Страницы

29.10.2011

CredAgro azərbaycanlıları talan edir

Redaksiyanın poçtundan


Dövlət orqanlarına
Surəti: qəzet redaksiyalarına

 Yazıb sizə bildirirəm ki, artıq 10 ildən çoxdur ki, ailəliklə banklara sələminə pul ödəyirik. Axırıncı dəfə oğlum Həsənov Şahin Həmdulla oğlu CredAgro-nun Cəlilabad filialından 3 min manat sələminə pul götürüb. Həmin təşkilat bizə krediti çox yüksək faizlə- 36 faizlə verib. 13 aydır ki hər ay 220 manat bu yoldaşlara pul ödəyirik. Maddi vəziyyətimiz olduqca ağırlaşıb, hal-hazırda yerdə qalan 5 ayın pulunu ödəməyə gücümüz çatmır.
 Kasıbların, məzlumların qayğısına qalan Sovet hökuməti dağılandan sonra sələmçi cinayətkarlar yağışdan sonra göbələk kimi artıblar. Xahiş edirəm Artur Rasizadədən soruşun, ac və yalavac ölkəyə bu qədər bankiri kim doldurub? Nəyə görə bankdan başqa heç yerdə pul tapmaq olmur götürməyə? Neft və milyonlar səltənətində belə olmamalıdır! Bankirlər sələm verərək 8 milyonluq xalqı qabaqlarında qul kimi işlədirlər.

Onlara bu imtiyazları və səlahiyyətləri kim verib? Axı istərsə beynəlxalq qanunda, istərsə də dində sələm qadağandır. Necə olub ki, bu quldurlar sələmi respublikamızda qanuni formaya salıblar və bununla xalqı çapıb talayırlar? Onları respublikamıza kim doldurub? Bəs respublikanın öz pulu hara yoxa çıxıb ki, məzlum azərbaycanlılar yəhudi bankirlərindən sələm götürürlər? Milli Məclisdən öz xeyirlərinə olan qanun dəyişiklərinə nail olublar. Onlar bunu hansı yolla ediblər? Nə qədər adamı məhkəmələrə çəkiblər, əmlakını, axırıncı tikəsini əlindən alıblar. Məhkəmə həmişə bankların xeyrinə qərar çıxarır, xalqı fikirləşən yoxdur. Stalinin vaxtında bu cür quldurları alnının ortasından güllələyərdilər. Bəs hökumətimiz bizi nəyə görə bu canavarların cənginə verib? Axı biz sizə səs vermişik. Gül kimi Sovet hökumətini yıxıb, rusları ölkəmizdən qovub sizi hakimiyyətə gətirmişik ki, torpağımızı qızıldan edəcəksiniz. Nəyə görə üstündən 20 il keçməsinə baxmayaraq, Elçibəyin bizə sırıdığı Keçid Dövrü qurtarmaq bilmir? Respublikada baş alıb gedən aclıq və fəlakətin sonu olacaqmı?
 Bank əhaliyə sələmi verəndə müxtəlif sənədlərə qol çəkdirir. Xalq o sənədlərə qol çəkəndə heç ora nə yazıldığına da baxmır. Çünki maddi durum elə acınacaqlı vəziyyətdədir ki, bir tikə pul ələ etmək ümidilə çırpınır. İnandırım sizi ki, əgər o müqavilədə yazsalar, pulu ödəməsən barmağın kəsiləcək, yenə də çoxları o pulu götürər, çünki uşağına bir tikə çörək pulu tapacağına, sabahkı günü necə yaşayacağına ümidi yoxdur. Bütün ziyalı, mədəni, abırlı adamlarımızı məhkəmə çəkişmələrinə cəlb etmiş, əsəblərini pozmuş, çapıb-talamışlar. Məhkəmə sistemində elə qanunlar həyata keçirməyə nail olublar ki, qanun bunların xeyrinə işləsin. Milli Məclisdən soruşmaq lazımdır, yoldaşlar, axı biz sizə səs vermişik, sələmçilər həmin qanunları oradan keçirməyə necə nail olublar? Dövlətimiz əgər doğrudan da Heydər Əliyev ənənələrinin davamçısıdırsa, onda milyonlarla sərvət yığmış, yağ-bal içində yaşayan bankirləri yox, məzlum və xəstə halına salınmış öz vətəndaşlarını qorumalıdır.
 Bir çox banklarda Problemli Məsələlər üzrə Şöbələr yaradılıb, qoy Banditizmə və Terrorizmə qarşı Mübarizə orqanı həmin şöbələrlə maraqlansınlar. Onda görərlər ki, həmiş şöbədə işləyənlər nə qədər evi, maşını əhalinin əlindən alıb öz adlarına keçiriblər. Bu şöbələrdə işləyənlərin çoxu potensial banditlərdir. Qanun boşluğundan istifadə edərək özlərinə sərvət yığır, xalqı çapıb talayırlar. Biz quldur deyilik, heç kəsin də puluna göz dikməmişik. Amma bu adamlar Azərbaycan xalqının cibinə göz dikiblər.
 Hamımız ailəviliklə səhərdən axşama kimi işləsək, əziyyət çəksək də, borcun-xərcin içindəyik. Rayon yerlərində ailələrin 80 faizi aclıq vəziyyətindədir, İranın “İmdad” cəmiyyəti Somalidəki kimi gəlib onlara ərzaq paylamalıdır.
 Sovet hakimiyyəti olanda, rusların vaxtında biz zadəgan kimi yaşayırdıq. İndi ingilislər Hindistanı qul vəziyyətinə saldıqları kimi, biz də qul vəziyyətinə salınmışıq. Naməlum coğrafiyalardan ölkəmizə təşrif buyurmuş çağırılmamış qonaqlar banklar yaradır, xalqa sələminə pul paylayaraq qanımızı içməklə məşğul olurlar. Gəlin yoxlayın, elə bir ailə yoxdur ki, banka sələm ödəməsin. Elə adam var ki, 5 banka faiz ödəyir. Biz ömrümüzün axırına kimi yəhudi bankirlərinə nökər işləməliyikmi? Nəyə görə müstəqil olmuşuq, buna görəmi? Bəs neft pullarından bizə nəsə çatmalı deyilmi?
 Ailəmizdə elə bir adam yoxdur ki, xəstəlikdən əziyyət çəkməsin. Mənim yoldaşım Heydər Əliyevin şəkillərini 1988-ci ildən evin bütün otaqlarına vurmuşdu. Amma ölkə müstəqil olduqdan sonra banklara kredit ödəyə-ödəyə ürək xəstəliyi tutdu, öldü. Xalq müstəqil olmağına peşman olub. Çünki xarici maliyyəçilər tərəfindən müstəmləkəyə çevrilməyimiz üzə çıxıb.
 Rayonumuzda Cred-Agro kimi çoxlu sayda banklar var. Gəlin görək kənd təsərrüfatının dirçəldilməsi üçün bu banklar nə iş görüblər? Əksinə təsərrüfat sahələrinin məhv edilməsi üçün hər şey ediblər. Çünki bu böyük bir plandır, sələm genosidi əsrlərlə davam edir. İmkansız ailələr bu pulu götürüb ancaq müəyyən qayğılarının həllinə yönəldə bilirlər. Bununla da müvəkkil banklardan borclu olurlar. Bir il müddətində o krediti qaytarmaq üçün nələrə düçar olmurlar? Nəinki mal-qara alıb artıra bilmirlər, üstəlik öz təsərrüfatlarında olanları da satıb pulu və faizləri zorla bağlayırlar. Vətəndaşları infarkt həddinə çatdıran bu kreditlərdən necə yararlanmaq olar?
 Respublikanın ziyalılarının əksər hissəsini məhkəmələ çəkiblər, məhkəmələr onlara qarşı sərt qərarlar qəbul edib. Gəlin görək onlar quldur və yaxud oğrudurlarmı? Xeyr, əsl cinayətkarlar məhz həmin bankirlərin özləridir. Bilə-bilə ki ölkədə pul yoxdur və bütün sənaye, məişət sahələri məhvə edilib, əhaliyə pul paylayırlar, evindən qiymətli əşyalarını satdırıb, əmlakını ələ keçirirlər. Bu oyunlar 80 ilə yaxındır Türkiyə xalqının başına gətirilib, Sovet dağılandan, rusların təhlükəsizlik çətiri başımız üzərindən götürüləndən sonra indi də bizi öz cənglərinə keçiriblər. Azərbaycan xalqı bu bankirlərə qarşı tədbir görülməsini, maddi və mənəvi genosidin dayandırılmasını tələb edir. Biz qoyun deyilik! Əgər son məqsəd bizim hamımızın məhv edilməsidirsə, onda birdəfəlik deyin, köçüb İrana gedək, kömək diləyək, başımıza çarə qılaq. Axı Heydər Əliyev sağ olsaydı, bu oyunlar olmazdı, bircə dəfə müraciət etsəydik, hamısını cəzalandırardı.
 CredAgro nəyə görəsə uzun müddətli kreditlər vermir, çox qısa müddətə və həddən artıq yüksək faizlə pul buraxır. Bizə o pulu nə az, nə çox, 36 %-lə verib. Hələ üstündə “şapka” olaraq yerli şöbənin rəhbərliyi bəri başdan pul tuturlar, onda lap gəlib 50 %-ə dirənir. Yəqin elə fikirləşirlər ki, xalq heroin alveri ilə məşğuldur, yüzə yüz qazanıb yarısını da bunlara verəcək. İştahaları pis deyil, götürdüyümüz 3 min manatın müqabilində bu yoldaşlara 4 min manat pul ödəməliyik! Heç bir bankda bu qədər yüksək faiz yoxdur. Hüquq mühafizə orqanlarını bu və digər məsələlərlə məşğul olmağa çağırıram.
 CredAgro ilə bağlı sənədləri araşdırarkən məlum olur ki, heç bank da deyildir, məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatıdır. Qeyri-hökumət təşkilatı kimi ortaya düşüb, dərə xəlvət tülkü bəy prinsipi ilə bac-xəraj toplamaqla məşğuldur. Rəhbəri də türk mənşəli deyildir, Muradov Mirəli Mirhəsən oğludur. Mir, mir, mir... Fikir verdinizmi? Mirlər hər tərəfdən Azərbaycan xalqının qanını sormaqla məşğuldurdlar. Bu yoldaş iddia edir ki, seyiddir, Məhəmməd peyğəmbərin nəslindəndir. Ancaq son araşdırmalar ortaya çıxarıb ki, Məhəmməd peyğəmbərin nəslindən heç kəs qalmayıb. Bəs onda bu Mir kimdir? Əlbəttə ki ulu babaları Misir çöllərindən ölkəmizə təşrif gətirmiş, mənşəyi müəmmalı biri. Mən yerli xalqın nümayəndəsi, bir təmiz qanlı türk kimi xahiş edirəm ki, bu cür zəlilərin xalqımıza zülm etməsinə imkan verməyəsiniz.
 Müqavilə bağlanarkən də qanunlar pozulur, Mirilərin imicinə xas aldadıcı manevrlər edilir. Kredit müqaviləsi ümumilikdə böyük şriftlərlə yazılsa da: “Bu müqaviləni oxuyun və hüquqşünasla məsləhətləşin. Əgər bu müqavilənin hər hansı müddəası sizə aydın deyilsə, yaxud bu müqavilənin hər hansı maddəsi ilə razı deyilsinizsə, bu müqaviləni imzalamayın” sözləri çox xırda şriftlərlə yazılıb. Bəlkə birinin gözü zəifdir, bu sözləri necə oxuyacaq? Bunlar hamısı oyundur. Özlərinə sərf edən hissəni böyük şriftlərlə yazıb gözümüzə soxurlar, sərf eləməyən hissəni isə xırda şriftlərə salırlar ki, diqqətdən kənarda qalsın.
 O cümlədən “Kreditorun hüquqlar” hissəsinə çoxlu maddələr salınıb, kreditora soyğunçuluq üçün hər cür imkanlar yaradılsa da, “Borclunun hüquqları”nda heç pozisiya saxlanılmayıb. Sən demə borclunun hüququ təkcə o imiş ki, pulu olsa, vaxtından qabaq ödəyib krediti bağlaya bilər. Vəssalam! Sən bir “hüquq”a bax! Açıq şəkildə bu boyda Azərbaycan xalqını ələ salmaqla məşğuldurlar. Bunlar yalnız “Al” işinə baxırlar, xeyir vermək işi bunlarlıq deyilmiş. Kredit götürənləri də nəyə görəsə “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyətində məcburi qaydada sığorta elətdirirlər. Amma sığorta kağızında da müəmmalı şərtlər göstərilib, bu cəmiyyət çətinə düşən insana hansı real köməyi edəcəyi məlum deyil.
 Oğlum Həsənov Şahin borcun-xərcin içindədir, kredit pulunu ödəmək iqtidarında deyil. Mənim övladım masonluğun ilk qurbanlarındandır. Bütün Azərbaycan xalqı planlı şəkildə məhv edilir. Elə bir ev yoxdur ki, dükana-bazara borcu olmasın. Ən aşağı borcu olan 500 dollardır. Bu faciənin sonu da görünmür, get-gedə əhalinin maddi vəziyyəti daha da pisləşir.
 Əgər neftin pulları bizə kredit şəklində veriləcəksə, onda biz o pulları istəmirik. Əgər BP neftin pullarını oğurlayırsa, onda nefti satmayın, saxlayın, qoy gələcək nəsillər layiqincə bəhrələnsinlər. Bizi ölkədə yaradılmış süni qıtlıqdan qurtarın. Nazirlər Kabineti it-pişik haqqında qərar çıxardır, amma əhalinin çapıb talayan, yoxsulluğu kütlviləşdirən bu banklar haqqında qərar çıxartmır. Dövriyyəyə əlavə pul buraxmaqdan ehtiyatlanırlar ki, qiymətlər qalxa bilər- bu nə cəfəngiyyatdır? Bu yalançı tendensiya Elçibəyin Keçid dövründən qalıb və son qoyulmalıdır. Əhalinin güzaranının yaxşılaşması üçün tutarlı addımlar atılmalıdır.
 Cəlilabada neftin pulları gəlib çıxmayıb, amma əvəzində gündə bir yüksək faizli bank filialı açılır! Kitabxanalar məhv edilib, yerində banklar tikilib. İntiharların, ailə münaqişələrinin, əsəb pozuntularının da əsas səbəbi neft pullarımızın BP tərəfindən oğurlanması və Azərbaycana verilməməsidir. Tədbir görün, əhali qırılır!
 Mən özüm uzun illərdir ki, ağır zob xəstəsiyəm. Krediti götürən oğlum Şahinin həyat yoldaşı və qaynanası ikisi də beyinlərindən cərrahiyyə əməliyyatı olunublar, həkimlərə külli-miqdarda pulları gedib. Nəyə görəsə səhiyyənin pulsuz olmasından ağız dolusu dəm vurulsa da, ürək operasiyası bizim şanlı respublikada 10-12 min manatdan aşağı olmur. Ərim ürək xəstəliyindən uzun müddət əziyyət çəkdi, pulsuzduqdan onu əməliyyat etdirə bilmədik və həyatını itirdi. Xəstəliklərin çoxu nəzarətsizlikdən mağazalara doldurulmuş xəstəlik yaradan qida məhsullarından yaranır. Bütün bu bəlalara nəzarət edən və xalqı ağzın kapitalistlərdən qoruyan bir orqan yoxdur. Hakimiyyətin zəifliyindən istifadə edən bankirlər xalqın qanını gənə kimi sorurlar.
 CredAgro guya ki kənd təsərrüfatının inkişafı üçün yaradılıb. Gəlin baxın, hansı kənd təsərrüfatından söhbət gedir? Bir çox sənaye sahələri kimi təsərrüfatı da məhv edilib. Kəndli öz əkib becərdiyini qəpik-quruşa satır. Rusların vaxtında bizim zonada elə vaxt kasıb da toyunda ikra verərdi. Amma indi ikra yoxa çıxardılıb, guya milli sərvətdir, amma İsrailin dükanlarında qəpik-quruşa satılır. Özümüzkilər yiyə bilməz, amma yad ölkələrə daşıyıb ordakıları yemləyirlər. Niyə? Məhz immun çatışmazlığından əhali müxtəlif xəstəliklərə yoluxur və kəskin şəkil alır.
 Mən bir vətəndaş kimi xahiş edirəm, Neft Fondundan, ya da Heydər Əliyev Fondundan pul ayrılsın, bizim CredAgro-ya olan borcumuz bağlansın. Bu sələmçiləri cinayət məsuliyyətinə cəlb edib soruşun ki, nə düşmüsüz ac və yalavac bir ölkədə əhalinin üstünə, nə verib ala bilmirsiniz? Hansı ölkədə bu cür faizlər var? Nəyə görə abırlı insanlar, ziyalılar bank sələmçiləri tərəfindən məhkəmələrə çəkilir, soyulub talanır? Məgər onlar bankdan o pulu götürəndə aldatmağa, dağıdıb səpələməyəmi götürmüşdülər? Xeyr, sadəcə bizim respublikada pul qoyulacaq və mənfəət gətirəcək heç bir sahə yoxdur, çünki Sovet hökuməti gedəndən sonra bütün sahələr məhv edilib. Ölkəmiz Britiş Petroliumun neft müstəmləkəsinə çevrilib. Əgər belə davam edəcəksə, qoyun vətəndaşlar fərdi şəkildə qonşu dövlətlərə müraciət etsin, bu ağzınların əlindən imdad diləsin. Sələm qanunla qadağan olunmalıdır və onu verənlər cəzalandırılmalıdır. 10 ildir ki, biz ailəliklə bu quldurlara sələm ödəməklə məşğuluq. Daha bəsdir. Ölkədə pul yoxdur. Əgər bu cür qanımızı içməkdə davam edəcəklərsə, köçüb gedək, sığınacaq istəyək. Qəddafi öz ölkəsində ən aşağı maaşı 3 min dollar etmişdi, onun da axırına çıxdılar. Bunlara lazımdır ki, xalqlar dilənçi kökündə yaşasınlar. İranda sələm sistemi yoxdur, əhaliyə yüksək maaşlar və hər cür maddi yardımlar etsinlər, heç olmasa İrandan ibrət götürsünlər. Ayıbdır, neft ölkəsində bu cür biabırçılıqlar yaşanmamalıdır.

Həsənova M.           Cəlilabad rayonu 

Комментариев нет:

Отправить комментарий