Страницы

24.09.2011

Vicdan məhbusu Elnur Məcidli


Elnur Məcidli
Elnur Məcidli
Hər bir insanın həyatda bir arzusu, ümidi var. Hər bir insan gənc yaşında öz karyerası üçün çalışır, çaba göstərir. Belə gənclərdən biridə Elnur Məcidlidir. Amma, YAP hakimiyyəti onun arzularını gerçəkləçdirməyi məhdudlaşdırıb, təhsilini yarımçıq saxlayıb. Qondarma 2 aprel ittihamı ilə Elnuru həbs ediblər.
Elnur Məcidli – o gəncdir ki, millətinin xoş gələcəyi və dövlətinin demokratik inkişafı uğrunda mübarizəyə erkən yaşında qoşulub. Bəziləri kimi İrəli, Geri, Yaltaq təşkilatlarına qoşulub özünü fikirləşməyi ağlına gətirməyib.
O, Vətənini, millətini, dövlətini azad görmək istəyir. Vətəndaşı olduğu ölkədə hər gün pozulan insan haqq və hüquqlarının tapdalanmasına, millətin olan olmazının, dövlət büdcəsinin talan edilməsinə göz yumanlardan olmayıb. Kişi kimi Millət mücadiləsinə qoşulub.
Elnur Məcidli
Elnur Məcidli
YAP hakimiyyəti gənclərin ümidlərini qırmağa, arzularının həyata keçməməsinə min cəhdlə calışır. Hər bir insanın azad, xoşbəxt və firavan yaşamaq istəyi rüşvətxor məmurlar tərəfindən boğulur. Bunlar dövlətin, millətin sərvətini talayıb özləri üçün ölkənin hər bir bucağında, ölkədən kənarda hər şərait qurublar. Vətəndaş isə bir qarnı tox, bir qarnı ac yaşayır.
Zəhmətkeş, sadə vətəndaş ailəsində göz açan Elnur bunları görür və soydaşlarının azadlığı uğrunda mübarizə aparır. Mən, Elnuru iki ildir tanıyıram. Onu daha yaxından bu ilin may ayında ATƏT-in təşkil etdiyi təlimdə 5 gün bir yerdə olmaqla yaxından tanıdım. Həm də çox təvazökar, əqidəsinə, amalına və məqsədinə bağlı insan, savadlı, ağıllı, intelektual gənc kimi. 5 gün tam bir yerdə olduq və belə qürura və ağıla sahib gənclərimizin olmasından məmnunluq duydum.
O, “Qərb”  Unversitetinin tələbəsidir və politologiya ixtisası üzrə təhsil alır. Elnur çox böyük həvəslə ixtisasını tam dərinliklə öyrənməyə çalışır. Demək olar ki, gününü kitab, qəzet və jurnal oxumaqla, siyasi debatlara və tədbirlərə qatılmaqla keçirir.
O, həm də Azərbaycan  Xalq Cəbhəsi Partiyasının üzvüdür. Partiyası ilə, əqidədaşları ilə qürur duyan, əqidəsinə sadiq vətəndaş… Və öz vətəndaşına qarşı amansızlıq nümayiş etdirən bir rejim. Qocalmış, artıq vaxtı ötmüş bir rejim.
Bu gün, Elnuru və onun əqidə, amal  yoldaşlarını həbs edə bilərlər- amma onların mübarizəsini əllərindən ala bilməzlər. Çünki Qələbə sözsüz haqqın və bu haqqın təmsilçisi olan gənclərindir.
 QEYD: Elnur Arzuman oğlu Məcidli 1989-cu il dekabrın 10-da Bakıda anadan olub. Orta məktəbi bitirəndən sonra Qərb Universitetinin Beynəlxalq siyasi əlaqələr fakültəsinə daxil olub. Hazırda universitetin 3-cü kurs tələbəsidir.  O, İctimai Palatanın 2 apreldə təşkil etdiyi mitinqdə iştiraka görə, qondarma ittihamla həbs edilib.
Samir Əsədli                        http://samirasadli.wordpress.com/

Комментариев нет:

Отправить комментарий