Страницы

27.07.2011

Fərzad Leysidən 5 şeir


Sonbeşik

Bir gecə şanzalizədə bir gecə
İfelin borcuna çıxsa borcumuz
Qardun üstə geçsə gecəmiz
Anam qalsa küçədə soruşsa birisi adresimiz
Turist olsa içimə gömülsə şənliyimiz
Şərəfsizləşməyim yapışsa yaxasından şərəfimin şərəfinə dolaşsa
Şeytanlığa başlasa sonbeşikliyim şeytanlaşsa
Kişiliyim kişiliyin boşasa
Siz kimsiniz
Pozulsa kefim anlayınca anlamaz hafizəsin itirmiş ...
Şizoferniyə tutulmuş
Kimliyini bitirmiş
Dünən gecə ...
Bu gün gecə ...
Sabah gecə ...
Birisi ustaca yıxarsa durmadan yıxılsam
Yıxılmadan dur
Birisi ustaca yıxarsa keflənsəm küçələrin xəyanətindən
İçimə deprəm düşərsə siz kimsiniz
Pozulsa kefim anlayınca anlamaz
İt olmağa gərək yox
Casus qələmim çevirsə romana yaşamımız
Bax bir uşaq işəsə bağdadda amerkən əsgərinin başına
Savaşa çıxmağa gücü olmasa anam arxasına saxlasa sonbeşikliyim uşaqlansa
Üzünə tüpürsə qururum pıçaqlansa
Bir an teroristləşsə əllərim keflənsə birisini doğramağa
Kitablarımız peryod olur
Bilməm kandomsuz qələmimiz yoxsa "qadın qılığına girmiş" kələmiz
Ən acımasız ola bilər mələk yüzlü şeytanlığımız
Sonbeşikliyim yapışsa yaxasına anamın
Pullanmağa cib kəssə cibimiz
Ana bu sonbeşik böyümüş ana
Uyuşdurucu tap ona .

Mesaj 

Mesaj gəldi :
“ Yalnızlıq elə bu -
Mesaj gələ
Görəsən iranseldəndi”
Mesaj getdi :
Səriməkdə bu
Mesaj gələ
Görəsən
Doqquz rəqəmi bir numara
Bir numara artır
Göndər
Bir ayrı axmağa
Mesaj gəldi :
“Yaşmaqsız ... -
Qəzetsiz ...
Çantasız ...
Bilsəydim musafirsən
Vurulmazdım”
Mesaj getdi :
Bağlanıb gözümə
Soğan soymuş bulağlar
Evimi
Yollar potunladı
Anam təkliyini
Dığlasada
Ürəyi şirinlim
Səni qəbullanıb
Olduğun kimi
Tüstülü baş kişi
Yerində duramır
Mesaj gəldi :
“Yeni raporu duydunmu -
Süd ranısı çıxıb
İçindən
Məmə tikələri çıxır”
Mesaj getdi :
Post - modern yazırsanmı ?
Məndə yazıram
Başaçıq qadın
İtilə sevişdi
Çılpaq qadin atila
Mesaj gəldi :
“Üşüyürəm... -
Sevirəm dedığın
Qızdırmır adamı"
Mesaj getdi :
Qorxuram...
Yenə qorxasan .
Şeytanla sevişməyə başlayam
Əllərim
Qabar çala
Mesaj gəldi :
“Köhnə başmaqları -
Atmayalım
Bəlkə
Yenidən eski küçələrə
Qayıddıq”
Mesaj getdi :
Bir ev milçək
Bir milçək elvarmiş
Və biz müslümanimışıq ...

Qadın 

Mənə qadın lazım !!
Amrikalı
İspanyalı
İranyalı ...
Mənə qadın lazım !!
Asiyalı
Afrikalı
Avrupalı ...
Mənə qadın lazım !!
Ərəb qadını
Türk qadını
Fars qadını
Kürd qadını
İngilis qadını ...
Mənə qadın lazım !!
Bir cüt post - modern uşaq törədməliyəm !!
Mənə qadın lazım !!
Fazılaba tökdüyüm uşaqlar , böyüyüb , dünyanı poxa çəkir !!
Mənə qadın lazım !!

Sabah

 
Bu sabahda acından ölmədi
Acından ölmədi acılar
Az sonra yasaq sevişməyi sevsəm
Görməzdən gəlsəm buğlanan qarımı
Çəkilsə aradan xayin küçələrin kefliliyi
Dinc bir yatağa girsə sevişməyə gəbə göylüm
Mirdəşirlə mıtlaşıb dirilər
Əynimdəkilər əynimdəkilərə qarışsa
Həmən iş işdən geçsə
Həmən acından ölər acılar
Qaşınsa bizə zəng açan əluva deyənlər
Qanayıb qaşınmalar şaşırsa
Dara çəkilsə içim içində
Ölsəm o günü görsəm
Yasaq sevişməyi sevər mən
Yasaq sevişməyi sevər sən
Sellullarda sustalsa şüşələr
Uyuşdurucu sorumlusu əlkollar
Əynimdəkilər əynimdəkilərə qarışsa həmən iş işdən geçsə
Bu şerin şeytanı şişlənəsə
Məmə qabılar bölünsə
Ağızlara basılsa
Maskalanmış şəhər
Küçələrə namussuzluq dolsa
Küçələrin havası tütqun
Çayımın erkək tayı var
Qarımın dünəni dolmalayan dul kişisi
Öncə sonrasızdım sonra öncəsiz
Cinsi xarab cininə çəkərsə
Bizim küçə özünə dəydi
Mən özümə dəydim
Bir qabırqası artıq qadın
Qanına qaşıqlanıb qanımı qaşıqlayır
Öncə öncəsiz sonra sonrasız
Ayağımın yüngülluğundan yel aparsa mən yolların qaz nobəsində
Məni sorarsa quyruğu belindəm
Saratana tutuldu yumurta qabığında sıçanlı günlər
Arxayınlığa çıxsa çıxar
ağıllılar Xaylar
Açılsa buzu boz baxışların arxasında mən
Küçənin cırığına cırılsa gözlərim gözümdən düşsə
Qusdursa məni tökülsə eşiyə içimdəkilər
Az sonra yasaq sevişməyi sevcək
Küçəni leş qoxusa bir an əvvəl kəfən luks bir əlbisə olsa
Bu şeirin şeytanı şişlənəcək
Eşitsə qulaqlar
Birisi qaşınmada əluva deyənlər əluva desə
Əluva desən
Bu sabahda acından ölməsə acılar
Hislənməyəcəm
Birdə bu numaraya zəng açsan gəlib corabını çıxaracam.


İtilirəm pıçağa


Sevgi gəbələnmiş tülkü
Kimliksiz uşaqlar başmağıma işəyir
Küçə itləri ayağıma
Başmağım bükülmədə
Qadınlar buğuma çəkir
Axşam axınır evim
Çirkinliklər geçinir məni
Hay - küyümü itilirəm pıçağa
Parkın çimənləri qızarır
Qoy ip bağlasın ipimə ip sizlər
Qoy dəlilik doğsun başmağı bükülmüş tipsizlər
Tipim dəliliyimi doğur
Saqqalım saçım sənsizliyi
Başmağım məni yollanır sənsizliyə
Yavaşiyir sənələr özləmim
Günlər məndən pasport istəyir
Ayaqlar başmaq
Şeytan şütümü toplayır
Həllənirəm sevgini
Qoltuğumu qıdıqlayır uşaqlıq
Buraxılıram tülküyə
Gəbələnir barmaqlıq.



Fərzad Leysi

Комментариев нет:

Отправить комментарий