Страницы

02.08.2011

Sən ağlama, ağlama göz bəbəyim sənə qıyamam

Ancaq bizdə oxuyun!

Sofiya Sadıqlı nanəli, ilhamlı, darçınlı telekanallarımız barədə yazır

“Sən ağlama, ağlama göz bəbəyim sənə qıyamam”. Sezen Aksu oxuyur bunu. Mərhəmət yağır mahnıdan. İraq bizimkilərdən, mərhəməti, insafı deyirəm. Bizim şouxanamızda ağlamaq və ağlatmaq əsl qabliyyət sayılır. Məsələn ötənlərdə xəbər saytlarından birinin apardığı “Ən yaxşı aparıcı” sorğusunda guya “Ulduz oldun”un mərsiyəçisi Nanə Ağamalıyeva ilk onluğa düşmüşdü. Səbəb isə onun həmkarı, “Etiraf” verilişinin aparıcısı İlham Mirzəyevdən daha yaxşı ağlatması idi. Oğuldur İlham gəlib Nanə kimi ağlasın, ağlatsın. Amma bu iki aparıcını birləşdirən bir dəyərsizlik də var ki, o da hər ikisinin də ağlatdığı adamın göz yaşlarından ilhamlanmasıdır. Yadımdadır, bir dəfə Nanə müğənni Sevda Yəhyayevanı verilişinə, daha doğrusu, yasxanasına çağırmışdı. Sevdayla salam-saq ol edən kimi onun qəlbinin sarı simini qurdalamağa başladı. Uşaqlıqdan atasız, ehtiyac içində böyüyən Sevdanın göz yaşları Nanəni elə ruhlandırırdı ki. Yalandan üzünə kədərli maska taxan Nanə bilmirdi ağlasın, bilmirdi durub çırtıq vurub oynasın. Amma gözləri gülürdü, axı Sevda atasız keçən uşaqlıq illərindən danışıb ağlayırdı. Nanənin kefi ala buludda idi.

Bu zaman yadıma İlhamın verilişlərindən birinə qonaq olan müğənni Aygün Kazımova düşdü. İlham səsini zəiflədib, ha nazlandı, ha duzlandı, ha xanımlandı ki Aygünü ağlda, amma Aygün ağlamadı. Çünki o, Aygün idi. Halal olsun. Nanələrin, ilhamların dərsini belə vermək lazımdır. 

Şouxanamızın dəyənək vuranı- Əlişka

Adətən bizdə uşağa Əli adı qoyub sonra onu urscaya çevirib, əzizləmək üçün Əlişka deyirlər.
Şouxanamızın da Əlişkası var-Əli Mirəliyev. Nə qədər ki Əli Mirəliyev ağıllı, səsi gözəl müğənni idi yada düşmürdü. Elə ki, o, dəli oldu, psixi problemləri baş qaldırdı, day telekanallardan düşmədi. Çünki bu anormal cəmiyyətə dəli gərəkdir, dəli. Yeri gəlmişkən, bizim yerli telekanallara ağıllı adam baxanda dəli olur.
İndi şouxanada bir dəyənək vuran var. Onun adı Əlidir. Kimin kimdən xoşu gəlməsə Əlini qızışdırıb salır onun üstünə. Bir gün Nazpərinin, bir gün Röyanın, bir gün İlhamənin qapısına çirkab yağdıran Əli bir az keçəndən sonra səhfini başa düşür və üzr istəməyə məcbur olur. Adi günlərdə tamaşaçılara ağsaqqal, ağbirçək müqəddəsliyindən ağıl dərsi keçənlər ağsaqqal, ahıl bir kişini pul qazanmaq, şouxananı daha da inkişaf etdirmək üçün gündə bir rola salanda menatlitet yadlarına düşmür.

Zorik Xatunu şantaj etdi

Şouxananın ən məşhur produserlərindən olan Zorikin (Zöhrab Ağayev) Xatuna qəzəbi tutub. Zorik deyir ki, Xatunun qardaşı, başqırxan Balaşla yaxından dost olduğu üçün çox da bu qızın üstünə getmək istəmir. Zorik saytlardan birinə verdiyi müsahibəsində Xatunun adının da geydirmə olduğunu dedi. Sən demə, Xatunun əsl adı Nərgiz imiş. Zorikin dediyinə görə, Xatun Nərgiz adıyla elə oyunlardan çıxıb ki, sonda bu ad yarasız hala düşdüyündən Xatun olub.
Hələ bu harasıdır, Zorik deyir ki, onda Xatunun elə şəkilləri var ki, bircəciyini ortaya çıxarsa gərək, Xatun baş götürüb ölkədən qaça.
Amma göstərməyəcək, darıxıb üzülməyin. Çünki Zorik Balaşla bir süfrə arxasında çörək kəsib. Vəssalam. Çörək də ki kəsir adamın yolunu. Adam da ola Zorik, sonra başqırxan Balaş. Lap elə başqırxan Balaşın bacısı Xatun...

Qumral xanımın nəfəs mənbəyi İlhamədir

Şouxanamızın qəribə, bir-birindən maraqlı cütlükləri var. Onlardan biri də Təranə Qumralla əri Musa Musayevdir. Yaxınlarda bu cütlük xəbər tutb ki, vay dədəm vay, hamı getdi, bunlar qaldı. Yəni şouxanada vur-çatlasındır bunların da xəbəri yox. Bir sözlə maraqlı vcütülüyün başı palatka toylarına elə qarışıb ki, gündəmə girmək yaddan çıxıb. Odur ki, cütlük gec edib, güc etmək qərarına gəlib və üz tutub xəbər-şou saytlarından birinə. İndi bu cütlük tez-tez özlərini necə gəldi reklam edirlər. Reklam etmək üçün sənət və ya klip mütləq deyil. O qədər mövzu var ki. Məsələn elə Təranə ilə Musanın bu yaxınlarda gündəmə daşıdıqları mövzuya baxaq. Sən demə, bu ailənin ən yaxşı müğənnisi primadonna İlhamə Quliyeva imiş. Cütlüyün dediyinə görə, bütün ailə İlhamə xanımla, onun sənətiylə nəfəs alırmış. Bunu təxminən belə başa düşmək olar ki, günlərin bir günü yer üzündə oksigen qurtarsa hamı öləcək Təranə ilə Musa qalcaq. Onlar İlhamənin “Neylərsən mənə” mahnsını dinləyib, dünyanın sonuna qədər sevəcəklər. Amma gündəmi izləyən adam kimi diqqətimdən bir məqam da yayınmadı. Mənə elə gəlir ki, bu cütlük bir az huşsuzdur. Çünki ötənlərdə onlar demişdilər ki, bir-birlərindən ötrü ölürlər: “Bizi heç ölüm də ayıra bilməz”. Açıqlamanı oxuyan kimi dəqiqləşdirdim ki, bu cütlük palatka toylarında xalq yolunda cəfa çəkib ciblərini doldurduqdan sonra boş vaxtlarını mənalı keçirmək üçün hind kinolarına baxırlar. Bu romantika ancaq hind kinolarında olur.

Zema da gözəl olandan sonra...

Dağıl a dünya, dağıl. Sən demə, Zema da gözəl imiş bilirsiz də söhbət kimdən gedir. Liderdəki “Qızıl pillə” verilişinin aparıcısı Zemfira  Adgözəlovaya qısa və maraqlı olmaq üçün Zemiçka deyirlər. Adıçəkilən verilişdə nənəm demiş yrvatsız-urvatsız danışan Zema verdiyi müsahibələrdən birində deyir ki, guya onu televziyada görən kişilərin ağlı başından gedir, nə bilim gündə bir təklif alır. İnan daşa dönməsin. Çünki bizim müsair novruzəlilərə sevişdiyi qadının gözəlliyi, ağlı, ləyaqəti deyil, kliçkası gərəkdir. Sadəcə Zemiçka de, yetər. İndi nə deyək ki. Belə yerdə adətən deyirlər, Allah bazarını versin ay Zemiçka!

Sofiya Sadıqlı

Комментариев нет:

Отправить комментарий