Страницы

02.06.2011

DOLLAR, MASONLUQ və “YENİ DÜNYA NİZAMI”

Deyerler.org: Yəqin ki, bir çoxlarının 1-dollarlıq əskinazı olub, olmayanlar da ən azından belə bir pulu görüblər. Amma, görəsən, bir kimsə bu əskinazın üzərində olan işarə və yazıların nəyi bildirdiyi barədə düşünübmü?

Beləliklə, gəlin əvvəlcə bir dollarlıq əskinaza sadəcə nəzər yetirək. Baxın, bu pul belədir:

DOLLAR, MASONLUQ və “YENİ DÜNYA NİZAMI”
DOLLAR, MASONLUQ və “YENİ DÜNYA NİZAMI”

Bir dollarlıq əskinazın dizaynını ABŞ-ın gələcək vitse-prezidenti Henri Uollesin xahişi ilə Sergey Makronovski adlı bir rus emiqrantı tərtib etmişdir. Mütəxəssislərin fikrincə, bu ləqəb (psevdonim) altında məşhur rus rəssamı, mistiki və teosofu Nikolay Rerix(1-izahlara bax) fəaliyyət göstərmişdir. Bir çox faktlar bu versiyanı təsdiq edir.

1920-ci ildə Nikolay Rerix ABŞ-a, Nyu-York şəhərinə köçür. O, burada “Aqni-Yoqa Cəmiyyəti” və Birləşmiş Sənətlər İnstitutu adlı qurumlar təsis edir. Nyu-Yorkda N.Rerix Henri Uolles adlı özü kimi bir mistiklə dostlaşır. Daha sonralar H.Uolles ABŞ-ın gələcək prezidenti Franklin Ruzveltin(2-izahlara bax) ən yaxın köməkçisi olur. Müşahidələr belə deməyə əsas verir ki, məhz Henri Uollesin təqdimatı ilə 1935-ci ildə dünyanın 21 ölkəsinin nümayəndəsi incəsənət abidələrinin mühafizəsi barədə Rerix Paktını imzaladılar. Ağ Evdə keçirilən mərasimdə Amerika prezidentinin özü də iştirak edirdi.
DOLLAR, MASONLUQ və “YENİ DÜNYA NİZAMI”

Nikolay Rerix öz iş otağında. 1910-cu il.

Əlbəttə, bəlli məsələdir ki, hər hansı bir adama, hətta Rerix kimi görkəmli rəssama belə, milli valyutanın üzərində istədiyi şeyi çəkməyə icazə verilməzdi. Demək, bunun üçün kiminsə sifarişi olmalıydı. Özü də bu kimsə - Rerixin dostu Henri Uorren deyildi. Əvvəla və ən əsas da ona görə ki, hələ o zaman H.Uorren böyük siyasi gücə malik deyildi. Hələ heç Ruzveltin özü də prezidentlik barədə düşünmürdü - o, yalnız Nyu-York ştatının qubernatoru idi. Deməli, kimsə çox nüfuzlu bir şəxs və yaxud da ki, bir qrup şəxs var idi ki, ölkənin milli valyutasının dizaynını çox rahatlıqla dəyişə bilirdi.

Əgər diqqət verilsə, onda görünər ki, əskinaz 1928-ci ildə dövriyyəyə buraxılmışdı. Bundan sonra isə, demək olar ki, heç bir il keçməmiş, ABŞ iqtisadiyyatı bir neçə günün içərisində çökdü. ABŞ iqtisadiyyatı tarixində Böyük Depressiya adını almış dəhşətli iqtisadi böhran başladı. Böhran epidemiyası yayılaraq Avropaya da keçdi. Ən ağır vəziyyət isə Almaniyada yarandı. Bu ölkədə yaşanan kəskin iqtisadi böhran fonunda hakimiyyətə Adolf Hitler gəldi. Amerikanı böhran xəstəliyindən sağaltmaq isə Franklin Ruzveltin üzərinə düşdü. Bütün bu hadisələr qəribə əskinazın meydana gəlməsindən cəmi beş il sonra baş verdi. Müasir zamanəmizin mənbələri ABŞ-ı depressiyadan qurtarmış Ruzveltin “yeni kursu” – “New Deal” barədə çox deyirlər.

Əslində isə həmin o əfsanəvi “New Deal” ifadəsi tam başqa mənada tərcümə edilir – “yeni sövdələşmə”. Bəli, məhz belə bir sövdələşmə Amerika dövləti ilə iri biznes arasında bağlandı – bütün gəlirlərini itirməmək üçün iri biznes onun bir hissəsi ilə dövlətlə bölüşməliydi. Yeni 1-dollarlıq əskinazda şifrələnmiş həqiqi yeni kurs isə qabardılmadı. Bu, 1840-cı ildən etibarən yeganə dünya valyutası olan ingilis funt sterlinqinin sıxışdırılıb sıradan çıxarılması və dolların hakimiyyəti altında olan yeni dünya qaydalarının bərqərar olması istiqaməti idi. 

Dollarla bağlı bunları bilməli

Əvvəlcə isə özümüzə bir sual verək – görəsən, niyə görə Rerixə yeni valyuta sifariş verənlər sadəcə bir dollarlıq əskinazı seçmişdilər? Görəsən, öz niyyətlərini 100 dollarlıq, və yaxud da ki, 10 və ya 100-minlik əskinazlarda (bir zaman hətta belə pullar da buraxılırdı) bəyan edə bilməzdilərmi?

Qədim zamanlardan bəri mövcud olan bir çox gizli və qapalı cəmiyyətlər 1 (bir) rəqəminə hansısa sakral məna verərək, bu rəqəmi bütün başqa rəqəmlərdən üstün hesab edirdilər. Belə gizli cəmiyyətlər sırasında ən birincilər sırasında müasir masonluğun əsasını qoymuş - əfsanəvi tampliyerlər durur. Onlar barədə Den Braunun məşhur “Kod da Vinçi” bestseller kitabında xatırlanır. Tampliyerlər ordeni üçün bir rəqəmi “müxtəliflikdə vəhdət” mənası kəsb edirdi.

Müxtəliflikdə vəhdət? Yəni nə? Bu, nə deməkdir? Tampliyerlər ordeninin fəlsəfəsinə görə, cəmiyyət arasında hər bir forma almaq, hər hansı, hətta düşmən olan qrupların və partiyaların adından da çıxış etmək mümkündür. Amma daxildə, “özününkulər” arasında vəhdət qorunub saxlanılmalıdır. Tampliyerlərin təliminə görə, 1 (bir) rəqəmi həmçinin, xeyir və şər arasında heç bir fərq olmadığını bildirir. Hətta bu baxış gizli rıtsarların(3- izahlara bax) bayraqlarında da öz əksini tapmışdı. Bu bayraqda bir-birini növbə ilə əvəz edən dörd dənə ağ və qara kvadrat əks olunmuşdu: ağ kvadratlar – xeyrin, qara kvadratlar isə şərin simvolu idi. Latınca: “E PLURIBUS UNUM”, yəni - “Müxtəliflikdə vəhdət”.
DOLLAR, MASONLUQ və “YENİ DÜNYA NİZAMI” 

İndi isə ABŞ-ın simvolu olan ağbaş dəniz qartalına diqqət yetirək. Dəniz qartalı birdollarlıq əskinazın sağ tərəfində əks etdirilmişdir. Onun dimdiyində üzərində yazı olan bir lent vardır. Lentdə yazılıb: “E PLURIBUS UNUM”. Bu ifadə 13 hərfdən ibarətdir. Qartalın sinəsini qoruyan qalxanda da 13 zolaq vardır. Qartal bir pəncəsində 13 ox, o birində isə üzərində 13 yarpaq və 13 meyvə olan zeytun budağı tutmuşdur. Onun bir qanadında 32 lələk vardır. Niyə 32 lələk? 32 - adi mason lojalarında özünəməxsus bir "məqam" dərəcəsinin pillələrinin sayıdır. Qartalın digər qanadında isə 33 lələk vardır. 33 - isə masonlarda ali və xüsusi gizli dərəcənin simvoludur. Qartalın başı üzərində (məcazi mənada isə, yəni Amerika Birləşmiş Ştatlarının başı üzərində) “seçilmiş xalqın” simvolu olan altıguşəli Davudun Ulduzu səmada süzür. Diqqətli müşahidəçi bu ulduzun 13 dənə ağ rəngli beşguşəli ulduzdan tərtib edildiyini görər.
DOLLAR, MASONLUQ və “YENİ DÜNYA NİZAMI”

1-dollarlıq əskinazın sol tərəfində N.Rerix ABŞ-ın Böyük Möhürünü yerləşdirmişdir. Möhürün üzərində piramida görünür. Piramida – “azad bənnaların” ən əsas simvollarından biridir. Bəs “azad bənnalar” kimlərdir? Bu adla özlərini masonlar adlandırırlar. Onların iddialarına görə, guya masonların nəsli Qədim Misirin kahinlərindən və gizli cəmiyyətlərindən başlayır. Amma, bu piramida nəsə qəribə bir formadadır. Piramida sanki yarımçıqdır - kəsik piramidadır. Piramida da 13 pillədən təşkil edilmişdir. Araşdırmaçılar bu piramidanı “İlyuminatların(4-izahlara bax) piramidası” adlandırırlar. Bu köhnə mason lojalarının bütöv bir qrupudur. İlyuminatların strukturu 13 səviyyəli xüsusi məqama yiyələnməkdən ibarətdir. Dollar üzərində olan piramidanın pillələrinin 13 olması bunun aşkar təzahürüdür. Piramidanın bünövrəsində “MDCCLXXVI” şifrələnmiş rəqəmi vardır ki, bu da Roma rəqəmləri ilə “1776” deməkdir. Qeyd etmək lazımdır ki, 1776-cı il - gizli İlyuminatlar Ordeninin yaranması ilidir!

Üst tərəfi kəsik olan piramidanın zirvəsi sanki bünövrə üzərində şüalar arasında üzür. Mason simvolları arasında üçbucaq da vardır. Piramida üzərində olan üçbucağın işərisində isə göz şəkli görünür. Simvol mütəxəssisləri onu müxtəlif cür adlandırırlar: “Hər şeyi görən göz”, bütün masonların başçısının – “Dünyanın Böyük Qurucusunun” gözü, “Lüsiferin gözü”. Bəs Lüsifer kimdir? Lüsifer(5-izahlara bax) – həmin o İblisdir!

Gözün üstündə, yenə də 13 (!) hərfdən ibarət latın dilində olan yazı vardır: “Annuit Coeptis” – “O bizi saxlayır (xeyir-dua verir)”. Yəni üçbucağın içərisində olan həmin o göz nəzərdə tutulur.

Aşağıdan piramidanı lent üzərində həkk edilmiş və latın dilində olan bir şüar haşiləyir: “Novus ordo seclorum” – yəni, “Yeni dünya nizamı”.

Bu xüsusda, maraqlı bir məqam nəzəri çəkir. Belə ki, əgər möhürün üzərində aşağıda göstərilmiş qaydada Davudun Ulduzunu çəksək, onda belə bir yazı alınar: M-A-S-O-N.

DOLLAR, MASONLUQ və “YENİ DÜNYA NİZAMI”

Nəhayət, nəticə olaraq biz nə alırıq?

“Yeni dünya nizamına xeyir-dua verilmişdir”. Hansı nizama? Bəlkə o nizama ki, masonluğun prinsipləri əsasında qurulmuşdur? “Hər Şeyi Görən Göz” – Lüsifer isə piramidanın üzərində, yəni dünyanın bütün xalqları üzərində hökmranlıq edir. Bu hökmranlığın yeni şərtlərini qəbul edənlər üçün – qartalın caynağında olan zeytun budağı təklif edilir. Tabe olmayanları isə - oxlar gözləyir! 

Hansı Tanrıya inanırlar?

Dolların ən böyük sirri isə heç bunlar da deyil. Rerix, dolların ən böyük sirrini əskinazın mərkəzində şifrələmişdir. Əskinazın üst tərəfində nəzəri cəlb edən tərzdə yazılmışdır: “Amerika Birləşmiş Ştatları”. Bu yazıdan bir qədər aşağıda isə, ilk baxışdan vücudi, dini təsir bağışlayan bir ifadə vardır: “Biz Tanrıya inanırıq”.

Əcəba, hansı Tanrıya? Amerika rəsmən xristian ölkəsidir. Amma, dollar əskinazının heç bir hissəsində, heç bir yerində bəlli xristian simvollarından heç birini tapa bilmirik. Məsələn, ən azından xaç şəklini heç yerdə görmürük. Ancaq əvəzində hər yerdə 13 rəqəmi gözə girir. Kiçicik bir kağızda bu rəqəm ən azından 9 dəfə təkrarlanır. Qəribədir, deyilmi?

Beləliklə, görəsən amerikalılara və ümumiyyətlə bütün dünyaya hansı “tanrı”ya inanmaq təklif olunur. Bu sualın cavabı əskinazın düz ortasında verilmişdir. Özü də ki, iri hərflərlə! Gözümüzü açaq, yaxşı-yaxşı baxaq...

DOLLAR, MASONLUQ və “YENİ DÜNYA NİZAMI”

Görürsünüzmü? 

Dolların sağ və solundakı qartalı və üzərində göz olan piramidanı “ONE” sözü birləşdirir. “ONE” – yəni, “BİR”. Bu, nədir? Sualın ən asan cavabı büdür ki, bu - əskinazın nominalıdır. Axı belə bir yazı əskinazın daha aşağısında artıq qeyd olunmuşdur!? Elə əskinazın hər dörd küncündə də “1” – həm rəqəm və həm də sözlə əks olunmuşdur. Amma düz mərkəzdə olan bu üç hərfdən ibarət söz, bütün yazılardan iridir və sanki ayrıca dayanmışdır. Təsadüfdürmü? Xeyr! Qətiyyən təsadüf deyil. Masonlar axı simvolları sevirlər...

Gəlin bir daha qartalın dimdiyində olan lentdəki şüara nəzər yetirək: “Müxtəliflikdə vəhdət!”. Bu sözlər başqa cür də oxunur: “Çoxluqdan yalnız biri”.

Gizli simvolların oxunması üzrə mütəxəssislər “O N E” kəlməsinin qrafik cəhətcə işlənməsinə diqqət yetirməyi məsləhət görürlər. Onda nə görürük? Yazılışdakı iri hərflər bir-birilərindən kifayət qədər aralı durub. Hərflərin sayı üçdür, demək – Çoxluqdur. Amma eyni zamanda, hər bir sonrakı hərfin özündən əvvəlki hərflə müştərək nöqtəsi vardır. Ona görə də elə təəssürat yaranır ki, bu yazı bütövdür, tamdır, monolitdir – BİRdir. Beləliklə, məna göz qabağındadır: 
Amerika Birləşmiş Ştatları

Biz Tanrıya inanırıq

O, - BİRdir

BİR DOLLAR 

Doqquz dəfə 13. Doqquz – gizli simvollar mənasında “azdırılmış günahkar insanın” işarəsidir. Onda, belə bir məna çıxır: “Günahkar insanı o, yoldan çıxarır”. Əgər 13 rəqəmini doqquza vursaq, 117 alınır.

1 +1 +7 = 9.

Bu isə onu bildirir ki, insan nə qədər çox dollara malik olsa, bir o qədər də o, günahkardır. Çünki, artıq bu insan Allahın qüdrətinə deyil, həmin bu əskinazın gücünə inanmağa başlamışdır. Bu dolları nəyin bahasına olursa-olsun əldə etmək üçün hər bir əməli etməyə, nə istəyirsən deməyə hazırdır. 


Son

2003-cü ilin oktyabr ayında ABŞ-da yeni əskinazlar dövriyyəyə buraxıldı. Bu əskinazlarda yuxarıda qeyd olunmuş 13 rəqəminin işarələri yox idi. Onun əvəzində isə 52 kiçik ulduz peyda oldu. Bununla da “tanrı”nın “fikirləri və buyuruşları” pozuldu. Və... Və pul bankomatları bu əskinazları qəbul etməkdən imtina etdilər.  Hələ də bu günə kimi heç kim bunun səbəbini bilmir... 

(Lyudmila Prokofyeva, liveinternet/warnet.ws) 

İzahlar: 

Nikolay Konstantinoviç Rerix (27/09/1874 Sankt-Peterburq – 13/12/1947 Kulu, Ximaçal-Pradeş, Hindistan) – rus rəssamı, filosof, mistik, alim, yazıçı, səyahətçi, arxeoloq, ictimai xadim, mason, şair, pedaqoq. 7000-ə yaxın rəsm əsərinin müəllifidir. Bu əsərlərin böyük əksəriyyəti dünyanın məşhur rəsm qalereyalarında saxlanır. 30-a yaxın bədii əsəri vardır.

Franklin Delano Ruzvelt (30/01/1882 – 12/04/1945) – ABŞ-ın 32-ci prezidenti. İki dəfədən artıq seçilmiş yeganə Amerika prezidentidir.

Rıtsar - feodalizm dövründə Qərbi Avropada hərbi-zadəgan təbəqəsinə mənsub olan şəxs – zadəgan-cəngavər.

İlyuminatlar – (latıncanın illuminati – “maariflənmişlər” sözündən götürülmüş алмаnсa İlluminatenorden) – okkultizm fəlsəfəsi meylli müxtəlif birliklərin ümumiləşdirilmiş adıdır. Adətən bu termin alman professoru Adam 
Veysqaupt tərəfindən 1776-cı ildə yaradılmış alman gizli cəmiyyətinə aid edilir. Müasir zamanda isə “ilyuminatlar” termini ilə adətən dünyada gedən prosesləri əlaltından idarə edən hansısa gizli təşkilat işarə olunur.

Lüsifer - (latınca Lucifer – “işıqsaçan”), xristianlıqda İblisin adlarından biri. Qədim xristian mənbələrinə görə Tanrıya xas hakimiyyət iddiasına düşən mələklərdən biri olan Lüsifer lənətlənərək Onun dərgahından qovulur.

RZA ADİL

Комментариев нет:

Отправить комментарий