Страницы

01.07.2011

Bir qadının başqa qadına etirafı - ortada bir kişi


Məhəbbət üçbucağı...

mən səni sevdim Sevinc..
Onu sevdiyin üçünmü,
Onu sevmədiyim üçünmü
Bilmirəm..
ama səni sevdim..
sən sevdin onu,
mən qazandım sevgisini..
Nə verdi bu bizə..
bilmirəm..

ikimiz bir cürə bədbəxtik bacım..
ikimiz bir cürə xosbəxtik bacım..
ruhunu duyurdum onun guluşlərində..
güvənini görürdüm onun öpüşlərində..
gücünü bilirdim,
inadina rəğmən sevgisində..
bir uşaq məsumiyyətini də
sevirdim..
doğmaydı mənə
həm sənin idi..
həm mənim idi..

Mən sevə bilmədimsən sevdim bacım..
mən bəxş edə bilmədim
sən bacardın bacım..
Cəsarətinə heyranam Sevinc..
Bilirsən Sevinc..
Oxuyurdum mesajlarini..
Sevinirdim - sevən ruhun sarırdı məni..
Sən - bu qədər uzaq ikən hesret idin ona
səsinə
sözünə..
Mən - bu qədər yaxın ikən quca bilmirdim,
öpə bilmirdim
istəyirdim ama sevə bilmirdim..

Sən ona Sultan
mənə mələksən Sevinc..
Xilaskarsan..

Bilirsən Sevinc..
qısqanırdım və.. utanırdım xudbinliyimdən..
Mən səni sevmədim - eyni tale yolcularıyıq deyə,
sevmədim, ər adlı məxluqdan yarımadıq deyə,
sevmədim,Bir cüt yavrumuz var.. anayıq deyə..
Sevdim.. Onu sevdiyin üçün..
sevdim.. Onu tərəfindən kəşfimiz üçün..

Mən səni sevdim səven ruhlarımız doğma yaxın deyə,
sevdim tenha gecələrimizin sirli təbessümündə,
sevdim acı heyatımızın gizli yorğunluğunda
bir sən var idin..
bir mən var idi..
bir də O...

Sən Onu uzaqdan belə əzizləyirdin
nəvazişlərinle ovudurdun..
mən onu yaxından belə
qadınlığıma duyurammadım..
Sevməmişkən - sevgi səadetinə iddialı sən,
sevmişken - sevgisizlik azarina cezalı mən..
sən sevmirdin ərini..
haqq edirdin..
mənsə sevmişdim..
xosbəxt olmadım..
və bir daha sevə bilmədim Onu Sevinc..
mən səni sevdim Sevinc..
Səni..
bir qəlbdə sevgisi
digərində qayğısı
yaşayır indi..
ikimiz bir cürə xosbəxtik Sevinc..
ikimiz bir cürə bədbəxtik Sevinc..

Комментариев нет:

Отправить комментарий