Страницы

19.06.2011

Çox sadə bir istək….


Hər kəsin yaşamaq hüququ vardır
Sətbəst toplaşmaq barədə Azərbaycan Respublikasının Konistutisiyasında belə yazılıb:  Maddə 49. Sərbəst toplaşmaq azadlığı 
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
Yəni, düz oxudunuzsa burda Bakı Şəhər İcra Hakimiyyətinin İctimai məsələlər və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzaladığı məktubla buna icazə verib verməməsi yazılmayıb.
Bu millətin bütün haqq və hüquqları tapdalanır, özü də kobudcasına.  Hər kəsə haqqını tələb etməmək aşılanır, vətəndaşa haqq və hüququnu tələb etməyin suç olduğu elan olunur. Sanki haqqını tələb etmək xəyanətdir.
Son vaxtlar təşkil olunan aksiyalar polis və digər aidiyyəti strukturlar tərəfindən vəhşicəsinə dağıdılıb. 2 aprel mitinqinə  görə, yəni Konistutisiyanın 49-cu maddəsinə uyğun hərəkət edənlər həbsə atılıb. Az qala Vətən xaini elan olunacaqlar…
Bir haşiyədə çıxım:
Rövnəqlənən Azərbaycanda hər şey şəxsi ciblərə sovrulduğu kimi, futbola ayrılan pullar da Berti Foksdan tutmuş haralara getdiyini hamı bilir.
19 iyuna təyin olunmuş mitinqlə əlaqədar TV kanallarının üz qarası olan Liderin həyacanlı verlişində vətəndaşıları mitinqə çıxmamağa çağırıb və deyib ki, bəs futbolda yığma kimandamızın uduzmasının səbəsi İsa Qəmbərin oyuna baxması olub…
Məntiq budur. Bir referendum keçirib konstitusiyaya belə bir maddə salmaq lap yerinə düşər: Müxalifətçilər futbola baxa bilməzlər.
Nə isə…

AR Konustutsiyasının Maddə 54-də yazılıb:

I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyəti və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.
Gəlin görək buna əməl olunurmu? Əsla! İnsanlar siyasi əqidəsinə görə zindanlara atılır, ölkədən didərgin düşürlər. Budurmu hüquq… Qorxduquları gənclikdir…. qorxsunlar… onsuz da qorxan gözə çöp düşər… Amma bunların gözünə nə düşüb mən bilmirəm…
Seçkilər saxtalaşdırılır, səslər oğurlanır. Seçicinin səs vermədiyi şəxslər seçilmiş elan edilir. Konstitusiyanın bu maddəsinə də YAP maraqlarına uyğun əməl olunur.
Mötəbər Konustutsiyamızda  (Maddə 12) Dövlətin ali məqsədi barədə yazılıb:
- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Hansı vətəndaşın həyat səviyyəsi təmin edilir. Hər dəfə eşidirik ki,  maaşlar, pensiyalar  artırılır. Anoloqzus inkişafdan hakimiyyənin KİV-ləri dəm vururlar. Vura vura gedirlər. Bir pensiyaçıdan soruşdum pensiyan nə qədər artıb, dedi 80 qəpik. Bax budur hakimiyyənin ali məqsədi.
Maddə 28-ə Azadlıq hüququndan yazır:   Hər kəsin azadlıq hüququ vardır.
Varmı bu hüquq. Hakimiyyənin buna alternativi dudur: Azadlığımızı boğmaq. Kim azad söz deyə bilər, deyəni ya tuturlar, ya işsiz qoyurlar, yada məcbur edirlər ki, cix burdan get. Cünki Azərbaycan YAPokratların şəxsi mülküdür. Burda Azadlıqda, Azadlıq meydanında toplaşmaqda olmaz….. Sadəcə olmaz…

Fikir və söz azadlığı barədə Maddə 47-də yazır:  Hər kəsin öz fikir və söz azadlığı vardır və əlavə olunur:  Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.

Olurmu bunlar, Unversitetlərdə, iş yerlərində insanlar məcburən YAP-a üzv edilir. Müxalifət partiyalarına üzv olduqda isə təqib, təzyiq  edilir və işsiz saxlanılır.

Bu hakimiyyətin verdiyi əqidə Azadlığı budur: YAP-çı olmalısan, qurtardı getdi.

Mən, kimin və hansı liderin hakimiyyətə gəlməsinin fərqinə varmıram. Hər kəs istər öz partiyası hakimiyyətdə olsun. Bizim istədiyimiz xalqın demokratiyasıdır, insan kimi yaşamaqdır, vətəndaşın seçdiyinə biyət etməkdir. Nə qədər ki, xalq seçmir və vətəndaşın dediyi olnur o cəmiyyət məhfə məhkumdur. Mən xalqımın Azadlığın, seçim hüququn, xoşbəxt və insan kimi yaşamasın istəyirəm. Mən sağlam vətəndaş, savadlı, təhsilli millət istəyirəm. Mən ölkəmin vətəndaşının dilənçi kimi görmək istəmirəm. Mən aylarla dükanlara borclu qalan, iş deyib gəzən vətəndaşın ölkəsini istəmirəm. Mən neft pullarından tutmuş, bu ölkənin sərvətinin məmurların deyil xalqın arasında bölünməyin istəyirəm. Mən Azərbaycanda xalqın və demkoratiyanın qazanmasını istəyirəm.
Bax bunu istəyirəm .  Maddə 1. Hakimiyyətin mənbəyi:  - Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Xalqın hakimiyyəninin Xalqa qaytarılmasını istəyirəm.

Sondaki istəyimiz budur:

Yaşamaq hüququ (Maddə 27) : – Hər kəsin yaşamaq hüququ vardır.


Комментариев нет:

Отправить комментарий