Sətbəst toplaşmaq barədə Azərbaycan Respublikasının Konistutisiyasında belə yazılıb: Maddə 49. Sərbəst toplaşmaq azadlığı
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
Yəni, düz oxudunuzsa burda Bakı Şəhər İcra Hakimiyyətinin İctimai məsələlər və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzaladığı məktubla buna icazə verib verməməsi yazılmayıb.
Bu millətin bütün haqq və hüquqları tapdalanır, özü də kobudcasına. Hər kəsə haqqını tələb etməmək aşılanır, vətəndaşa haqq və hüququnu tələb etməyin suç olduğu elan olunur. Sanki haqqını tələb etmək xəyanətdir.
Son vaxtlar təşkil olunan aksiyalar polis və digər aidiyyəti strukturlar tərəfindən vəhşicəsinə dağıdılıb. 2 aprel mitinqinə görə, yəni Konistutisiyanın 49-cu maddəsinə uyğun hərəkət edənlər həbsə atılıb. Az qala Vətən xaini elan olunacaqlar…
Bir haşiyədə çıxım:
19 iyuna təyin olunmuş mitinqlə əlaqədar TV kanallarının üz qarası olan Liderin həyacanlı verlişində vətəndaşıları mitinqə çıxmamağa çağırıb və deyib ki, bəs futbolda yığma kimandamızın uduzmasının səbəsi İsa Qəmbərin oyuna baxması olub…
Məntiq budur. Bir referendum keçirib konstitusiyaya belə bir maddə salmaq lap yerinə düşər: Müxalifətçilər futbola baxa bilməzlər.
Nə isə…
AR Konustutsiyasının Maddə 54-də yazılıb:
I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyəti və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.
Gəlin görək buna əməl olunurmu? Əsla! İnsanlar siyasi əqidəsinə görə zindanlara atılır, ölkədən didərgin düşürlər. Budurmu hüquq… Qorxduquları gənclikdir…. qorxsunlar… onsuz da qorxan gözə çöp düşər… Amma bunların gözünə nə düşüb mən bilmirəm…
Seçkilər saxtalaşdırılır, səslər oğurlanır. Seçicinin səs vermədiyi şəxslər seçilmiş elan edilir. Konstitusiyanın bu maddəsinə də YAP maraqlarına uyğun əməl olunur.
Mötəbər Konustutsiyamızda (Maddə 12) Dövlətin ali məqsədi barədə yazılıb:
- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Hansı vətəndaşın həyat səviyyəsi təmin edilir. Hər dəfə eşidirik ki, maaşlar, pensiyalar artırılır. Anoloqzus inkişafdan hakimiyyənin KİV-ləri dəm vururlar. Vura vura gedirlər. Bir pensiyaçıdan soruşdum pensiyan nə qədər artıb, dedi 80 qəpik. Bax budur hakimiyyənin ali məqsədi.
Maddə 28-ə Azadlıq hüququndan yazır: Hər kəsin azadlıq hüququ vardır.
Varmı bu hüquq. Hakimiyyənin buna alternativi dudur: Azadlığımızı boğmaq. Kim azad söz deyə bilər, deyəni ya tuturlar, ya işsiz qoyurlar, yada məcbur edirlər ki, cix burdan get. Cünki Azərbaycan YAPokratların şəxsi mülküdür. Burda Azadlıqda, Azadlıq meydanında toplaşmaqda olmaz….. Sadəcə olmaz…
Комментариев нет:
Отправить комментарий