Klassik sənət cərəyanı intibah dövründən başlayaraq sənətdə öz ağırlığını qoymuş, bərabərində böyük ustalarmeydana gətirmişdi ki, bu sənətkarların Leonardo Da Vinçi, Botiçelli, Mikelancelo, Buonorotti, Rembrandt, Rubensvə s., onlarla rəssam cərgəsinin adları sənət tarixində olması idi, sənət kitabının çox səhifəsinin boş qalması deməkidi. Bu sənətkarlar hər biri öz fərdi ustalığı ilə ad qazanmışdırlar ki, bunun arxasında böyük zəhmət dayanırdı. Həmdə bu rəssamların çəkdikləri əsərlər sadə əsərlər deyildi. Çoxfiqurlu, mürəkkəb interyerdə, çox predmetli, hər kiçikdetalın ayrıntılı incəliklərinə qədər çəkilməsi, mürəkkəb süjetli səhnələr çox incə zövqlə və məharətlə qurulurdu.Böyük ustalıqla ifa edilən bu əsərlər o qədər reallığa yaxın ifa edilirdi ki, əks olunan səhnə hansı mövzuda olursaolsun, məişət, dini, əyləncə və s. seyr edənlər bu səhnələrdə cövlan edən hadisələrin içində iştirak edirlərmiş kimihəyəcan keçirirdilər. Bunu ifa edən rəssamların ustalıqları insanları valeh edirdi. Klassik rəssamlığın təsir gücü oqədər geniş oldu ki, bu cərəyan dörd-beş əsr öz imperatorluğunu qoruyub saxladı.Bu dövr içində klassik ənənə üzərində bir çox rəngkarlıq qolları yarandı. Bəzən bir az daha cəsarətli formadaortaya çıxan bu qollar özlüyündə əsas klassik strukturu yaşadırdı. Əsrlərdən keçərək, nəhəng bir ağac kimi dərinlərədoğru kök atan ənənəvi klassik rəssamlığı səhnədən sıxışdırmaq üçün köklü bir yeniliyin ortaya çıxması lazım idi.Başqa bir ənənənin olmadığı bir zamanda bu güc haradan alınmalı idi?
Əlbətdə ki, klassik üsul təlimi almışrəssamlar bu gücü təbiətdə gördülər və günəşin enerjisini təbiətin rənginə qataraq öz əsərlərinə sızdırmağabaşladılar. Təbii ki, bu tip əsərlərə alışan tamaşaçılar başlanğıcda bunu qəbul etməmişlər və hətta məsxərəyə dəqoymuşdular. Yalnız işlərində qətiyyət göstərən rəssamlar seçdikləi yolun doğruluğuna inanmışlar və sənətdə yenibir cərəyanın başlanğıcını qoymuşlar.Bu cərəyanın gücü nə idiki, sənətdə öz hegemonluğunu qoydu və günümüzə qədər də sevilərək davametməkdədir! Plener yeni başlayan bu cərəyanın əsas meyarı idi. Bitməz, tükənməz energi mənbəyi, sərhəd tanımayanrəng bolluğu, hər şey vardır plenerdə. Çünki təbiətin əslində yaradanı vardır. Heç bir əziyyətə qatlanmağa, özündənsəhnələr qurmağa, mövzu axtarmağa və s.ehtiyac yoxdur. Sadəcə hazırlıq görüb təbiətin qoynuna çıxmaq yetərlidir.Çünki təbiətdə olan enerji və tükənməz genişlik rəssamlar üçün bir xəzinə mənbəyi idi. Ulu yaradanın əsəri olantəbiətin heç bir qrimə ehtiyacı yoxdur. Fəsildən fəslə dəyişən günün hər saatında ayrı bir gözəlliyə bürünən təbiətinəslində hər qarışından bir əsər meydana gətirmək mümkündür. Bunu sadəcə görə bilmək məharəti olmalıdır. Klassiküsluba müharibə elan edən novatorçu rəssamların əsas silahı məhz «plener» idi ki, rəssamlar təbiətin bu möhtəşəmgücünü və gözəlliyini öz əsərlərinə yönəltdilər. Klassisizmdən fərqli olaraq bu üslub o qədər də böyük ustalıq tələbetmirdi (yəni forma baxımından). Klassik ənənələrdən qurtulmaqda olan gənc rəssamlar sərbəstlik əldə etmişdilər,və rahat, sıxılmadan nəfəs alırdılar. Əsasən rəng münasibətlərinə diqqət yetirən rəssamlar bir-birinin ardınca gözələsərlər meydana gətirməkdə idilər. Bu işdə klassisizmi səhnədən endirən kim idi? Yoxsa möhtəşəm təbiətmi? Təbiətyaradılandan bu günə qədər gözəlliyindən heç bir şey itirməmişdir. Bu gözəllikdən bəhrələnməmək məncə ağılsızlıqolar.
Rəssamlıq əsərlərinə yeni nəfəs gəlmişdi. Klassik əsərlərin başlıca meyarı olan qaranlıq fonlardan imtinaolunaraq bol işıqlı yumşaq və zəngin rənglərə üstünlük verilirdi. Birdən-birə bu qədər işığa alışıq olmadan rastlaşansənətsevərlər bunun hər halda doğru olmadığına inanırdılar. Amma qısa bir müddət keçdikdən sonra işığa alışangözlər bir daha qaranlığa dönmək istəməyəcəkdirlər. Beləliklə, klassizm tarixin aktiv sənət səhnəsindən düşərəkyerini yeni cərəyanlara təslim etmiş oldu. Yalnız böyük ustalıqlar göstərmiş olan klassik rəssamların məharətləçəkdikləri əsərlərdə yaşamaqdadır. Dünya muzeylərində ən dəyərli sənət nümunələri arasında sayılan bu əsərlərbütün rəssamlar üçün böyük bir məktəb nümunəsi olmaqla dərin bir irs buraxmışdılar.
Yusif Əlizadə
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti

Комментариев нет:
Отправить комментарий