10 oktyabr 2010 – cu ildə AYB – nin Natəvan adına klubda
“Güney Azərbaycan ədəbiyyatının qarşısında duran problemlər” mövzusunda tədbir
keçirilib. Tədbiri giriş sözü ilə Söhrab Tahir açıb. Daha sonra söz AYB – nin
Güney bölməsinin rəhbəri Sayman Aruza verilib. Bu məruzə Güney Azərbaycan
ədəbiyyatının qarşısında duran problemlər adlanırdı. AYB – nin Güney bölməsinin
rəhbəri Sayman Aruz çıxışı zamanı bildirdi ki, İran adlanan ölkə çox millətli
bir ölkə sayılır. Lakin bu ölkədə bəzi millətlər öz hüquqlarını tam əldə
edərkən, bəzi millətlərə bu hüquqlar verilmir.
Güney Azərbaycan ədəbiyyatının
Quzey Azərbaycanda təbliği baxımından müəyyən işlər görülməlidir. Ədəbi
Körpünün yaramasında qarşiya çıxan problemlər və onlrın aradan qaldırilması
yollarının tapilması olduqca əhəmiyyətlidir. Bu problemin həlli, hər bir
milləti və vətəni düşünən ziyalının milli borcudur. Nə qədər ki, ədəbiyyat və
ümumiyyətlə bütün problemlər və proseslərimizə milli gözlə baxmamışıq, o qədər
də bütöv millət olmaqğımıza nail ola bilməyəcəyik. Bu əsas məsələni nəzərdə
alaraq, ilk öncə “Güney Azərbaycan ədəbiyyatı və ictimaiyyətinə nə edə bilərəm”
sualı hər bir fərdin və ziyalının beyninə gəlməli və qarşısına bir məqsəd kimi
qoyulmalıdır. Necəki, hər bir Güneylinin ruhunda Qarabağ problemi yaşayır və
onun həll olunması üçün saniyələri sayır. Imkanları topluyub və bütöv şəkildə
ictimaiyyətimizin problemlərini həll edə bilərik. Unudmayaq ki, hər bir ölkədə,
xalqın istəyində asılı olaraq, həmin ölkənin hakimiyyəti də proqramlar
hazırlaya bilər. Biz Azərbaycan xalqı isə ilk növbədə, öz daxılımızdə bu qərara
gəlib, sonra dərdlərimiz dərmanın üçün ayağa qalxmalıyıq. Mən, bir Güney
Azərbaycan ziyalısı olaraq, oranın mühitini tanıyaraq, nə edə bilərik sözünü
bir neçə sözlə cəvablandıracam. Ümid edirəmm ki, həmin bu cəvablar sizin hər
birinizin diqqəti cəlb edəcək.
Cəmiyyətimizdə Güney Azərbaycan durumunu açıqlanması və bu
sahədə KVİ-nin müntəzəm olaraq təbliğatı.
Gənclərimizin bu sahəyə cəlb olunması üçün məktəblərdə və
institutlarda Güney Azərbaycan mühitinin öyrədilməsi.
Güneyli soydaşlarımızı burada təhsilinin təmin olunması.
Ədəbi körpünün möhkəm və davamlı yola çevrilməsi üçün Güney
Azərbaycan ədəbi-mədəni əlaqələr fondunun yaradılması.
Bu baxımdan Güney
Azərbaycan yazarlarının burda mədəni – elmi fondunun yaradılması yönündə təklif
edilib.
Yazar – publisist Xeyrəddin Qoca çıxışında bildirdi ki, bu
sahədə bir sıra işlər görülsə də, lakin əsas problemlər qalmaqdadır. Bu
problemlərin həlli üçün bu gün həm Güneydə, həm də Quzeydə yaşayan
həmvətənlərimizin üzərinə böyük vəzifələr düşməkdədir. Yeni dövrdə yaranan
Azərbaycan ədəbiyyatının boynuna düşən vəzifə yeni qəhrəmanlar meydana
gətirmək, formalaşdırmaqdır.
Daha sonra çıxış edən tarixçi alim Firudin Cəlilov, tənqidçi
- ədəbiyyatşünas Rüstəm Kamal, diaspora nümayəndəsi Yəhya Əliyev, Xəzər
Universitəsinin rektoru, alim – şair Hamlet İsaxanlı, Musa Nağıyev adına Milli
Mənəvi Dəyərlərin Qorunması Fondunun rəhbəri Dilarə Ağamusa, Şair Abbas
Abdulla, Şəhriyar irsinin araşdırmaçısı Esmira Fuad, araşdırmaçı – yazar
Gülxani Pənah bu məruzənin önəmini vurğulayaraq, Güney Azərbaycan
ədəbiyyatındakı problemlərin öyrənilməsində hələ çox işlər görməli olduğumuzu
qeyd etdilər.
Tədbir bundan sonra da belə tədbirlərin silsilə şəklində
davam etdirilməsi yönündə arzularla başa çatıb.
Oktay Hacımusalı
Комментариев нет:
Отправить комментарий