Gedən mən idim
Qatardan qırılan
sarı tel
sonam!
Gedən mən idim
köçən mən idim.
Tütən yanaqlarımdan necə gizlədim
dodaqlarında qalan son sözün
istiliyni?
Tütən bu talvasaya necə
yalan
deməyəm?
Bəlkə
yastığımda dustaq ləlklərin başını
quş-ilə qanad yırlarıla
qatım?
Bəlkə
qatarın
"get - get -get- də- get"
içqiran səsində yırğalanım.
Bəlkə ətiyimdə qalan bu son daşı da
it kimi hürüb gedən bu qatarın
şəhərli-şəhərli baxan
camlarına atım!
Gedən mən idim
köçən mən idim
Duraqda buylanıb dalınca
baxan
mən idim
Gəl üz üzə gələndə
tanımayaq birbirimizi!
Yanaqlarımı vermişəm aparıb qatar
Dodaqlarımı vermişəm aparıb qatar.
Комментариев нет:
Отправить комментарий