Страницы

01.07.2011

“Söz-söhbəti ekranda deyil, öz aramızda həll etməyin tərəfdarı olmuşam”

Nisə Qasımova: “Söz-söhbəti ekranda deyil, öz aramızda həll etməyin tərəfdarı olmuşam”
“Bu günə qədər sənətçi dostlarımla adım qalmaqallarda hallanmayıb, ona görə ki, münaqişəni və söz-söhbəti ekranda və ya insanlar arasında deyil, öz aramızda həll etməyin tərəfdarı olmuşam”. 

Lent.az-ın məlumatına görə, xalq artisti Nisə Qasımova bu günə qədər adının qalmaqallarda hallanmamasının səbəbini belə izah edib. Sənətçi bildirib ki, qalmaqalları mətbuata çıxarmadan da həll etmək mümkündür: “Təbii ki, mənim də narazılıqlarım olub, lakin bunlar mənim və şəxsin arasında olub. Bəzən üz-üzə, bəzən də telefonla bu məsələ həll olunub”.

Комментариев нет:

Отправить комментарий