Страницы

23.07.2011

Atanşiklər məmləkəti


Hüsamə bin Sərxan               
Qarazəncir Antimason Lojası

                              Ön söz əvəzi:

Heç kimə sirr deyil ki, Azərbaycanda yaşayan hər on nəfərdən 2-si mənalı atanşik, 5-i mənasız atanşik, 2-si isə potensial atanşikdir. Yerdə qalan 1-i isə özü-özünə atanları təmsil edir. Müqayisə üçün bildirirəm ki, dünyanın hər bir guşəsində, hətta inkişaf etmiş Avropa və Qərb ölkələrində də bu hal mövcuddur. Lakin tamam fərqli yanaşma və kriteriyalarla. Daha doğrusu onlar bu missiyanı xüsusi şəbəkələr və cinayətkar birliklər vasitəsi ilə həyata keçirir, əməllərinin elmi əsaslarını yaratmaqla, atanşikliyi elitar peşə səviyyəsində təqdim edirlər.Bizdə isə bu peşəyə münasibət tam fərdi yaradıcılıq konteksindəndir və yetər ki az-azacıq təfəkkür və təxəyyülə malik olasan. Hər il ölkəmizdə onlarla insan bu “yaradıcılığın” qurbanlarına çevrilir və təəssüflər olsun ki, bu əmələ münasibətdə qanunların gücsüzlüyü hələ də davam etməkdədir. Çünki mənalı atanşiklər kateqoriyasında təmsil olunanlar
ƏƏSMN kimi dövlət, “Bank of Baku” kimi özəl bank qurumlarıdır.  

                              1.Potensial atanşiklər

 Potensial atanşik o deməkdir ki, bu faizə aid olanlar atanşikliyin ləzzətini dadmadıqlarından hələlik başlarını halal zəhmətlə fırlada bilirlər. Lakin dünyanı idarə edən Vahid Yəhydi Hökumətinin planlarına uyğun olaraq atanşikliyə meyl günbə-gün artır və bu üzdən insanlar arasındakı sosial-psixoloji bərabərsizlik amilləri aradan qalxır. Yəni hamı atanşik olur. Yaranan atanşiklər ordusu hesabına dövlət və özəl sektorda yuva qurmuş böyük atanşiklər özlərini okeanda nəhəng balıqlar kimi hiss edirlər və istədikləri zaman kilkə atanşikləri hop eləyib udurlar. Özünü düz adam hesab edərək bu oyuna qoşulmaq istəməyənlərsə ya dəhşətli ailə problemləri yaşayır, ya da cismani-ruhi mənada təcrid vəziyyətinə salınaraq cəmiyyət üçün yararsız məxluqlara çevrilirlər. Bu cür insanları özü-özünə
atanlar da adlandırmaq olar.

                                2.Mənasız atanşiklər

 Atanşiklərin faiz etibarı ilə böyük hissəsi mənasız atanşiklər təbəqəsinə aiddir. Bu təbəqənin nümayəndələri bir-birinin səsini, intellektini, kartof-soğanını, qənd-çayını, toyuq-cücəsini və sair... mənimsəyən cındır-çülələrdir ki, onlar olmasa həyatın mənası olmaz. Və onlar olmasa hakimiyyət iyerarxiyasının möhtəşəm nərdivanında yer almış mənalı atanşiklər həmin nərdivanın pilləkənlərindən dombalaq aşıb xosunvay olarlar. Mənasız atanşikləri mənalı atanşiklərin ehtiyyat qüvvələri də adlandırmaq mümkündür. Mənasız atanşiklərin üstünlüyü ondadır ki, onların fərasətliləri istənilən an mənalı atanşiklərin cərgəsinə transfer edilə bilərlər. Əslində həyatın qanunu belədir: o qədər mənasız olmalısan ki, mənasızlığında məna axtarılsın.Məsələn, filosoflar və din xadimləri adam balasının belindən gəlmiş ən mənasız insanlardı. Baxmayaraq, minilliklər boyu onlara göstərilən inam və etiqad hələ də davam edir. Mənasız atanşiklər təbəqəsinin ən təhlükəli nümayəndələri isə sözsüz ki müəllimlərdir. Dövlətdən maaş almağına baxmayaraq milli balalarımızı kor edən müəllim əvvələn dövlətə atır. Üstəlik bununla kifayətlənməyib repititorluq da edir. Yəni, çox rahatlıqla dövlətə atan müəllim, şagirdə və valideynə atmaqdan da çəkinmir. Bir millətin ki, baş müəllimi Misir Mərdanov ola, başqa cürün gözləmək mümkünsüz.

                 3.Sübh namazı zamanı etdiyim dua:

 “Allahım, gah özüm-özümə, gah yeməkxanaçıya-dükançıya ataraq mənasız həyatın sonuna yaxınlaşıram. Bu dünyada nə itirə, nə tapa biləcəyim nəsnə və nəisələrə ümidim qalmayıb. Söz yox ki insan üçün çox əlverişli və ideal durumdu. Çünki insanın nə isə tapmaq ehtirası yaxud da əksinə, nəyisə itirmək vahiməsi çox dəhşətli əzabdı. Mənə bəxş etdiyin əzabsız həyata görə minnətdaram. Amma sənə yalvarıram: oğlumu mənim durumuma salma, onu mənalı atanşiklərin cərgəsinə yaz. Sənin əlində nədi ki. Xotya bı elə elə qismətinə atanşik qızı çıxsın. Bədə-bəddə Aygün Kazımovanın qızı da pis deyil”.

                                4.Mənalı atanşiklər

 Mən bəlkə də bu dünyada yeganə mənasız atanşikəm ki, bütün mənalı atanşikləri sevirəm. İmkanım olsa əlimə düşən nə varsa, düşünmədən ölkənin birinci dərəcəli atanşikləri Füzuli Ələkbərova, Misir Mərdanova, İsa Qəmbərə, Ziya Məmmədova, Qüdrət Həsənquliyeva və sairə... verib, Allahımın qarşısında böyük savablar qazanaram. Mən dəqiq bilirəm ki onlara verilən ən xırda tikə belə ovsanaya düşər. Seyidə, dilənçiyə vermək boş şeydi, abi. Zatən bunlara verəni Allah da sevər. Çünki bu qədəri  Allah özü onlara yazıb. Bəlkə bu səbəbdəndir ki, Əli ibni Əbu Talib bir zamanlar demişdi: “Əgər ruzini qazanmaq təkcə zəhmət və ağıl sayəsində mümkün olsaydı, onda bütün heyvanlar və dəlilər ac qalardı”.
                           
                  5.Şam namazı zamanı etdiyim dua:

 “...TQDK-nın sədri Məleykə Abbaszadə İV qrupun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə tələb edilən balları aşağı saldı. Göz-görəti atanşiklikdi. Dövlətə də, millətə də... Niyə bu  ədalətsizliyə dözürsən, Allahım! Əsil idmançılar ölkənin ən bərkgedən təhsil müəssisələrinə yerləşdirilir, sırf idmançılara aid Bədən Tərbiyyəsi Akademiyası isə avaralar, küçə uşaqları, tərbiyyəsizlərlə doldurulur. Təbii ki məqsəd puldu. Axı Siz necə Allahsınız ki, öz şəxsi məqsədlərinə xatir milləti barmağına dolayan Misirlərin, Məleykələrin, Ziyaların, Aydınların evini yıxmırsınız?! Yetər!!! Göstər özünü və üzünü. Millət özü və üzü olmayan Allahdan bezib”.

                                Yazının “Daban”ı:

... Kütləvi İnformasya Vasitələrinə Kollamək Fondunun sədrini Mətbuat günü münasibəti ilə lənətləyir (Allahın lənəti olsun) və  ona milli mətbuatnşiklik elminin yaradıcısı kimi daha əhəmiyyətli görəv arzulayıram. Çünki o, reket jurnalistlərə ev verməyəcək. Ay can-ay can! Mənim heç vaxt evim olmayacaq. ...Tüpürüm sənin evinə.  

Комментариев нет:

Отправить комментарий