Страницы

13.09.2011

Sentyabrın 16-sı Ramiz Tağıyevin məhkəməsidir


Gülsüm Allahverdiyeva: “Ramizin üzünə dələduzları qoyaraq onu iş adamı, dələduz adlandırmaq istəyənlər heç olmasa bizim yaşam şəraitimizə baxıb utansınlar”

Məlum olduğu kimi, "Millətim" qəzetinin baş məsləhətçisi, Milli Azadlıq Hərəkatının liderlərindən biri, “Sərhəd Hərəkatı”-nın ideya müəllifi,  Ramiz Tağıyev artıq 1 il üç aydır ki, məhbəs həyatı yaşamaqdadır.
Ramiz bəyin hazırkı vəziyyətini öyrənmək üçün ailə üzvlərinə müraciət etdik. Həyat yoldaşı Gülsüm xanım bildirdi ki, hazırda Ramiz bəyin səhhəti normaldır: “ Doğrusu, Ramizlə görüşə bilmədiyimizdən vəziyyətinin necə olduğunu tam dəqiqliklə deyə bilmərəm. Ancaq vəkil Ramiz Mirzəyevin bizə verdiyi məlumata görə səhhəti qənaətbəxşdir. Çox şükür ki, dərmanların sayəsində Ramiz səhhətini bir az  qaydaya sala bilir. Məlum olduğu kimi Ramiz bir-neçə xəstəlikdən əziyyət çəkir. Bu halda ona qapalı şərait çox əlverişsizdir. Ancaq Ramazan ayı boyunca oruc tutması da, səhhətinə müsbət təsir göstərib. Amma bu qədər haqsızlığa məruz qalması Ramizə çox pis təsir edir”.
Gülsüm xanım Ramiz bəyin qanunsuz həbs edilməsinin onların həyat şəraitinə çox ağır təsir etdiyini də vurğuladı: “Bizim ailədə işləyən yoxdur. Ancaq Ramiz idi ki, bir təhər qələminin zəhməti ailəsini yaşatmağa çalışırdı. Onun həbsindən sonra yaşayış şəraitimiz də olduqca ağırdır. Ancaq Ramizin bir-iki dostunun, qardaşımın etdiyi yardımlarla yaşamağa çalışırıq. Ramizin üzünə dələduzları qoyaraq onu iş adamı, dələduz adlandırmaq istəyənlər heç olmasa bizim yaşam şəraitimizə baxıb utansınlar. Onun həbsindən sonra 6 mənzil dəyişmək məcburiyyətində qalmışıq. Ev sahibləri də ürək ağrısı ilə əlimizdən bir şey gəlmir tapşırıq belədi deyirlər”.
Gülsüm xanım hələ də ümidlərini itirmədiyin bildirir: “Biz hələ də ümidimizi itirmək istəmirik. Bilirsiniz ki, hazırda Ramizi işi Apellyasiya Məhkəməsindədir. Mən inanınram ki, hakim Əflatun Qasimov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Azər Orucovun etdiyi Allahsızlığı təkrar etməyəcək. Çünki bu qədər haqsızlığı, ədalətsizliyi Allah da qəbul etməz”.
Gülsüm xanım ailəsinə Ramiz bəylə görüşə icazə verilmədyindən də şikayətləndi: “Biz bir neçə dəfə hakimə müraciət etmişik. Hətta ərizə də təqdim etmişik, ancaq bizə görüş verməyin onun səlahiyyətində olmadığını bildirdi. Beləcə necə aylardır ki, bizə görüş verilmir. Hakim  türmə rəhbərliyinə müraciət etməyimizi söyləyir, eyni zamanda türmə rəhbərliyi də hakimə. Mən qəzet vasitəsi ilə də aidiyyatı qurumlara, general Mədət Quliyevə müraciət edərək, bizim Ramizlə görüşməyimizi təmin etmələrini istəyirəm”.

Qeyd edək ki, Ramiz Tağıyevin işi üzrə məhkəmə prosesi sentyabr ayının 16-ı saat 12:00-da Apellyasiya Məhkəməsində keçiriləcəkdir. Haqq səsini eşitmək və ictimaiyyətə çatdırmaq istəyən bütün media nümayəndələrini prosesə gözləyirik.

Aysu

Комментариев нет:

Отправить комментарий