Страницы

29.09.2011

“Gülnar” (hekayə)


Aysel İsmayılzadə

 Zəng vuruldu və artıq evə getmək zamanı gəlmişdi.Mən təlaş içində idim.
 Mən birdən:-Gülnar,tez qaç evə.Bacını da götür qaç evə,qaç.
 Gülnar:nolub sənə,niyə qaçım?
 Mən:onlar sənin yaşadığın yeri görmək istəyirlər.Axı onlar səni yenə incidəcəklər,Gülnar. (gözlərim dolaraq)
 Gülnar heçnə demədən çantasını götürüb qaçdı.Mən də onun arxasiyca getdim.Uşaqları görüb onları ləngitmək istəyirdim.Amma onlar artıq xain planlarını həyata keçirmək üçün məktəbin arxasında gizlənmişdilər.Mən buna nail ola bilməmişdim.
 Artıq Gülnarla bacısnın arxasına düşərək onu təhqir etmək üçün yola düzlənmişdilər.Gülnarla bacısı elə tez tez gedirdilər ki,mən nə uşaqlara nə də onlara çata bilmirdim.Gəlib çatdığmda balaca daxma,həyətdə ayağından şikəst bir kişi,və səs-küyləri hər yanı bürüyən sinif yoldaşalrımı gördüm.Gülnar bacısıyla bir-birinə qısılaraq anasını səsləyirdi.Gülnarın atası bu həyətdə oturan şikəst kişi imiş.”ay qızım,ay bala nolub”deyə soruşmağından,Gülnarın isə dayanmadan,qorxaq səslə:-ata,ata,deməyindən anlamışdım ki,bu kişi onun atasıymış.Anası:”gedin burdan,yaramazlar”deyə deyə bayaqdandı məzəyə durmuş uşaqları qovurdu.Sanki onlar hansısa yeməyin üzərinə üşüşən iyrənc milçəklər idi.
 Mən dəhşət içindəydim.Bu gördüyüm mənzərə məni qorxulu yuxunu xatırladırdı(ki,heç belə yuxu da görməmişdim).Bir müddətdən sonra Gülnar bacısıyla kiçik daxmalarına girdilər.Ata başını aşağı salmış üzgün halda oturmuşdu, kasıb olmaqlarında,qızlarının bugün yaşıdları tərəfindən lağlağıya qoyulmasında sanki özünü günahkar sayırdı.
 Mən evə qayıtdım.Özümü hiss etmirdim,donmuş,daşlaşmışdım.Səhərədək gözümü qırpmadan səhərin açılmağını gözləyirdim.Səhər isə elə bil qəsdən açılmırdı.Məktəbə getdiyimdə,müəlliməmi ilk dəfədi ki,üzgün və əsəbi görürdüm.Sinifdə uşaqlar və onların valideyinləri oturmuş,kimisi ayaq üstə harasa tələsirdi.Yenə dünəni xatırladan səs-küy,izdiham.Mən təccüb içində qapıda dayanmış,nə baş verdiyini anlamaq istəyirdim.Müəlliməm məni görən kimi yanına gəlməyimi istədi.Mən nədənsə qorxurdum.Çünki məni görən kimi hamı susdu.Müəlliməm mənim çiyinlərimə əlini qoyaraq:səndən bir söz soruşacam.Dünən baş verənləri bizə olduğu kimi danış,qızım.Heçnədən də qorxma,danış-dedi.
 Nə danışım?Gördüklərimi mən hiss etdim axı.Hisslərimi,Gülnarı,onun ailəsinin yaşadıqlarını,nə hiss etdiklərini necə danışım?Onların ağrısını necə ifadə edim,bilmirdim.Qorxmaq?nədən?kimdən,axı?Dünən qorxu hissimi də,digər hisslərimlə berabər itirmişdim.Öz-özümə bu sözləri deyərkən,yalnız Gülnarın o məsumanə üzü gözümün qarşısına gəlirdi.
 Müəlliməm yenə mənə:danış,dünən orda nə baş verdi?-soruşdu.
 Mən susurdum.Onlar isə bu sualdan sonra yenə aralarında bağırışaraq”mənim uşağım tərbiyəlidi,o belə etməz”,”mənim balam orda yox idi”,”bu nə cəfəngiyyatdı”kimi özlərini müdafiə etmək üçün yalan sözlər danışırdılar.Mənim isə gözllərim bayaqdan Gülnarımı axtarırdı.O isə yox idi…..Valideyinlər uşaqlarından betər idi.Elə bil birazdan teqdirnamə təqdim olunacaq kimi bəzənib,uşaqlarının başalrını sığallayırdılar.Müəlliməm isə onlara uşaqlarının səhvindən danışsa da,bunun heç bir faydasının olmadığını anlayırdı.
 O gün dərs olmadı.Valideyinlər getmişdi.Mən isə sanki günahkaram kimi mənə tərs tərs baxan uşaqların arasında boğulurdum.Dərsdən sonra tələsik getdim Gülnarı görməyə.Amma onu görə bilmədim.Daxmanın qapısı açıq,ama boş idi.Bir qədər oturdum daşın üstündə,sanki birazdan Gülnar gələcəkdi.Qoca bir qadının:ay bala,kimi axtarırsan?-deyən səsini eşitdim.
 Mən:Gülnarı.
 Qoca qadın:onlar getdilər.
 Mən:hara?nə vaxt gələcəklər?
 Qoca qadın:dedilər ki,heçvaxt.Daha burda yaşamıyacaqlar.Öz rayonlarına qayıtdilar.
 Məni ağlamaq tutmuşdu.Axı niyə sağollaşmadı mənimlə,niyə məni tərk etdi deyə düşünürdüm.Sinif yoldaşlarıma qəzəbliydim.Çünki onlar mənim Gülnarımı məndən almışdılar.
 Xeyli vaxt keçdi.Artıq vaxtla berabər böyümüşdük.Onlar bəlkə də xatırlayırdı Gülnarı,bəlkə də çoxdan unutmuşdular,ya da biraz da olsun uşaqlıq səhvlərindən dərs çıxarmışdılar.Bilmirəm nə düşünürdülər.Amma mən Gülnarı heç unutmadım.Bir vaxt öyrəndim ki,daha təhsilini davam etdirməyib,onu ailəsi 16 yaşında ərə verib.Sora öyrəndim ki,hətda bir oğlu da olub.Xoşbəxtmi?məni xatırlayırmı heç?-bilmirəm. O vaxt uşaqların onu döydüyü halda ağlamamağını anlamamışdım.İndi anlayıram.O vaxt cavab tapmadığım suallara cavab tapır,artıq anlayırdım.Ağlamamamışdı.Çünki, təhqirlər onun ürəyini yaralayırmış. Onun gözləri deyil,ürəyi ağlayırmış.
 Mən kasıb olanın nələrdən təcrid olunduğunun, təhqir olunduğunun şahidi olmuşdum.Anamın dediyi kimi”varlı mərhəmətsiz ürəklər ”tərəfindən Gülnarımın məndən ayrı salındığını gördüm. Gülnar, mənim Gülnarım.

Комментариев нет:

Отправить комментарий