Страницы

24.07.2011

QUBANIN QƏÇRƏŞ KƏNDİNDƏ SEVGİLİ SAXLAYAN NAZİRLƏR

Qəçreşdə bir qayda olaraq bəzi "ağırtonnajlı" nazirlər, digər oliqarxlar ailə üzvlərinin iştirakı olmadan istirahət edirlər.
Sevgililəri ilə istirahətə gələn nazirlər bir qayda olaraq əvvəlcədən öz villalarına xüsusi qrup göndərirlər. Bu təhlükəsizlik qrupu villaların hər tərəfini ələk-vələk edir, altını üstünə çevirir, orada dinləmə qurğularının, videokameraların yerləşdirilib-yerləşdirilmədiyini müəyyənləşdirirlər. 

Qəçreşdə yuva salan oliqarxlardan ən təmtəraqlı villa nəqliyyat naziri Ziya Məmmədova məxsus olub. Nazirin villasının yaxınlığında nazirliyin daha bir neçə "dişli sima"sının villaları olsa da, onlar Ziya müəllimin iqamətgahının kölgəsində qalıblar. Amma 2009-cu ilin yayında vəziyyət dəyişib. Azərenerji prezidenti Etibar Pirverdiyev inşasına 1 il əvvəldən başladığı və böyük bir inşaat briqadasını cəlb etdiyi villasının tikintisini tamamlayıb. Həmin villa Ziya Məmmmədovun iqamətgahını da "vurub-keçib". Artıq o vaxtdan bəri Qəçreşdə nazirlər bir-biri ilə ən böyük villa yarışına giriblər.

Qəçreşdə bir qayda olaraq bəzi "ağırtonnajlı" nazirlər, digər oliqarxlar ailə üzvlərinin iştirakı olmadan istirahət edirlər. Hətta bir çox iri vəzifəli adamlar var ki, onlar buraya sevgililərini gətirir, 3-4 gün ərzində burada sevgilisi ilə qalır, dincəlir, istirahət edir.

Qəçreş olaylarını anladan mənbə nazir övladlarının da macərapərəstlikdə atalarından geri qalmadıqlarını bildirir. Buradakı villalarda nazir övladları böyük partilər (musiqili-əyləncəli, sadəcə, içkiyə üstünlük verilən mərasimlər) təşkil edirlər. Bu cür partilər sonradan əndazəsini aşa bilir, başqa səhnələrə şahid olur. Eyni zamanda müxtəlif vəzifəli şəxslərin uşaqları Qəçreşə gözdən-qulaqdan iraq niyyətlərini həyata keçirmək üçün gəlirlər: Söhbət xüsusi ilə naroktik asılılığı olan, qadağan olunmuş müxtəlif həblərdən istifadə edib "dünyadan keçməyə" hazır olan məmur övladlarından gedir. Onlar üçün Qəçreş ən sevimli ünvandır. Hətta bir müddət əvvəl ölkə gündəminə bomba kimi düşən "ekstazi işi"ndə də Qəçreş əsas ünvanlardan idi. Elə bu məlum olduqdan sonra Qəçreşdə villa sahibi olan vəzifəlilər bir müddət övladlarını ciddi nəzarətə götürtdülər, amma sonradan hər şey əvvəlki vəziyyətinə döndü.

Məlumdur ki, hakimiyyət daxilində ciddi qruplaşmalar mövcuddur və onlar bir-birilərinin əleyhinə ən ağlasığmaz kompromatlar toplamağa meylli olurlar. Yeri gəlmişkən, hazırda əksər oliqarxlarda öz ticari və siyasi rəqibləri əleyhinə belə audio və video kompromatlar mövcuddur, baxmayaraq ki, onlar indiyədək ictimailəşdirilməyib.İqtidar içindəki yazılmamış qanunlara görə, belə kompromatlar hakimiyyət kulislərinə hesablanır və ictimailəşdirmək hakimiyyətin ümumi maraqlarının zədələnməməsi naminə tamamən gizli saxlanılır.

Qəçrəş meşələrinin isə cəmi bir neçə nəfər nazir arasında pay-püş edildiyi qeyd olunur. Bunlar hakimiyyətdə həlledici söz sahibi olan, əlləri üstünə əl, sözləri üstünə söz tanımayan nazirlərdir. Çox uzaq tarix deyil, 17 il əvvəl - 1994-cü ildə Qəçrəş kəndindəki məşhur meşəli yerə gedəndə ətrafda sovet dövründə tikilmiş kiçik daxmalar vardı. Amma indi gedin ora, sıravi insanların istirahət etdiyi meşə sahələri cəngəllikləri xatırladır. Yəni sıxlıqdı. Ərazinin böyük sahəsi məmurlar tərəfindən əhatəyə alınıb və yerli əhalidən kimsə oralarda gəzə bilmir. Böyük meşə sahələrini aralarında bölüşdürblər, iqamətgahlar tikilib, yerdə qalan hissələri isə baxımsızlıqdan meşə görkəmini itirib.

http://xeber44.com/

Комментариев нет:

Отправить комментарий