Страницы

20.08.2011

Gün doğarkən...

Günay Fikrətqızı


Günel Məstəliyevanın əziz xatirəsinə ithaf olunur...


Gün doğarkən hər səhər içimdə yenı bir arzuyla salamlayıram səhəri.Gecə düşərkən hər axşam  yenı  bir arzuyla, xəyalla yumuram gözlərimi və hər şeyi geridə qoyub hər gələn səhəri səbirsizliklə gözləyirəm. Günəş doğdu bu səhər,amma şəfəqləri ətrafı elədə aydınlatmırdı. Küsmüşdü nədənsə. Gözlərindən gilə-gilə yaş süzülürdü. Nədən ağladığını sordum ondan. Dinmədi. Dönə-dönə bir daha sordum. Niyə cavab vermirsən? Susma! Danış! Sonunda dərin bir nəfəs alıb sözə başladımı deyim, fəryad edirdimi deyim bilmirəm."Qaytarın mənim sevincimi, geri qaytarın"-deyə yenidən ağlamağa başladı. Susdurmaq mümkün deyildi.Göz yaşları sel kimi axıb gedirdi.Necə təsəlli verim,necə kömək edim bilmirdim. Bir az sonra anladim Göy üzündəki GÜNƏŞİN fəryadını.                                                                   

Onun yer üzərində sevdiyi GÜNƏŞİ göylərə ucalmışdı 1 günün içində. Gözü yolda qoymuşdu əzizlərinin,d ostlarının. Nə qədər ətrafa səs salsada, hayqırsada ucsuz-bucaqsız səhrada o geri dönən deyildi. O,bunu çox yaxşı bilirdi. Əlində ona ünvanlanan kiçik bir namə var idi.Belə yazılmışdı: ''GÜNƏŞİM" getdiyin yeridə aydınlat şəfəqinlə, gülüşünlə ətrafa sevinc getir. Gün doğdu bu səhər (01.06.2011) ama şəfəqləri tamam sönmüşdü. 

Комментариев нет:

Отправить комментарий