Страницы

17.09.2011

Qonağımız gəlmişdi

Gulnar Musayeva
Gülnar Musayeva

Əslində mən həmişə səmimiyin tərəfdarı olmuşam. Və bu insan haqqında düşündüklərimi tam səmimi yazacam. Söhbət İctimai kanalın analitik proqramlar departamentinin direktoru Anar Yusifoğludan gedir. Açığı deyim ki,ictimai kanala baxmadığım üçün bu insan zala girənə kimi beynimdə bir çox insanlar keçdi ki, Anar Yusifoğlu kimdir.Zala girəndə həəəəə bu Anar müəllim deyib güldüm.O Oturan kimi salamdan sonra ilk sözü bu oldu.Kim oruc tutub?Gülümsədim və içimdə görəsən bu haralıdır sualı keçdi içimdən və mən deyə əlimi qaldırdım.Əvvəlcə elə bidim ki,o da oruc tutub sonra qarşına çay gətirəndə bildimki bu işdə nəsə bir bağlılıq var.Məlum oldu ki,Anar bəy cənub bölgəsindən uzun sözün qısası yerlim çıxdı.
Anar Yusifoğlu Media Akademiyasının tələbələrinin suallarını bir-bir cavablandırdı.O,qeyd etdiki indi ictimai kanal şou kanalı olmasada ama zaman gələcək bu kanal layiq olduğu yeri tutacaq.Hətda o bildirdiki,ictimai kanal əyləncə çox vermədiyi üçün reytinqi digər kanllardan aşağıdır.O jurnalistlərin bacarıqsız olmasının səbəbini onda gördü ki,tələbələrə universitetlərdə yalnız mühazirələr keçirlər və uşaqlar pratikasız heçnə öyrənə bilmirlər.Hər ikisi bərəabər paylanmalı nəzəriyyə və pratika.2saatdan çox davam edən görüşdə Anar bəy tələbələrin sualarını cavabsız qoymadı.Açığı 2saat ərzində o biz gəncləri işə götürmürük bizə peşəkarlar lazımdır deyib durdu.Özüm üçün bir nəticə çıxarmalı idim ki,ictimai kanala gələcəkdə getməyə dəyər yoxsa yox?Bu sualı vermişdim elə dur ayağa dedi.Bir az çəkidim ki,nə baş verir və deyəndə ki,elə bil sən ictimai kanalın müxbirisən bir xəbər apar,Məndə özümü qəti itirmədim 10dəqiqəlik ictimai kanalın hətda xüsusui müxbiri kimi yollandım Somaliyə.Dedi canlı efirdən yayımlanır.Ordakı vəziyyət barədə tamaşılara məlumat ver.Məndə Somalidəki vəziyyəti işıqlandırmaq üçün düz prezdentin yanına yollandım.Mənim hazırladığımı Anar bəy bəyənmədi.Dedi indi bildinmi biz niyə peşəkarları seçirik.Və mən belə düşündümki biz peşəkar doğulmalıyıq.Doğulmamışıqsa bu bizim günahımızdır. Hətta Anar bəy elə danışdı ki,mən bir anlıq yox jurnalistika mənlik deyil düşündüm ama bunu düşünə-düşünə ona dediklərim tam başqa idi mən yaxşı jurnalist olacam deyirdim.Və inşallah olacamda.Anar Bəy bizə uğur arzuladı və biz bir xatirə şəkili çəkdirdik.Lap rəsmi adamlar kimi))).Sonra aşağıda mən Anar müəllimdən müsahibə götüdüm.Və o etiraf etdiki,həqiqətəndə siz yaxşı jurnalistlər olacaqsız.Çox aktiv uşaqlarsız.Yəni bizə yuxarda dediklərinin əksi)))).Bu sevindirici xəbər idi.Çünki Bizə televiziyada sözünü demiş insanların dəstəyi daha çox lazımdır.Yəni uşaqlar narahat olmayın.Media Akademiyası tələbələrinə hər yerdə iş tapılacaq.Cünki biz İrəli Gənclər Təşkilatının gənclərindənik.Yeniliklərlə,biliklə bacarıqla ən əsasda fərqliliylə irəli gedən gənclər.Yaşasın Media Akademiyası 2-nin tələbələri.Sonda Anar bəyə təşəkkürümü bildirirəm.Çünki mən o 2saat ərzində çox şey öyrəndim çünki çox sual vermişdim))),yəni Anar bəyi az qala suallarımla bezdirmişdim.Ama çoxsagolsun ki,hər bir suala səbrlə cavab verirdi.Hə bu arada deyim ki,Anar bəylə facebookda da dost oldum.Çox pozitiv insandır sözün əsl mənasında.Tanıdığım çox gənclərdən şən həyata gülümsəyən müsbət təsir edəcək statuslar yazır.Demək ki,biz həm də Anar bəydən həyatda yaşamağın yollarını öyrənməliyik….

Комментариев нет:

Отправить комментарий