Страницы

18.09.2011

Misir Mərdanovun səhhəti pisləşib


Misir Mərdanovun səhhəti pisləşib
Şəkəri yüksələn, ürək ağrılarından şikayətlənən nazir Mərkəzi Klinik Xəstəxanaya aparılıb

Məlumata görə nazirdən bütün əmlakını, nəzarətində olan obyektləri təhvil verməsi tələb olunub

Azadxeber.az saytının əldə etdiyi məlumata görə, Nazirlikdə iş mühiti pozulub, vətəndaşların qəbulu dayandırılıb, məmurlar qorxu içərisindədirlər... 

Prezident İlham Əliyevin sərəncamı ilə bütün müavinləri işdən kənarlaşdırılan təhsil naziri Misir Mərdanov iki gündür ki, işə çıxmır. Bu barədə məlumat Bizim Yol qəzetinə nazirlikdəki mənbədən daxil olub. 

Məlumatda bildirilir ki, M. Mərdanovun səhhətində problemlərlər yaranıb. Nazirin şəkəri yüksəlib və ürəyində ağrılar baş qaldırıb. Nazir dünən günorta saatlarında müyainə üçün Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Müayinədən sonra nazir evinə qayıdıb. 

Başqa bir mənbədən əldə etdiymiz məlumatda isə nazirdən bütün əmlakını, nəzarətində olan obyektləri təhvil verməsi tələb olunub. Əks təqdirdə həbs olunacağı, korrupsiyada ittiham ediləcəyi onun diqqətinə çatdırılıb. Düşdüyü ağır vəziyyətə M.Mərdanovun səhhəti tab gətirməyib. 

Mənbə daha sonra bildirib ki, M.Mərdanovun vəzifədən uzaqlaşdırılacağı realdır. Böyük ehtimalla 65 yaşı oktyabrın 3-də tamam olacaq nazir təqaüdə göndəriləcək.

Qeyd edək ki, nazirin əzəli rəqibi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbasadə Misir Mərdanovun getməsinə işarə edən açıqlama verib. O, yaşı ötmüş şəxslərin vəzifələri ilə vidalaşmalarının vaxtının çatdığını deyib: «Mənim də yaşım 65 olanda işimdən gedəcəyəm». 

Prezidentin nazir müavinlərini vəzifələrindən azad etdikdən sonra Təhsil Nazirliyinin işi pozulub. İki gün ərzində vətəndaşların qəbulu dayandırılıb, cari işlərin görülməsi mümkün olmayıb. 

Mənbə bildirib ki, indi nazirlikdə əsl həyəcan hökm sürür. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı yoxlamalar, işdən çıxarılma, məsuliyyətə cəlb olunma qorxusu məmurları təqətdən salıb. 

Dünən barəsində yayılan xəbərlərlə bağlı M.Mərdanovun mobil telefonuna zəng etsək, dəstəyi qaldırmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə hər zaman olduğu kimi zəngləri cavabsız qoydu. 

Əldə etdiyimiz məlumata görə, işdən çıxarılan müavinlər Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət ediliblər. Bu məlumatı dəqiqləşdirmək mümkün olmadı, xəbəri araşdıramağa çalışacağıq.

Комментариев нет:

Отправить комментарий