Страницы

11.10.2011

Ceniferin arxası, Nigarın üzü, Sehrinin döşü...


Ancaq bizdə oxuyun!

Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!

Yəqin bilirsiniz, Latın Amerikasından olan məşhur Hollivud ulduzu Cenifer Lopez  arxasını 10 milyon dollara sığortalatdırıb. İndi Ceniferin arxasını hansı təhlükənin gözlədiyini Hollivud filmlərinə baxanlar yaxşı bilər, biz isə bilmirik. Adətən evi, maşını sığortalatdırırlar ki, işdi birdən qəza baş verər, yanar və ya xarab olar. Bütün bu ehtimalların insanın hansısa orqanına nə dərəcədə dəxli olduğunu araşdıran zaman qəribə şeylər çıxır ortaya. Nə isə Allah şeytana lənət eləsin!

Yəqin bilirsiz ki, bu yaxınlarda ölkəmizi Evrovision yarışmasında təmsil edən Nigar Camal da üzünü 1 milyona sığortalatdırıb. Amma Nigar Camalı anlamaq olar. Bu adam şou ulduzudur və bu üzdən daim makiyajda olmalıdır. Bizim gözəllik salonlarındakı “gigienik” prosedurlardan da xəbəriniz var. Bu salonlarda bütün növ zöhrəvi dəri xəstəliklərnə tutulmaq olar. Odur ki, Nigar Camal iti tərpənib.
Amma bu yaxınlarda daha bir şouxanımın sığorta məsələsi haqqında oxuyanda mat qaldım.
“Yeni Ulduz” mahnı müsabiqəsindən sonra “itib-batan” şouxanım Sehri Rəhimova deyəsən müsabiqədən sonra xeyli varlanıb. Çünki o, sinəsini sığortalatdırmaq istəyir. Sehri itib-batmasının da səbəbini açıqlayıb. Sən demə, yazıq qıza sponsorluq etmək istəyən gijqulular (rəhmətlik Elçin Səlcuqun sözüdür) day bu gözəəyə nəfəs almağa imkan vermirmişlər. Hamısı əl-ayaqdan gedirmiş ki, Sehri xanımın könlünü xoş etsinlər. Sehri xanım isə o zamanlar sadəcə çox “uşaq və sadəlövh” olduğundan sponsorlarının könlünü xoş edə bilməyib və şouxanadan uzaqlaşıb. Qız deyir sonralar oxumaq istəyi onun bütün “yoxlarının” üstündən elə bir xətt çəkib ki... indi dayanmadan gecə və gündüz oxuyur: “Oxumağı çox istəyirdim. Amma bəzi problemlərə görə, peşəmi dəyişmək qərarına gəldim. Cəmi 18 yaşım var idi. Elə vəziyyətlər yaranırdı ki, razılaşa bilmirdim. Çox çətin idi. Zaman keçdikcə anladım ki, oxumaya bilmirəm. Baş verənləri izah etməyə çətinlik çəkirəm. Barışa bilmədiyim söhbətlər sponsor söhbətləri idi. İndi böyümüşəm. 5 ildən artıq vaxt keçib və anlamışam ki, bu faktla barışa bilərəm. Gecə-gündüz oxuyuram. Məhz oxumaq arzum məni bütün bunlarla barışmağa vadar edir. Əvvəllər həyatı başqa cür təsəvvür edirdim. Onda sadəlöhv idim. Amma indi həyatı olduğu kimi yaşayıram. Nəyəsə nail olmaq istəyiriksə, onun parametrlərinə cavab verməliyik ”. Xülasə, Allah axrını salamat eləsin. Birdə gördün Sehri də Cenifer kimi ora-burasını sığortalatdırdı. Amma Sehri dəqiq qızdır və Cenifer kimi mərifətsiz deyil, mentalitet zad var axı. Sehri deyib ki, burnunu sonradan estetik əməliyyatla düzəltdirdiynə görə sığortalamaq istəyir. Daha sonra isə qız ayaqlarını və sinəsini də sığortalatdırmaq istədiyini deyib. “Mən ilk növbədə burnumu sığortalatdırardım. Çünki o, əməliyyat olunub. Sinəmi və ayaqlarımı da sığortalatmaq istərdim”.
 İndi nə bilim e, görünür hərənin çörəyi bir şeydən çıxır. Nə isə, bu sığorta məsələsi yadıma düşəndə o an Ceniferin silikonlu, yekə arxasını xatırlayıram, o anda da nənəmin sözü yadıma düşür.... amma burda deyiləsi söz döyül.

Etiraf et, İlham Mirzəyev, etiraf et!

Yaxınlarda bir qara xəbər ruzgar kimi dəlib keçdi. Dedilər guya telekanallarımızın gülü-bülbülü, gözüyaşlı, başıdaşlı, qəmgin qonaqlarının dərd-qüssəsindən dəli olan “Etiraf”çı İlham Mirzəyev yoxa çıxıb. İlahi, inanın ki, tamaşaçılardan da çox, cadu-pitikçi arvadlar dəli oldu e. İlhamsız yaşamaq çox çətindir axı.
Elə məmləkət baş ağlaşmabaşıçısından ötrü “Hanı İlham, biz İlhamsız neylərik” deyib nalə çəkirdi ki, birdən ağlaşmabaşı çıxdı ortaya və  İlham onun barəsində gəzən söz-söhbətlərin şayiə olduğunu bildirdi. Parapsixoloq Pitikzadə televiziyadan uzaqlaşması haqda xəbərlərə aydınlıq gətirmək üçün deyib ki, o, xalqını çox sevir. Maraqlıdır, hər şey aydın oldu da. Deyir olmasaydı, dünyada axmaqlar, ac qalardı yəqin ki, yaltaqlar.

Röya yenə ön sırada...

Bilirsiz bizdə şouxana niyə bu qədər aktual və populiyardır? İndi sizə bir lətifə danışım. Deyir bir gün metroya bir terrorçu girir və bütün sərnişinləri güllələyir. Qanlar içində çabalayan bir qadın o biri yaralı qadına yaxınlaşır və deyir: “Hə, az bacı, dedin Məmməd qızını kimə nişanlayıb?”. Bax ha, odur ki, bizdə illərlə canını elm uğrunda fəda edən alimlər deyil, orta məktəbdən qovulan Səidə Sultan tanınır və sevilir. Amma insafən deyək ki, şouxanamızın bir-iki intellektual xanımı da var. Bunlardan biri, bəlkə də birincisi müğənni Lalə Məmmədovadır. Yaxınlarda bu xanım qadın müğənnilərin duet ortağı olmasını pisləyib. Burda nə var ki, adamın özəl fikiridir. Amma məsəl var, deyir sözü at yerə, yyiyəsi götürsün. İndi Lalə xanımın ortaya atdığı sözü elə göydəcə Röya tutub. Özünü şouledi kimi aparan Röya Lalədən bərk incidiyini desə də Lalə buna əhəmiyyət verməyib. Axı şouxanamızda liderliyi Aygün Kazımovanını əlindən alan Röya manıs həmkarı, özünü Kayl Minoqa oxşatmaqdan yorulmayan Sevda Yəhyayevayla duet oxuyurdu.
İndi oratada bir şey olmadığından Röya istəyir ki, aranı qarışdırıb, estetik əməliyyatdan əyilmiş sifətini telekanallarda bir az da reklam eləsin. Amma sağ olsun Lalə xanımı ki, bizi bu əzabdan qurtarıb.

Bəyənmir bu da məni...

Hərdən bəzi həmkarlarıma möhkəm acığım tutur. İndi başa düşmək olar e, kasıbçılıqdır, jurnalistin əməyinə qiymət verən yoxdur. Amma bütün hallarda bu Nazpəridir, nə bilim, qazxanımdır, bunları reklam etməyə dəyməz vallah. Bu gün şouxanamızın bu qədər populiyar olmasında ən çox günah daşıyanlardan biri də biz jurnalistlərik. Axı belələrini niyə tanıdırsan ki, sabah da adam olub ortaya çıxandan sonra səni bəyənmirlər. O gün hind filmilərində baş rolu oynayan Şakaya bənzəyən Nazpəri Dostəliyeva qalxıb deyir ki, "Əgər mənim sənətim olmasaydı, xalq məni sevməsəydi, tanımasaydı, qəzetinizin hansı guşəsində mənə yer verər və nə yazardınız?!”.
Beləsinə elə cavab verməsəm yaxşıdır...

Urrraaa!!! Rəqsanə oğlan tapıb!!

Hə, gözünüz aydın, şouxanamızın uzun çənəli, sallaq döşlü, xarab yanaqlı Rəqsanəsi özünə oğlan tapıb. Heç nə elə sonda bunu demək istəyirdim. Siz sağ, mən salamat...

Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий