Страницы

18.09.2011

Ali Xəlifənin şiələrlə qarşı çirkin planları

Ali Xəlifənin şiələrlə qarşı çirkin planları

  
     Ali Xəlifənin çirkin planları ifşa oldu

2006-cı ilin sentyabr ayına kimi Bəhreyn kralının müşaviri işləmiş sudanlı Səlah əl-Bəndər İraqın "əl-Məsar" kabel televiziyasına verdiyi müsahibəsində bildiib ki, o Bəhreyn kralı Həməd bin İsa Ali Xəlifənin müşaviri işlədiyi dövrdə kralın sərəncamı ilə xüsusi idarə yaradıldı ki, həmin idarə şiələrlə və şiəliklə mübarizə aparmaqla məşğul olacaqdı. 

Əl-Bəndər deyib ki, idarənin məramlarından biri həmçinin müxalifətçilər, o cümlədən, şiələr arasında təfriqə salmaq olub.

Hal-hazırda İngiltərədə yaşayan əl-Bəndər deyib ki, şiələrin əleyhinə yaradılmış və bu idarə şiələrlə və ümumiyyətlə bütün müxaliflərlə mübarizə aparmaq üçün Ali Xəlifə rejiminin xüsusi qüvvələri hesab olunur. Və həmin idarənin nəzdində həmçinin Milli Qvardiyaya və Müdafiə Nazirliyinə tabe olan xüsusi batalyon da fəaliyyət göstərir.

Əl-Bəndər deyib ki, rejim onun işlədiyi zaman çalışırdı ki, bir neçə qanunlar qəbul etsin ki, onların sayəsində şiələrə terrorist damğası vuraraq onlarla mübarizəsini asanlaşdırsın.

Ali Xəlifənin başqa bir planı şiələri və sünni məntəqələrinə, ən əsası isə sünniləri şiə məntəqələrinə yerləşdirmək olub deyən əl-Bəndər bildirib ki, bunlarla yanaşı rejimin planlarından biri də dövlət idarələrində çalışan şiələrin saylarının azaldılması olub.

http://www.azadxeber.az/

Комментариев нет:

Отправить комментарий