Страницы

29.09.2011

Boynu bükük bənövşə

 Vüsalə Abdullayeva. Hekayə

Çarpayıda ağır xəstəlikdən yatana ana son gününü yaşıyırdı. О, evladlarını yanına çaqırıb vəsiyət edir:
-Bilirəm ömrümün son günüdür.Bir gün gələn,bir gün gedir.Mən öz ömrümü yaşadım.Dünya durduqca siz yaşayın. Mən dünyadan köcdükdə qəmə kədərə düçməyin. Güclü olun, bir-birinizdən  müğayət olun. Ləyaqətinizi, isnanlığınızı qoruyun. Gözüm arxada qalmasın o dünyada rahat yatım; -deyə gözlərini bu hayata ədəbiyən yumur. Onun üç övladı ana yetimi qalır. Qadının ölümü həyat yoldaşını pis sarsıdır. O bir ara özünə gələ bilmir. Çox çətin olsada o övladlarını böyüdür. Onlar istirab dolu həyat yaşadılar. İllər  keçir. Evladlar böyüyür. Qızı və oğlu ailə qurur. Evin son beşiyi Bənövşə isə boynunu büküb məktəbə gedir,dərsləri ilə məşqul olur. O, hələ anasını unutmamışdı. Onun on dörd yaşı olmağına baxmayaraq,füsünkar gözəlliyi,balıq kimi ağ bədəni, dəniz kimi mavi gözləri,qızıl kimi sarı saçları vardir. Məktəbdə hərkəs ona heyran qalırdı. Onun isə məktəbdə bir sevdiyi vardır. Onlar hərdən zəngdə görüşür,söhbət edirdilər. Bir-birlərini dəlicəsinə sevirdilər. Bənövşənin hələ ailə qurmağına çox vardır. Lakin ailəsində ata,qardaş,qardaşının yoldaşı onu incidirdilər. Bənövşə gecələr anasının rəsmini götürüb,köks ötürür – Ana kəş öldəyəydin yanımda olaydın,məni çox incidirlər deyərək ağlayardı.                                           
O öz ailəsindən beyizmişdi. Bənövşənin bir çixiş yolu vardır. Ailə qursun canını zalım ailədən qutarsın. Bu fikirlədə bir gün ataya yaxınlaşır,ailə quracaqi haqda söyləyir. Ata ötkə ilə;-razı deyiləm, əgər sözümə baxmayıb ailə qursan nə olursa olsun birdə qayıtmayacaqsan söylədi.                                                             
Bu sözlərə baxmayaraq Bənövşə məktəbdə sevib,seçdiyi oqlanla ailə qurur. Ər evinə köçür. O ele bilir ki dinclik tapıb. Yanılırdı. Onun  hələ agrılı acılı həyatı qarşıda idi. Onlar xöşbəxt yaşayirdilar. Zamanla bir qızları dünyaya gəlir. Bənövşə qızını böyüdür,yoldaşı isə işə gedib gəlirdi. Evliliklərindən 2 il keçir Bənövşə yenə ana olmaqa hazırlaşırdı. Yoldaşı isə son zamanlar içir sarxoş olur Bənövşəni döyürdü. Sanki onu heç sevməmişdi. Bənövşə bu ağır günlərə qızına görə  dözürdü. Bir gün necə döyülürsə huşunu itir yerə yıxılır. Gözlərini açanda isə o ozünü xestexana çarpayısında görür. Bu hala gələcəyini o bilmirdi. Tibb bacısı onun ayıldıqını görüb həkimə xeber edir. Həkim onun otaqına keçir,müayinə etməyə.Bənövşə boylu olmadığını görüb həkimdən soruşur:                                                                                   
-Körpəm  hanı.                                                                                                                                                             
-Aldıqınız zərbədən bətninizdəki körpə tələf olmuşdu. Biz onu sizdən azad etdik. Çox  ağır əməliyat idi. Özünüzü necə hiss edirsiz?                                                                                             
Bənövşə suala cavab verməyib hönkürlə ağlayır. Bu qədər yoldaşına dözmüşdü. Lakin körpənin itkisi onu yaman sarsıdır. Bu dözülməz idi. Onun doğumuna üç qalmışdı!                                                             
Olan hadisəyə görə xəstəxanaya polis məmurları gəlib Bənövşədən izahat almaqa. Bənövşə yoldaşının bu acı əməlini satmır özünün yıxıldıqını söyləyir. Vaxt bivaxt gəlib keçir.Bənövşə xəstəxanadan çixar çixmaz vicdansız yoldaşindan boşanı. Gözünün agı-qara olan bircə qızını götürüb ər evini tərk edir. Yoldaşı onun heç vaxt axtarmır.Bənövşə bacısı gilə gəlir. Bacısı onun dərdindən hali idi. Bir müddət bacısının evində qalır. Bacısı gilin çox çətin dolanışığı vardır. Elə ona görədə bacısı vərəm xəstəliyi tapıb, bu xəstəlikdən vəfat edir. Bacısının vəfatından sonra Bənövşə orda qala bilməzdir. O üç yaşlı uşağını ordan götürüb çıxır.                                                                                                                
Axı o hara getsin?!
O kimə lazimdı?!                                                                                                                   
- Hec kimə. Ana bacı qara torpaqda yatır. Ata ,qardaş onun varlıqını danır,ona dayaq dumurdular. Əslində  onlar çoxdan kişiliyini,insanlıqını itirmişdilər.Bənövşə çarəsiz qalıb üst tutur körpələr evinə. Müdürün qəbulunda olur. O öz qara taleyini danışır. Xaiş edir ki,qızını hələlik burada qoysun. Ev-eşik edib qızını gəlib götürəcək. Müdür körpəni körpələr evinə qəbul edir.Bənövşənin sevincinin həddi hüdüdü yox idi. Lakin əli gəlmirdi körpasini ora qoysun. Qızı ağlayır ananın qucaqından düşmürdü. Ananın körpənin fəryadı körpələr evini bürümüşdü.                                                                                                                 
Axı ət dirnaqdan necə ayrılsın?
Bənövşə ürək ağrısı ilə qızını körpələr evinə yerləşdirir. Oradan çıxıb müxtəlif yerlərdən iş axtarır. Tapır. Bazarda meyvə-tərəvəz satıcısı razı olur işləməyə. Özünə kirayə ev tapır. Vaxt tapan kimi satdıqı meyvələrdən bir neçəsini götürüb qızını görməyə gedirdi. Gətirdiyi meyvələri qızına yeizdirir,qalanını isə sonraki günlər üçün yanına qoyurdu. Hər gedişində dayələrə tapşırırdıki;- yeməyini vaxtında yesin. Yatanda üstü açıq qalmasın. Siz Allah ona” gözünüz kimi baxın” axı o hələ körpədir. Bənövşə işə qayıtsada ürəyi həmişə qızında qalırdı. Çünki körpəyə yalnız ana yaxşı baxır.                                    
Bir gün bazarın müdürü Bənövşəni işdən yayındığını görübyanına çağırtdırıb deyir:                                      
- Bənövşə son zamanlar sənin işini müşahidə edirəm. Işinə məsuliyətsiz yanaşırsan.                
Bənövşə göz yaşi töküb qızının yanına körpələr evinə getdiyini söyləyir.
- Əgər iş səni qane etmirsə çixa bilərsən. Uşaqınada baxmaqa asudə vaxtın olar. Axı bura bazardi!İşi qoyub getmək olmaz! Müştəri gəlir!
- Baqışdayın birdə olmayacaq.
- İşivin başına qayda bilərsən.
-Bənövşə çarəsiz qalıb bazarda işini davam etdirir. Aylar keçir. O, qızının üzünə həsrət qalır. Bənövşən qızından nigaran idi. O, nə yiyir ,nə içir fkirləri beynində fırlanırdı. Bir gün işdə ağlına qayınanası gil düşür. Işdən icazə alıb onlara gedir. Gəlib çatır. Qapını döyür. Qaynanası qapını açır. Bənövşəni görüb diksinir.  Ötkəylə deyir: sənin burada nə işin var?nə üzlə gəlmisən?                                                        
Bənövşə qəhər içində deyir:                                                                                                                      
- Özümdən ötəri gəlməmişəm qızım üçün gəlmişəm.
- Nə olub qızıva?                                                                                                                               
 - Qızıma baxa bilmədiyimdən onu körpələr evinə qomuşam. Vaxt olanda ona baş cəkirdim. Artıq müdür icazə vermir. Aylardır qızımın üzünü görmürəm cox nigaranam. Sən onun nənəsisən. Onu hər bazar evinə gətirib qayğısına qala bilərsən.                                                                                                                             
- Bir şərtlə get onu evladlıqdan çixart,ondan sonra onu biz ömürlük oradan cıxaraq baxaq.                     
- Yox! Razı deyiləm!
Bənövşən iri addımlarla oranı pilləkənlərdən düşüb gedir. O, bilirdi ki onun dediyi kimi etsə birdə qızının üzünü görmüyəcəq. Çünki qaynanası daş ürəkli qadın idi.  Boş vaxtının olduqunu görüb körpələr evinə qızını görməyə gedir. Gəlib çatır. Boylanır körpələrin oynadıqı otağa. Qızını  orada görmür təlaşa düşür. Qızım hanı deyə qışqırır. Üz cöndərib.  Sürətlə müdürün otaqı tərəfə qaçır. Qapını döymədən açır. Müdürə tərəf baxıb, istirab içində  deyir:
-Qızım hanı?onu görmürəm?
-Siz qayitdınız?
Müdür elə bilirdiki Bənövşə   birdəfəlik gedib. Müdür onun təlaşını görüb deyir:                                        
- Narahat olmayın qızınız güvənli əllərdədir. Burada işləyən müəllimə onu qəyumluğa yəni evlatlıqa götürüb.
- Axı kim olursuz? Mənim körpəmi evlatlıqa verirsiz?mən ölmüşəm bəyəm?
-Aylardır sizin yoxluqunuzu görüb fikirləşdik ki,qızınızı artıq atmızınız. Ünvanınız belə bizdə yox idi ki, sizi axtaraq.
- Yox siz nə danışırsız? Bənövşə hirslə onun sifətinə baxdı.
- Heyatda ondan başqa kimim var?o mənim canımın bir paraçasıdır,aylardır qızımın həsrəto ilə yaşayıram. Mənə müəllimənin ünvanını verin. Qızımı götürəcəm.                                                                           
Müdür qorxu içində ünvanı yazıb vərəqi Bənövşəyə uzadır. Bənövşə vərəqi götürüb yollanır müəllimənin ünvanına. Gəlib çatır qapını yumruqla döyür. Qapını müəllimə açır və əsəbi halda deyir:            
- Bu necə qapı döyməkdir? Axı siz kimsiz ki,məni belə narahat edirsiz?
Bənövşə istirab dolu aqlayaraq müəllimənin ətəyindən yapışıb deyir:
- Hanı mənim qızım?onu mənə qaytarın! Müəllimə təşvişə düşür. O ananın gələcəyini gözdəmirdi. Onun gözləri dolur.Bənövşənin əllərindən tutub deyir:
- O, burdadı otaqda oyuncaqları ilə oynayır. Özüdəki yaxşıdır.
Hayküyü eşidən körpə ürkək addimları ilə dəhlizə tərəf gəlir. O ananı görür! Yerindəcə duruxub küskün halda ona baxır. Nəhayətki Bənövşə  aylardır üzünə həsrət qalan körpəsini  görür.                                        
- Qızım ananı tanımadın?!
Əllərini ona tərəf uzadır. Qızı kiçik addımlarla anaya tərəf qaçır. Ana ... deyə bərk qucaqlayıb ağlayır. Gunahsız  körpə ana üçün necə darıxmışdı. Müəllimə bu səhnəni görüb səssizcə körpənin otaqına keçir. Onun geysilərini və öz özü aldıqı oyuncaqları çantaya yerləşdirir. Otaqdan çixib Bənövşəyə çantanı verb deyir:
-Bu qızının çantasıdırı. Onu  çox istəyirəm bilmirəm onsuz necə qalacam?!
-Hərdən qonaq gələrik. Qızıma cəkdiyiniz əziyətə görə sizə dərin minətdarlığımı bildirirəm.                 
-Nə əziyyəti?mən xoşbəxtəmki həyatımın bir neçə anımı bu gözəl balaynan keçirmişəm. Halal xoşu olsun ana südü kimi.
- Çox saglun.
Bənövşə  qızını qucaqına alıb, çantanı əlinə götürüb oranı tərk edir.
- Gəl halıma yan ana söyləyərək göz yaşları selə dönür .O, giley dolu yola çixir. Taleyindən xəbərsiz. 

Комментариев нет:

Отправить комментарий