Страницы

17.07.2011

Bu məmləkətdə dəyər verilməyən yeganə şey insan ömrüdür, Vətəndaşdır…

Samir Əsədli
Deyirlər, insan yer üzünün əşrəfidir. Bəşəriyyət üçün də ən qiymətli varlıq Tanrının bu ali yaradılışıdır. Müasir ictimai idarəetmədə, yəni dövlətdə isə insan adı altında ən uca vətəndaş tutulur. Türk milləti üçün isə dövlətə insana dəyər verilməsi hələ vətəndaşlıq mövhumunun yaranmasından əvvələ, ilk Türk xaqanlıqlarının formalaşması dövrünə gedib çıxır. Məhz bu səbəbdəndir ki, XX əsrdə iki böyük dövlət adamı dövlətdə insana, vətəndaşa yüksək qiymət vermişdir. Məhəmməd Əmin Rəsulzadə  «İnsanlara hürriyyət, millətlərə istiqlal»,  Mustafa Kamal Atatürk isə «Hakimiyyət qeyd şərtsiz millətindir»  deməklə insan faktorunun hər şeydən yüksəkdə durduğunu göstərmişdir.
 Avropa bizə valeh olub…
 Təəssüflər olsun ki, indi Azərbaycanda tamam fərqli bir mənzərə yaşanır. YAP hakimiyyəti üçün ən dəyərsiz varlıq vətəndaşdır. Bunlar cins itləri, uzunqulaqlarıda vətəndaşdan üstün tuturlar. Belə olmasaydı bir çörəkpuluna belə vətəndaşının ehtiyac duyduğu hökumət milyardlarla pul xərcləyib haralardansa eşşək alıb gətirməzdilər. Bir məmləkətdə ki, vətəndaş illərdir işləyib dövlətinə vergi verir, qocalıb pensiyaya çıxanda 80 manat müavinət alır və onunla bir həftə dolana bilmir, onda o məmləkətin başbilənlərinin insana verdiyi qiymətdən danışmaq artıqdır.  Hər  dəfə pensiyalar artırılanda hərənin pensiyasının üstünə 80 qəpik artım gəlir və hakimiyyətin KİV-i bunu şişirtmə rəqəmlə bir il uğur kimi vətəndaşın gözünə soxur…
Xaricdə, xüsusilə də Avropadakılar internetdən oxuyanda ki, Azərbaycanda pensiya 40 faiz artıb, onlar dərhal azərbaycanlıları bəxtəvər hesab edəcəklər. Çünki, artım faizi Avropa meyarlarına görə aşağı deyil və bəlkə də yüksəkdir. Amma axı bu avropalı bilmir ki, 85 manatın 40 faizi artır, daha 850 manatın deyil. Yəni, hakimiyyət minimum əmək haqqını və pensiyanın nominalını elə bir aşağı həddə saxlayıb ki, onu lap 400 faiz artırsa belə təqaüdçünü yenə də övladlarının əlinə baxan edəcək. Doğrudur, Azərbaycanda ilk dəfədir ki, pensiya artımı belə böyük bir faizi ifadə edən rəqəmlə baş verir, amma bu yalnız ictimai rəyə hesablanan psixoloji təsir effekti daşıyır.
Azərbaycan reallığı ilə bağlı bir vacib məqam da ondan ibarətdir ki, 1994-cü ildən bəri ölkə əhalisinin ömür həddi kritik olaraq azalıb. Artıq əksər kişilər 55 yaşdan, qadınlar isə 60 yaşdan çox yaşamır. Pensiyaçıların yaş həddi isə kişilər üçün 65, qadınlar üçün isə 60 yaş qəbul edilib. Bir sözlə, Azərbaycanda elə bir cəhənnəm qurulub ki, onsuz da insanlar o pensiyanı görmədən ölürlər.
 İşğal altında torpağı olan ölkədə demokratik seçki keçirmək olmaz….
 Hakimiyyətin öz vətəndaşına verdiyi qiymətə daha bir misal: Mən də daxil olmaqla Daxili Qoşunların maddi-texniki bazasının super olmasından, əsgərə yaxşı yemək verilməsindən, Milli ordunun rəzil gündə olmasından və oraların hansı gündə olmasından danışırıq. Gəlin baxaq, Daxili Qoşunlar, Milli Qvardiyada hər şey niyə superdir. Çünki bu qoşun növləri hakimiyyətin keşiyində durub, haqqın tələb edən vətəndaşı istənilən vaxt əzə bilər və hakimiyyəti qoruyar.
Milli Ordunun niyə bu gündə olmasının da səbəbi aydındır. Çünki milləti, dövləti qoruyan ordu nəylərinə lazımdır. Bunlar onsuz da vətəndaşı saya salmırlar. Kim gəlir, gəlib qırsın. Torpaqların 20%-i işğal altında olması da bunları qətiyyət narahat etmir. Çünki bununlada öz təbliğatları üçün istifadə edirlər. Misal üçün referendum «keçirib» Konstitusiyanı da dəyişib bir nəfərin uzun müddət hakimiyyətdə qalmasını bu faktla dəyişdilər.
Bunların məntiqinə görə, torpaqlarımız işğal altındadır müxalifət demokratiya, vətəndaş öz konstision haqqını tələb edə bilməz, demokratik seçki keçirilə bilməz. Yəni Qarabağ işğal altındadırsa hər kəs oturub susmalıdır və bunlar məmləkətin olan-qalanını talayıb şəxsi bank hesablarına yığmalı, böyük şirkətlər qurmalıdırlar.
Niyə, çünki torpaqlar işğal altındadır. Birdən müxalifət hakimiyyətə gələr və emənidən Qarabağı alar.
 Əsas körpü tikməkdir…
 Bir ölkədə, son 5 ildə tikintiyə 19,8 milyard manat (təxminən 25 milyard dollar) xərclənib – eyni illərdə ölkədə təhsilə 5,5 milyard, səhiyyəyə isə 2 milyard manat ayırıb. Beş ildə təhsilə ayrılan vəsait tikintiyə ayrılandan beş dəfəyədək azdır. Onu da nəzərə alaq ki, təhsilə ayrılan 5.5 milyard manatın 70%-i maaşlara hesablanıb.
Çünki o tikintiyə sərf olunan pullar bunların cibinə gedir. Təhsilə nə səbəbə pul ayrılsın. Birdən vətəndaş savadlanar öz haqqlarını tələb edər. Axı bunlara sərf etmir bu. Savadlı vətəndaş nəylərinə lazımdır. Bunlar manqurt nəsil yetişdirmək üçün çalışırlar.
Səhiyyəyə nə səbəbə pul ayırsınlar? Sağlam vətəndaş nələrinə lazımdır. Birdən mitinqə zada cıxar «istefa», «azadlıq», «demokratiya» istəyər. Haqqını tələb edər. Seçkiyə gedər və bunlar seçkiləri saxtalaşdıra bilməzlər.
Səhərdən axşama qədər bunların televeziya, radio, qəzetləri İranı «yıxıb sürüyür», «asıb kəsir»  çünki «Səhər» TV  İlham Əliyevi tənqid edib…
….Və Fəzail Ağamalıdan tutmuş Gülər Əhmədovaya qədər hamı Bütöv Azərbaycandan, İran vətəndaşı olan 35 milyon soydaşımızın haqqından danışırlar….
 Həkim, müəllim bizdə seçki saxtalaşdırmaq üçündür…..
 İllərdir İranda soydaşlarımız edam edilir, öz dilində danışmaq istədiyi üçün həbs, sürgün ediləndə bunları bu maraqlandırmır. Amma ölkə prezidenti tənqid olunduğundan yadlarına İran düşür. Görən bunlar, başda Oqtay Şirəliyev olmaqla heç utanırlarmı Azərbaycan vətəndaşının qarnı, başı ağrıyanda, dişini çəkdirəndə belə qaçıb İrana gedir. Çünki səhiyyəmiz bərbad gündədir…..
Həkimləri isə seçki saxtalaşdırmaq üçün yetişdirib. Seçki Məntəqələrinə seçki saxtalaşdırmaq üçün yazırlar, vətəndaşı müalicə etmək üçün yox.
Necə ki, müəllim,  bu məmləkətdə şagirdə, tələbəyə savad vermək üçün yox seçki saxtalaşdırmaq üçün yetişdirilir.
 Verin 5 manatınızıda bunlara…
 İş tapa bilməyən vətəndaş «taksovatlıq»la məşğul olurdu. Ziya müəllim bununda qarşısını aldı və “London” taksiləri gətirdi ki, vətəndaş evinə pul apara bilməsin, acından ölsün. Bu taksilər onsuzda Çin istehsalı çıxdı. Hakimiyyət bu qədər və bundan da qəddardır və bunlar istəmirlər ki, kiminsə cibinə 5 manat pul getsin. Birdən vətəndaş varlanar və bunların sonu olar.
Yenədə deyirəm bu ölkədə qiymət verilməyən varlıq insandır, insan deyəndə Azərbaycan vətəndaşını nəzərdə tuturam. Neftdən, qazdan və digər sərvətlərdəndə önməsizdir. Banqladeşdən bir qara moltanı gəlib Neft sektorunda işləyir, ayda 2 min matan alır, ondan qat-qat yaxşı iş bacaran və ondan savadlı olan, iş saatı da ondan çox olan Azərbaycan vətəndaşı 200 manat alır.
Bax bu hakimiyyətin siyasətinin nəticəsi budur…..
 Bananı sərhəddən öz başına buraxmaq olmaz…
 Bu ölkədə məmurlar hər şeyi öz monpoliyasına salıblar. O şəxsə, kişi deyirəm ki, bir kartof və ya bananı sərhəddən içəri sala bilsin. Yadıma düşmüşkən, bir haşiyəyə çıxım: Vətən sərhəddən başlanır…. O, banan Afrikada bitdiyi üçün niyə, bizim vətənə adlamalıdır. Yəqin buna görə buraxmırlar ki, bizim insanlarda Afrikalılar kimi qaralar…. Onsuz da, vətəndaşın güzaranı qaradır, onun rəngi qaralsa nə olacaq?
 Maşın sığorta olunur, Vətəndaş tibbi sığortalanmır…
 Deməli, bu ölkədə sığorta şirkətləri möhtərəm məmurlarımızın olduğu üçün vətəndaşın bütün daşınan və daşınmaz əmlakı məcburi sığorta olunur. Amma illərdir bu hakimiyyət «Məcburi Tibbi Sığorta» qanununu qəbul etmir. Niyə, cünki bu ölkədə insana dəyər verən yoxdur. Səbəb: bunlar hesab edirlər ki, ölən cəhənnəmə ölsün. Maşınları sığortasız tutanda Yol Polislərimiz onlardan şirinlik alıb buraxırlar və məcburi sığortalayırlar. Bəs niyə vətəndaş məcburi tibbi sığorta olunmur. Niyə, çünki Vətəndaşına bu ölkədə dəyər verilmir.
Deyirəm, 9 milyonuq onunda 2 milyondan artığı öz vətənini tərk edib gedib. Görəsən Çinin əhalisi qədər olsaydıq necə olardıq. Bunlar gündə 1000 nəfəri öldürərdilər ki, dağ dərələri, meşələri özləri üçün çəpərə salsınlar.
 Bunu etmək borcunuzdur…
 Sonda, Azərərbaycan Respublikasının Konustitusiyasındakı iki maddəni yada salıram və hesab edirəm ki, hakimiyyətin əsas vəzifələrindəndir….
Maddə 16. Sosial inkişaf və dövlət
I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Maddə 27. Yaşamaq hüququ

I. Hər kəsin yaşamaq hüququ vardır.

Комментариев нет:

Отправить комментарий