Страницы

11.10.2011

Bakı kultu: Yaşar Nuri

Yaşar Nuri ilk dəfə səhnəyə on bir yaşında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb


Yaşar Məmmədsadıq oğlu Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. İlk dəfə Səhnəyə on bir yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib və 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.

1968-1972-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1974-cü ildən Akademik Milli Dram Teatrının səhnəsindədir. Azərbaycan Respublikası Dövlət mükafatı laureatıdır. “Dörd bazar günü”, “Şir evdən getdi”, “Mezozoy əhvalatı”, “Bəyin oğurlanması”, “Məlikməmməd”, “Yol əhvalatı”, “Yaramaz”, “Qətl günü”, “Lətifə” və s. kimi filmlərdə rol alıb.

Комментариев нет:

Отправить комментарий