Страницы

20.08.2011

Məhəbbətin qüdrətini mən belə bilməzdim...

Ancaq bizdə oxuyun!

Sofiya Sadıqlı yenə də Azərbaycan şor-biznesindən yazır

Mədinənin erotik etirafları

Bilirsiz də, axı bizim də bir “Kristall”ımız var. İndi bu qızlardan ibarət qrupun kristal kimi şəffaf olub olmamasında işim yoxdur. Onsuzda bizimkilər öyrənib itinə Cek, Reks, marketinə də “Ledi”, “Men”, “Blockhead” adı verməyi. Guya bununla da özlərini qlobal hiss edib rahatlanırlar. Bəziləri isə qonşusuna göstərmək istəyir ki, hətta ingilis dilini də bilir.
Xülasə, üç qızdan ibarət olan “Kristal”ın produsseri, məzmunca Telli Borçalıya, formaca Nadir Qafarzadəyə bənzəyən Mədinə Məlik çox ilginc faktlar söyləyib. Deyib ki, qrupun sabiq üzvü, bir müddət öncə solo karyeraya başlamış Lalə Qafarova ailə həyatı quracaq. Bu o qədər də maraqlı xəbər deyil, maraqlı xəbəri Mədinə Məlik özü haqqında verib: “Yalnız onu deyə bilərəm ki, sevirəm və sevilirəm. Lalənin toyundan sonra mən də ailə quracağam. Toyumda mətbuat nümayəndələri olmayacaq.
Aha, bax, bu lap ürəyimcə oldu. Amma xeyri yodur. Bizim bəzi üzdəniraq jurnalistlərimiz var ki, onlara jurnalist deməyə də adamın dili gəlmir. Onlar əslində jurnalist deyillər e, reketdirlər. İndi bu reketləri Mədinə Məlik toyunda qapıdan qovacaq, bacadan girəcəklər. Belələridri də, Mədinə kimiləri ulduzcuq edən. Bu ulduzcuqlar adam içinə çıxana qədər bu reketlərin əlinə ayağına düşüb, ciblərinə pul basıb yazı yazdırırlar. Elə ki adam oldular, jurnalsitlərə təpik atmağa başlayırlar.
İndi bu formaca Nadir Qafarzadənin əksi olan Mədinə də jurnalistlərə yuxarıdan aşağı baxır. Minnətin olsun!

Validə Abbasova güclü kişi axtarır

Şouxanamızın ətçəbalası, yəni çılpaq ulduzu, model Validə Abbasova yeniyetmə bir qız anası olsa da təzədən könlünə təzə ər düşüb. Belə yerdə deyirlər e, hər şeyin təzəsi, dostun köhnəsi. Heç bilirsiz, Validə necə kişi axtarır? Validə güclü kişi axtarır. O anda ağlınıza ştanq qaldıran, əzələli pəhləvanlar düşməsin e. Validə mənən güclü kişi axtarır: “Mənim öz idealım var. Bəlkə də reallığa ona görə bədbin yanaşıram. Həyatda ideal - insanın gördükləri, üzləşdikləri əsasında yaranır. Mənimçün ideal kişi güclü xarakterə, mədəniyyətə malik olan, sözünün məsuliyyətini dərk edən şəxsdir. Kişi güclü olmalıdır. O, sözünün sahibi deyilsə, onu kişi adlandırmaq olmaz”.
Nə deyirik, təki zəhməti itməsin. Axtarışı bir səmərə versin.

Rusiya çatlamasın, neyləsin…

Bizim bir müğənnimiz var. Özünü gah Ledi Qaqaya, gah da Britni Sprisə oxşadır. Amma gerçəkdən qonşuluqda yaşayan dəli Fatmaya çox oxşayır. Hə, günümüzün qəhrəmanı müğənni Roza Zərgərlidir. Ulduzcuğumuzun verdiyi xəbərə görə, o, yalnız Türkiyə deyil, Rusiya şou-biznesinə də qatılmaq niyyətindədir. Elə təkcə qatılmaq? Yox əşi, Roza Rusiyanı fəth etməyə gedir. :
“Tez-tez Rusiya şou-biznesində bizim ölkəmizin gənc təmsilçilərinə niyə rast gəlinməməsi haqda düşünürəm. Belə qərara gəlmişəm ki, mən Azərbaycanı digər ölkələrdə də təmsil edə bilərəm. İmkan, potensial, səs varsa, nədən olmasın? Komandamızla bu istiqamətdə işləyirik. İlk olaraq türk müğənni Emre Altuqla duet oxumaq qərarına gəlmişəm”.
Müğənni deyib ki, pərəstişkarları tezliklə onun məşhur Rusiya ifaçısı ilə duetinin də şahid olacaq.

Elton da meyxanalayacaq

Yaxın günlərdə müğənnilərindən daha biri yaradıcılığında fıstırıq edəcəyini deyib. Bu müğənni Eltondur. Elton ha, Elton Con yox. Deyirəm, birdən iraq olsun dəyişik salarsız. Bizim Elton o arvad kimi uşaq doğan Eltonun tayı deyil e. Deyir ki, mənim meyxana demək istedadım var, səsim də buna imkan verir. Hələlik bu, mənimçün sadəcə hobbidir. Amma gələcəkdə meyxanaçılardan biri ilə birgə layihə planlaşdırıram. Mən öz yerimi bilirəm. Odur ki, meyxanaçılar tərəfindən tənqid olunacağımı düşünmürəm”.

Ruhəngiz Allahverdiyev məsləhət verir

Özünü şouxanamızın Barbisi adlandıran Ruhəngiz Allahverdiyev yenə də coşub-daşıb. Qəzəbli Ruxa açıb ağzını, yumub gözünü və deyib ki, restoranlar onun məşhurluğundan istifadə edirlər: “Ğüçün mənim və digər məşhur müğənnilərin şəklini nümayiş etdirir. Buna görə onlar bizimlə müqavilə imzalamalıdırlar. Bu pilləyə addım-addım qalxmış müğənnilərin yeri yüksəkdədir. Onları əvəz etmək mümkün deyil. Dünənki uşaq qarşımda “at oynatdıqda” bu, mənə toxunur. Biz də gənc olmuşuq. Amma böyüyə hörmət hər zaman olmalıdır”.
Daha sonra enli belli, yekəqarınlı, çatma qaşlı, qara sürməli, qırmızı yanaqlı, ətli-əndamlı Barmimiz deyib ki, onun ucuzvari maşınına yuxarıdan aşağı baxırlar. Bu isə şouxanıma çox pis təsir edir: “Mən öz “Jiquli”mdə gedərkən mənə qəribə baxırlar. Çünki müğənniləri bahalı maşınlarda görməyə vərdiş ediblər. Amma belə olmamalıdır”. Əla, əla. Çox humanist Barbimiz var.

Günay 3 gün 3 gecə gəlin olacaq

Deyir Türkiyədə yaşayan və Azərbaycanı dünyada öz biknisi (nənələrimiz buna darbalaq deyirdilər) təmsil edən model Günay Musayeva ərə geir. Modelmizə bir könüldən min könülə vurulan məşhur türkiyəli aktyor Tolqa Karel dillərə dastan olacaq 3 gün 3 gecə toy edəcəyini deyir. Artıq Türkiyə mətbuatının əsas xəbər başlıqlarından birinə çevrilən məlumatda deyilir ki, “Yaprak Dökümü” serialının Oğuzu həmçinin toy hazırlıqlarına başlayıb və  mərasim bu yaxınlarda baş tutacaq. Amma aktyor mərasimin nə zaman və harada olacağı barədə hələlik bir açıqlama verməyib. Bir sözlə Günay Musayeva düz 3 gün 3 gecə gəlin olacaq, sonrasına, yəni dördüncü günə qalınca, Allah kərimdir. Əsas odur ki, Günay toyunda şouxanamızı bikni ilə deyil, gəlinliklə təmsil edəcək.  

Səidə Sultan seksual kişiləri yaxşı tanıyır

Şouxanamızın daha bir manısı Səidə Sultandan danışacam sizlərə.  Aygün Kazımovanın yolunu getməyə başlayan Səidə açıq-aşkar açıqlamalar verməklə gündəmdə qalmağa can atır. Yazıq neyləsin, day Ramazan ayıdır, manısların toyu yoxdur ki, pul qazanıb Azərbaycan telekanllarını işğal edələr. Odur ki, başqa yol seçmək gərəkdir. Söz yox, bu yol min dəfə tapdanmış yoldur, amma maraqlıdır.
Səidə pulsuzluqdan bədənini ən gözəl yeri haqqında müştərilərə müfəssəl məlumat verib: “Bəzən harasa gedəndə açıq paltarlar geyinməyi xoşlayıram. Doğrusunu desəm, bütün kişilər mənə baxmaq üçün geri dönürlər. Bədənimdə ən seksual yer isə sinəmdir. Hesab edirəm ki, bütün insanları seks birləşdirir, amma seks də tədricən məhəbbətə çevrilə bilər. Kişinin baxışlarından, gözlərindən anlamaq olar ki, o seksualdır, ya yox. Elə kişilər var ki, zahirən gözəl deyillər. Amma onların baxışı səni heyran edə bilər. Bir sözlə, belə kişi başdan-ayağa “seksi”dir”. Əla, lap Beyons kimi açıqlama verib.

Səfurəni kim yorur?

Xəbəriniz var? Vay, vay, siz belə xəbəri qaçırmısız? Çox təəssüf.
Deyim bilin, ölkəmizi Evrovision siyasi mahnı yarışmasında təmsil edən irigözlü Səfurə Əlizadə istirahətdədir. Dəhşətdir e, insan cəmi-cüm bir mahnı oxuyub illərdir istirahət edir. Biz gündə palaz-palaz yazılar yazırıq, heç istirahət yadımıza düşmür. Heç Şakira da bir mahnı oxuyub illərlə istirahət etmir. Maraqlıdır, görən bu Səfurə istirahət pulunu hardan tapır və ya sualı belə də qoymaq olar-Səfurəni kim və necə yorur?
Hələ Nigarla-Eldar cütlüyünü demirəm. Elə bütün günü xəbər saytlar yazır ki, Ella ilə Nika istirahətdədir. Əcəb işdir.
İndi bu Səfurə də özünü Cennifer Lopesin zadın yerinə qoyur da. Bommm, Səfurə dəniz kənarında dincəlir, bomm Səfurə tək dincəlir…
Səfurə də dalını bahalı bir maşına söykəyib şəkil çəkdirir. Yəni ki, bahalı maşınım da var hətta. Ay da bu istinin günündə adam bu manısların əlindən bilmir canını götürüb hara qaçsın.

Sofiya Sadıqlı

Комментариев нет:

Отправить комментарий