Страницы

28.08.2011

Yat hələ


Mir Bağır

Mən  oyağam,  dərd  ələnir  üstümə.
Gecə-gündüz həsrət durub qəsdimə.
Düşünürəm qeyri-mümkün şeyləri
Axı,görən necədir azadlıqın göyləri,
Sarımtıl  şəfəqlərin  cazibədar  varlığı
Həqiqətin  açarı-bəşərin  inkarlığı,
Səni  hara  aparır  korluğun    karlığın?
Yat  sevimli  millətim,
Pak,  günahsız  qəlbinlə,
Qorxaraq  demədiyin,
əlacsız  hisslərinlə,
yat  sevimli  millətim
səadət  bəzən  yuxuda  gəlir.

Комментариев нет:

Отправить комментарий