Hərdən elə sözlər eşidirəm, lap məəttəl qalıram. O gün bazarda kostyum satan tanışımdan soruşuram ki, sizdəki kostyumlar nə rəngdədir, deyir ki indi elə rənglər çıxıb, mən onların adını deyə bilmirəm. Gərək, fərqli düşünüb, fərqli ölçüb-biçəsən ki, bəzi əşyaların, hətta bəzi adamların əsl rəngini, əsl adını tapasan. Məni düşündürən odur ki, televizorda, bəzi siyasətçilərin çıxışında deyilən “fərqlİ düşüncə, fərqli düşüncə” ifadəsi nə deməkdir? “Fərqli düşüncə” məsələsi bizdə bilmirəm, qabaqcıl ölkələrdə çox yaxşı şeydir. Yəni, sən başqalarından fərqli, daha yaxşı şeylər fikirləşirsən, bir çox məsələlərə fərqli münasibət göstərirsən, buna görə də daha da hörmətli olursan. Bizdə isə fərqli düşünənin başına elə oyun açırlar ki, ”voobşe” düşünməyi yadından çıxır, olur XXI əsr manqurtu. İndi bizim həbsxanalarda xeyli dustaq var ki, elə fərqli düşündüklərinə görə ora atılıblar. Elə sənin ətrafında neçə-neçə ziyalı var ki, fərqli düşüncələrinə görə şərlənirlər, təzyiqlərə məruz qalırlar.
Deyirəm, hökumət insanları internetə cəlb etmək üçün bütün vasitələrdən istifadə edir, amma bəziləri hələ də tərpənmir. Elə poçt xidmətində axırıncı bahalaşmanı götür. Sən bilən, hökumət poçtla məktub yollamağı niyə az qala 2 dəfə bahalaşdırdı? Bax, indi balaca bir kağız parçası da göndərəndə, ən az 1-2 manata yaxın pul ödəyirsən. Həmin məktubu 5-6 təşkilata yollasan, elədi 10 manat. Bu məktub da ünvana çata, ya çatmaya. Çünki hər yerdə poçta etibar etmək olmur. Ona görə gərək mütləq məktubu tələbnamə ilə yollayasan (Heç bəziləri buna da baxmır). Ya da Mirzə Cəlilin Novruzəlisi kimi poçt qutusunun yanında yatasan ki, ona yad adam barmaq uzatmasın.
Deməyim odur ki, poçta bir belə pul xərcləyənə qədər, elə həmin məktubu kompüterdə hazırlayıb, internetlə 50-60 ünvana yollamaq olar, cəmi-cümlətanı da 15-20 qəpik xərcin çıxar. Bir şey də var ki bizimkilər internetlə yollananlara cavab vermirlər. Neçə adam var, hətta Prezidentin, Ombudsmanın, təhsil, səhiyyə nazirliklərinin elektron poçtlarına onlarla məktub yollayıb, amma həmin təşkilatlardan səs-soraq çıxmayıb. Ombudsman da adətən cavab verir ki, imza ilə göndər. Camaat bilmir başına haranın daşını salsın, hər tərəfdən əzirlər.
Məmurların gücü bizim üzüyumuşaqlığımızdadı. Bax, birinin dükanını özünə sökdürürlər. Dinmir. Sonra onun yerini təzədən özünə satırlar. Dinmir. Sonra yenə də həmin dükanı araba kimi özünə dala-qabağa çəkdirirlər. Dinmir. Daha sonra bu oyunbazlığı sənin ağsaqqallarına, baş mollana, ziyalına təriflətdirirlər. Dinmir. Hələ bu azmış kimi sənə deyirlər, övladını göndər Qarabağa, orada döyüşsün, yaralansın, ölsün. amma torpağı azad eləsin. Çünki əllərində olan torpaqları satıb qurtarıblar, qalıb erməninin əlində olanları alıb satmaq. Dinmir. Bunlar da deyir, susmaq razılıq əlamətidi.
Комментариев нет:
Отправить комментарий