Страницы

24.07.2011

Rəmiş gitara çala bilmirmiş


images
 Azərbaycanın gənc ifaçısı, «Yeni ulduz-10» mahnı müsabiqəsinin qalibi olmuş Çingiz Mustafayev Day.Az radiosunda populyar gitara ifaçısı Rəmiş haqda fikirlərini bölüşüb. O, hesab edir ki, Rəmişin ifası «aləti ələ salmaqdır».
 «Mən gitaranın 6 siminin hamısında ifa edirəm. Çünki o, flamenko üstündə köklənib. Belə də olmalıdır. Rəmişin gitarası isə milli mahnılar üçün köklənib – tarda və sazda olduğu kimi. Ona görə də, Rəmiş bütün mahnıları yalnız 2 simdə ifa edir», - deyə gənc ifaçı bildirib.
 67 yaşlı sənətçi Rəmiş isə azxeber.com portalına eksklüziv açıqlamasında bu deyilənlərə münasibət bildirib: "Mən neçə ildir ki, gitara çalıram. Saçımı bu sənət uğrunda ağartmışam. Mən yaxşı bilirəm, necə gitara çalmaq lazımdı. Mənə bu haqda heç kim heç nə öyrədə bilməz. "Dünənin uşaqları"nı mənlə müqayisə etməyin. Ümumiyyətlə, indiki zəmanə uşaqları çox pisdi. Gənc ifaçılar qocaman sənətkarlara ağıl verir. Mən adımı "qızıl hərflərlə" yazdırmışam bu sənətdə. İndi "Yeni Ulduz"un iştirakçısı mənə gitara çalmaq öyrədir."
 Rəmiş müsahibə əsnasında Çingiz Mustafayev haqqında təhqiramiz ifadələr işlədib. Etik normalara zidd olduğundan həmin ifadələri saytımızda vermirik.

Комментариев нет:

Отправить комментарий