Страницы

30.08.2011

Saralmışdıar amma solmadılar

Xosrov Barışan

Ad günü
  
Birdən-birə
  Qapını çaldı
     Gecənin ortası
                  Saat üç!
Yuxudan daşlandım.
Ayfondan baxdım,
        Küçə bom-boş...
Yaşamışdım,
  Yorulmuşdum,
     Yorğunluğuma gəldi
                      İstəməyərək.
Cəbrdən mi?
İstəkdən mi?
Açar-açmaz qapını
   Gözlərinə cumdum!
Qap-qara bir çarşaba bürünmüşdü!
Kölgəsindən tanımışdım biləsin.
Həmən danışmağa başladı,
                             Dil açdım
                                  Tumdum!
Ölümlə mırtlaşmağı mənə öyrətdi.
Nəfəsi əsincə;
 Can tapırdı məndə
               Titrəyirdim,
Bakirə qalmışdım.
Haradan gəldiyi bəlli deyildi!!!
Öz adını belə bilməyirdi!
                      Bilməyirdim!
Yalqız idi...
   Gözyaşlarımı silməyirdi!
Yalqız idim...
   Sevincdən mi? Qəhərdən mi?
                                Ölməyirdim!
Ayılmış bir yuxuydu sanki...
                        Dirilməyirdim!
Ah...
 Nə qədər izləyirdim,
                    İzləyirdim...
                      İzləyirdim...
                        Doymayırdım,
                           Doyanmayırdım!!!
Darıxdıran
 Yekə bir yalqızlığı
       Birlikdə varlığın
         Şirin bir xəlvətinə
                              Daşıdıq.
Qorxunu qorxudub,
    Görmədiyim yuxuları yaşayırdım.
Tamamən yarımçıqdım!!!
Mükəmməl bir qadın idi;
                           Şeir kimi...
                             Adını mən seçdim.
⎕⎕⎕
İtən məni tapınca
           Zaman bitdi.
Zır kefliyəm a...

Müəmmər Qəddafiyə

Libyada;

 Bütün yapraqlar da
    Diktator olmasınlar deyə;
                           Saralmışdılar!!!
                              Amma solmadılar.

Комментариев нет:

Отправить комментарий