Страницы

29.10.2011

Zəhrimara qalmış analoq


Ülvi Məmmədli
Professional Oxucu Liqası

Bu boyda oğruluğun, süni qiymət qaldırmanın fonunda inkişafımız heç vaxt analoqa-manaloqa çevirilməyəcək

 Səhər yerimizdən duranda əllərimizi analoqsuz sabunla yuyuruq, analoqsuz çaynikdə su qaynadırıq, analoqsuz maşınımızda gedirik, analoqsuz telefonla danışırıq, analoqsuz yeməklər yeyirik, axşamlar analoqsuz televiziyamıza baxırıq. Orada göstərirlər ki, bu analoq nə olan şeydir, ondan, yəni analoqsuz yol tutub gedən dövlətin də, onun vətəndaşının da xoş halına, xoş gününə!


 Hörmətli yapokraterlər, mən yeniliyin, yüksək texnologiyanın əleyhinə deyiləm. Avropanın da əleyhinə deyiləm və olmamışam da. Amma sadəcə olaraq bizim indiki vəziyyətimizdə analoqdanqabaq görüləsi işlərimiz çoxdur. Nə qədər ki, analoqsuz maaş, analoqsuz pensiya, analoqsuz təqaüd yoxdur, rüşvət və korrupsiya qalır, bizim problemlərimiz də qalmaqdadır. İnkişafımız bu boyda oğruluğun, süni qiymət qaldırmanın fonunda heç vaxt analoqa-manaloqa çevirilməyəcək. Bilirsinizmi, bizim çəkilən asfalt yollarımızda kilometrin qiymətinin analoqu yoxdur? Saaakaşvili 2 milyon dollara aeroport tikdi, Ziya Məmmədov 20 milyon dollara körpü, o da 6 aydan sonra uçdu. Necə bilirsiniz, bu cür analoqsuz inkişafın axırı necə olacaq?
 Dərd orasıdır ki, iqtisadi həyatımızda olan "analoqsuz"luq mənəvi həyatımıza da keçməkdədir. Düzdür, bunu "analoq" ilə ifadə etmirlər, amma infantilizim (orqanizmin fiziki və psixi cəhətdən inkişafda geri qalması; uşaqlıq dövrünə xas olan xüsusiyyətlərin yaşlı adamlarda qalması) mənəvi həyatımızı da "analoqsuz"laşdırır. Özü də ən pis mənada. Bir çox Qərb ölkələrində baş verənlər indi bizdə də ayaq açıb- gənclikdə infantilizim gedir
 Son dövrlərin 20-25 yaşlı oğlan və qızlarına diqqət yetirin. Nə görürük? Əsl valideyn hesabına yaşayan, bəxti gətirsə ali məktəbi tez qurtarmaq və bundan sonra "müf" pullar arzusuna düşmək ki, ziyafət həyatı sürmək, bacardıqca canını işə vermədən yaşamaq... Əvvəllər bu yaşda olanların fotoqrafiyasına baxırdın, oradan yaşlı əmilər, xalalar boylanırdı, çoxu ailəli idi, uşaqları vardı, oğlanlar əsgərlik xidməti keçirdi. Baxışlarından bir həyat təcrübəsi yağırdı, 28-30 yaşlarında bir müəssisənin rəhbəri olurdular, kollektivə rəhbərlik etmək məsuliyyəti olurdu.
 Ali məktəblərə sənəd verənlərə baxın. Sənədində 17 yaşı olan gəncin inkişaf dərəcəsi 14 yaşlı səviyyəsindədir. Gələcək ixtisasından tam xəbərsiz, heç bu haqda düşünməyən, gələcəyə heç bir planı olmayan boz kütlə (söhbət əksəriyyətdən gedir, hər yerdə, həmişə istinalar olub və olacaq da). 22-23 yaşında ali məktəbi qurtarır və bacardıqca tez vaxtdaca ...rəhbər post arzulayır. Bəzən olur da. Amma bunun kimə xeyiri var? Heç özünə də çox vaxt xeyiri olmur. Elə o da analoqsuz inkişaf edib. Nə əqli cəhətdən hazırdır, nə psixoloji cəhətdən, nə də fizioloji cəhətdən...

 İnanın ki, yeniliklərin tərəfdarıyam da. Amma ağıllı yeniliklərin. Xəbəriniz varmı ki, bu genləri modifikasiya olunmuş bitkiləri, həyatın lazım oldu-olmadı sahələrində nanotexnologiya tətbiq edənlərin özləri indi təbii məhsullar, təbii üsullar üçün maya buraxır, özlərinin tətbiq etdikləri "yenilik"lərdən can qurtarmağa çalışırlar? Bəlkə də qazanacaqlarını artıq götürüblər və elə gəncliyin infantilizmi bu işbazlara lazımdr. Köhnə, analoqsuz məsəlimizdə deyilir ki, "çox kötüklər üstündə çırpılar doğranıb".
 Xəbərdarlıq etmək borcumuzdur, necə nəticə çıxarmağınız sizdən asılıdır...

Комментариев нет:

Отправить комментарий