“Millətim” qəzeti
Ərköyünlük pis şeydir. Həm də o dərəcədə pisdir ki, bütün ətraf buna qarşı bir patoloji nifrət bəsləyir. Çünki ərköyünlük bir qayda olaraq ətrafa, həm də onların heç bir vəziyyəti nəzərə alınmadan yönələn şıltaqlıqdır ki, bundan yalnız ərköyünün özü zövq ala bilər. Ancaq bir məsələ də var ki, ərköyünlüyü hər kəs edə bilməz.
Bu kübar, bir qədər də həyasız xislətə o kəslər sahib ola bilir ki, onlar çox güclü himayənin kölgəsində yaşayırlar. Zatən ərköyünlük də belə bir mühitdə formalaşır.
Kübar ailənin ərköyün övladı bütün çevrəyə, daha çox nazını çəkənlərə baş bəlası olduğu kimi, bu gün ərköyünlüyü get-gedə qəlizləşən yəhudilər də ətrafa əməlli başlı bir problem yarada biliblər. Həm də yəhudi ərköyünlüyünü formalaşdıran himayə, ərköyün uşağı yetişdirən himayədən qat-qat güclü olduğundan bu baş bəlasının ağrıları daha kəskin sayılır. Çünki yəhudilərin himayəsi dünyanı öz oxu ətrafında fırlanmağa məcbur edən Qərbin özü, üstəgəl Qərb də daxil olmaqla bütün dünya siyasətinin istiqamətini müəyyən edən Mason siyasəti hesab olunduğundan, yəhudi ərköyünlüyü ətraf üçün daha böyük təhlükə doğurur.
Müşahidə olunanlar bir də onu deməyə əsas verir ki, Qərbin özü Mason siyasətindən asılı olduğundan Qərb yəhudilərdən yox, yəhudilər Qərbdən yararlanmağa daha çox qabildirlər. Belə ki, əslində İsrail dövləti Qərbin yaxın Şərqdə poliqonu kimi yaradılsa da, əvəzində Mason siyasətinin cazibəsindən çıxa bilməyən Qərb yəhudilərin qulluğunda mütiliklə dayanmağa məhkum görünür. Doğrudur İsrail Qərbin poliqonu olmaqdan imtina etmir, bununla belə Qərbi öz nazı ilə öynamağa məcbur edən Mason siyasətinin uğurlarından çox məmnun görünür. Bir də ki, İsrail Qərbin hərbi poliqonu olmaqdan imtina etsə, bir ovuc dövlət olan bu məmləkət ayaqlar altında tapdanar.
Bir sözlə güclü himayədən məmnunluq, elə bir yəhudi ərköyünlüyü formalaşdırıb ki, bir vaxtlar almanlar haqqında bir ali irq olaraq A.Hitlerin söylədiyi fikirləri sanki yəhudilər tanrının onlara bəxş elədiyi bir özəllik kimi sanırlar.
Bu səbəbdən də ərköyünlükdən doğan şıltaqlıqların ağrısını region ölkələri vaxtaşırı yaşamalı olurlar. Son olaraq Yəhudi ərköyünlüyündən doğan şıltaqlıqlar bir hədəf olaraq Türkiyəyə yönəlib.
Türkiyənin Fələstinə humanitar yardımını çatdırmağa gedən “Mavi Mərmərə” gəmisinə qarşı azğın təcavüz əslində dünyada hər kəsin qəzəbinə səbəb oldu. Bununla belə İsraili qınayan az oldu. Başlıcası ona görə ki, kimsə ərköyün yəhudiləri özlərindən rəncidə salmaq istəmədi. Hətta Qərbin aparıcı dövlətləri İsrailə haqq qazandırdılar. ABŞ prezidenti isə Türkiyədən tələb etdi ki, “Mavi Mərmərə” gəmisi ilə bağlı Türkiyə İsrailə olan iddialarından imtina etsin.
Bax, Mason siysətinin təntənəsi də o zaman üzə çıxdı. Məlum oldu ki, yəhudi ərköyünlüyü artıq bütün dünya dövlətləri tərəfindən qəbul olunduğundan, bu ərköyünlükdən doğan şıltaqlıqlar da normal edilməlidir.
Türkiyə baş verənlərin müqabilində ən adi doğal haqqını qorumağa çalışırdı: Sadəcə olaraq istəyirdi ki, İsrail öz hərəkətlərinə görə üzr istəsin və baş verənlərə görə təzminat ödəsin. Lakin məlum olduğu kimi ən çətini elə ərköyünü üzr istəməyə məcbur eləməkdir. Axı belə olsaydı o heç ərköyün hesab olunmazdı.
Türkiyə inadla öz hüquqlarının müdafiəsi üçün daha bir addım ataraq məsələnin çözümünü BMT-yə yönəltdi. Lakin əslində adından başqa heç nəyi olmayan bu təşkilat ABŞ iradəsi və Mason siyasəti qarşısında diz çökərək yəhudi ərköyünlüyünə haqq qazandırdı. Nəticədə Türkiyənin haqlı iddiaları qarşısında yəhudi ərköyünlüyü yenidən buynuzlarını qabardaraq özünün geri çəkilməyəcəyini bəyan etdi. Türkiyənin BMT qərarına sərt təpkisi yəhudi ərköyünlüyünü zərrə qədər də geri çəkilməyə məcbur edə bilmədi. Öz səfirini İsraildən geri çağıran Türkiyə hazırda psixoloqların iştirakı ilə ərköyünlüyün dinc şəkildə ram edilməsi ətrafında müzakirələr aparır.
Комментариев нет:
Отправить комментарий