Страницы

17.09.2011

Payız küləyi

Mir Bağır

Sən  sözsüz  inanacaqsan

Payızın  küləyi  sevdiyi  qədər
Tülkünün  kələyi  sevdiyi  qədər
Tanrının  mələyi  sevdiyi  qədər
Şeytanın tanrıya  nifrəti  qədər
Məcnunun  çöllərdə  həsrəti  qədər
Ejenin  varlanmaq şəhvəti  qədər
İçim-çölüm, səsim  qədər
Aldığım  nəfəsim  qədər
əgər  desəm?
Sən  sözsüz  inanıb  buna 
Varlığını  danacaqsan
Hər  şeyini  unudaraq
Atəşimdə  yanacaqsan
Məhz  elə  buna  görə
Demirəm  mən
Bilirəm  aldanacaqsan

Getməlisən

Ardında  buraxıb  hər  şeyi
Bu  gərəksiz  taleyi – yəni məni
Elə  bu  gün
Bir  saat  bundan  əvvəli,
Sevişmələr dəli-dəli,
Ya  dünəni,
Buraxıb  bir  boşluğa  sən  getməlisən.
Keçərək  şəhərləri,
Düzləri, dənizləri
Getməlisən  xəyalımı
Uçuranadək  gözlərin.
Mən  könlünü  almaq  üçün
Adına  nəzm  etmədən
Sən  üzünə  deyilən
Boş, mənasız  sözləri
Gülərək  həzm  etmədən,
Səssizcə  getməlisən.
Mənsiz  nə  edər  deyə
O  bu  şikəst  halıyla
Zərrəcə  qorxmayaraq,
Sən  də  darıxmayaraq
ən  qəddar cani  kimi,
ən  qəlbsiz  hami  kimi,
ardına  baxmayaraq
beləcə  getməlisən.
Sən  çıxıb  getməlisən

Комментариев нет:

Отправить комментарий