Mən oyağam, dərd ələnir üstümə.
Gecə-gündüz həsrət durub qəsdimə.
Düşünürəm qeyri-mümkün şeyləri
Axı,görən necədir azadlıqın göyləri,
Sarımtıl şəfəqlərin cazibədar varlığı
Həqiqətin açarı-bəşərin inkarlığı,
Səni hara aparır korluğun və karlığın?
Yat sevimli millətim,
Pak, günahsız qəlbinlə,
Qorxaraq demədiyin,
əlacsız hisslərinlə,
yat sevimli millətim
səadət bəzən yuxuda gəlir.
Комментариев нет:
Отправить комментарий