda Akademik Yüksək Təsdiq Komissiyasında (VAK) işləyən 183 alimin kommunist rejimi dövründə KQB-yə agentlik etdikləri ortaya çıxıb


FaktXeber.com-un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Parlament qərarı ilə yaradılan, dövlət təşkilatlarındakı personalın keçmişini araşdırmaqla məşğul olan dövlət komissiyasının internet səhifəsində yayımlanan açıqlamada VAK-ta 1242 adamın mövqeyi barədə bildirilir.
Araşdırma nəticəsində elmi idarələrdə işləyən 183 nəfərdən ibarət məşhur şəxsin 1989-cu ildə sona çatan kommunist rejimi dövründə KQB-yə agentlik etdikləri müəyyən olunub.
Devrilmiş diktator Todor Jivkovun dövründə müdafiə naziri olmuş Dobri Curovun qızı Askiniya Curova da VAK-ın agentləri siyahısına düşüb. İctimaiyyətin diqqətini çəkən digər agentlərin arasında Sofya Universiteti Siyasi Elmlər Fakültəsinin dekanı prof.Georgi Karasimeonov və mədəniyyət naziri Vejdi Raşidova yaxınlığı ilə bilinən məşhur rəssam Gredi Assa da var.

Комментариев нет:

Отправить комментарий