Страницы

24.07.2011

Nə sevgidi, nə bağlılıq


                                                                                               Mir Bağır

Sən məni anlamazsan
Demirəm ki qanmazsan
Hissə-hissə nəfəsimə axmağın
Durub-durub vəhşi kimi baxmağın
Alıb-alıb əllərimi sıxmağın
Bir gün mən olmayanda
Dəlicə darıxmağın
Hələ məni sevmək deyil

Varkən başa düşülməmək
Hüzndü
Dəhşətdi
Yasdı
Sonra qınayıb deyirlər
Filankəs özünü asdı
Mənə süzdürüb baxmağın
Nə işvədi nə də nazdı
Mənə belə sarılmağın
Nə sevgidi
Nə bağlılıq
İçindəki ehtirasdı
Hələ məni sevmək deyil

Комментариев нет:

Отправить комментарий