Страницы

28.06.2011

Azərbaycanda yaşı 5000 ilə yaxın olan daş tapılıb

         5000 il əvvəlin əlifbası böyük maraq doğurur


Lerikdə yaşı 5000 ilə yaxın olan daş tapılıb. Daş üzərində mixi işarələri ilə həkk olunan yazılar var. Daş, rayonun Blaband kənd orta məktəbində, Əliheydər Əliyevin yaratdığı şəxsi muzeydəki 3500-ə yaxın eksponatın sırasına qatılıb.
Tarixçi etnoqraf Həşim Kəlbiyev də, tapılan daşın üzərindəki yazıların mixi yazılara bənzədiyini bildirir. Bu yazıların Azərbaycan ərazisində tapılması onu söyləməyə imkan verir ki, ən azı 5000 il bundan əvvəl, azərbaycanlıların mixi yazıların vətəni olan Mesopotamiya ilə ictimai-siyasi, mədəni, ticarət əlaqələri olub. Yox, əgər bu yazı elə burda işlənibsə, çox ehtimal ki, yerli əhali mixi əlifbasından istifadə edib və bu işarələrlə öz fikirlərini ifadə etməyi bacarıblar.
Amma hər halda, son söz Arxeologiya və Etnoqrafiya İnstitutunun mixişünaslarınındır ki, bu daşın üzərindəki yazıları oxuyub, respublikamızın keçmişini, mədəniyyətini, o cümlədən, 1000 illər boyu yaşayış məskənləri haqqında öz fikirlərini əsaslı şəkildə izah edəcəklər.



Ülvi Məmmədli

Комментариев нет:

Отправить комментарий