Страницы

19.06.2011

BƏXTİYAR HACIYEVİN ANASI SAXLANILIB

            O, YAP-ın üzvlük biletini Heydər Əliyevin məzarının üstünə qoyub



Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva YAP-nın üzvülük vəsiqəsini mərhum eks-prezident Heydər Əliyevin qəbrinin üstünə qoyub.

O, oğlunun həbsinə etiraz olaraq hakim Yeni Azərbaycan Partiyasından çıxdığını bildirib.

Bundan sonra hadisə yerinə gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Bəxtiyar Hacıyevin anasını və orada çəkiliş aparan RATİ-nin əməkdaşını saxlayıb. Hadisə yerində olan AzadlıqRadiosunun müxbirinin verdiyi məlumata görə, mühafizə xidmətinin əməkdaşları qeyd ediblər ki, Solidə Mövlayeva və RATİ-nin əməkdaşını bu məsələni aydınlaşdırmaq üçün aparıblar.

Yarım saat dindirildikdən sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı  Bəxtiyar Hacıyevin anası Solidə Mövlayevaya bildirib ki, onun partiya vəsiqəsi YAP-ın icraçı katibi Əli Əhmədova çatdırılacaq. Bundan sonra Solidə Mövlayeva sərbəst buraxılıb.

RATİ-nin Fəxri Xiyabanda kamera ilə çəkdiyi videogörüntülər isə silinib.

Комментариев нет:

Отправить комментарий