Azərbaycan mediasında öz dəsti-xətti olan naşirlərə minlərlə oxucu və yazar könüllü enerji və mənəvi qida verir
Hörmətli redaksiya! Keçən dəfəki nömrənizdə yazar Hüsamə bin Sərxanın fikirlərini böyük maraqla oxudum. Doğrudan da çox yerinə düşmüş məktub idi və bir çox oxucuların fikirlərini inikas edirdi. Vaxt qıtlığından mən də bu nömrəyə köşə yazmaqdan vaz keçdim və elə bu mövzuda fikirlərimi sizə çatdırmaq qərarına gəldim.
Qəzetin yenidən çıxmasını sevinclə, qürur hissilə qarşıladıq. Burda hər nömrəniz ziyalılar arasında diqqətlə oxunur. Çünki silsilə məqalələriniz və brend köşə yazarlarınız böyük oxucu kütləsi tərəfindən bəyənilir. Bu qəzet çıxdığı uzun illər ərzində cəmiyyətimizə mənəvi dəyərləri, mübarizliyi, əyilməzliyi aşılayıb. Öz dəsti-xətti, öz fərqli yanaşmaları ilə böyük oxucu kütləsinin maraq dairəsinə düşüb. Yaxşı haldır ki, qəzetiniz şoudan uzaqdır, intellektuallığa önəm verir. Yazıçı Hüsamə də öz yazısında üç mühim qəzetin adını çəkib. Bəli, məhz Əvəz Zeynallı, İlqar Salmanlı, Sərdar Əlibəyli kimi baş redaktorlarımızı dövrümüzün qəhrəmanları adlandırardım. Məhz bu səbəbdəndir ki, Azərbaycan mediasında öz dəsti-xətti olan bu naşirlərin qəzetinə minlərlə oxucu və yazar könüllü enerji və mənəvi qida verir.
Bir çox məqalələr var ki, arxasında dərin bir məntiq durur, elmə söykənir, insanı düşündürür. İndiki qəzetlər bolluğunda, insanların səbrsiz olduğu bir vaxtda “Yeni xəbər” yeganə qəzetdir ki, oradakı yazılar təkrar-təkrar oxunur. Bir çox qəzetləri və saytları izləyirəm, deyim ki Azərbaycan mətbuatında bu gün çatdırılmayan, mövcud olmayan, yeni və ehtiyac duyulan stillə dərc olunan mətbu orqanı “Yeni xəbər”dir. O mətbu orqanı ki öyrənməsi vacib olan bütün məsələləri özündə ehtiva edir. Qəzetinizdə gedən yazıların əksəriyyəti bu zamanın, bu cəmiyyətin, bu siyasi qanunların hələ də həyatlarına zərbə vurub, müdaxilə etmədiyi gənclərin məhsuludur. Deyərdim ki bir məqalədə müəllifin obrazı- saflığı, istedadı, işığı, mənəviyyatı göz önünə gəlir. Bir yazar kimi qeyd edim ki, dərc olunanın çoxu gözəldir, elmidir, təsirlidir. Mənə elə gəlir ki, bu baş redaktorun uğurudur və daha yeni layihələrə təşviq etməlidir. Uğurlar!

Комментариев нет:
Отправить комментарий