Unutdum
Son məktubunu aldım
“məni unut...”
səni unutmaq istədim
şərabla...
unutdum- özümü.
Məktub
Bilmirəm necə başlayım ki,
nə sən üzüləsən,
nə də mən.
Bəlkə də yazdıqlarım
sənin üçün çox gülməlidi.
Bunu yaza-yaza
bu günə qədər
yaşadığımız
hər şey yada düşür.
Sevgimiz çox qısa olsa da
mən səni sevdim,
üzüntülərlə sevdim.
***
***
Səni sən olduğun üçün sevmişdim.
Bəs sən?Sevginin
dar ağacıdı
ayrılıqlar
Tural Balabəyli
Комментариев нет:
Отправить комментарий