Страницы

10.10.2011

Erix Maria Remark “Üç dost”


Erix Maria Remark  “Üç dost”Əsərdən seçilmiş hissələr

Doğrudan da ad gününə heç bir əhəmiyyət verməsən də, həmin gün qəribə hisslər keçirirsən. Otuz yaş. Vaxt var idi, mənə elə gəlirdi ki, iyirmi yaşıma çatmayacağam, elə tez böyümək istəyirdim ki. Sonra isə…
***
Axı uduzmağı da bacarmaq lazımdır. Əks halda yaşamaq olmazdı.
***
Qəribə bir əhval var idi. Sanki zaman dayanmışdı; O, artıq zülmətdən axıb zülmətə tökülən çay deyildi – o, həyatın səssiz əks olunduğu dənizə çevrilmişdi.


***
Təvazökarlıq və düzlük ancaq romanlarda mükafatlandırılır. Həyatda isə onları istifadə edib bir kənara atırlar.
***
Bügun ən əsası unutmağı bacarmaq və düşünməməkdir!
***
Xoşbəxtlik dünyada ən qeyri-müəyyən və dəyərli bir şeydir.
***
Hər sevgi əbədi olmaq istəyir, onun əbədi bəlası da bundadır. Heç nə davamlı deyildi, heç nə.
***
Kimisə ürəyinə yaxın buraxsan, onun orada qalmasını istəyəcəksən. Heç kimi isə həmişəlik saxlamaq olmaz.
***
Ona nəzər yetirdim. Sanki başqa bir dünyadan olan məxluq idi. Kim olduğunu və necə yaşadığını heç cür təsəvvürümə gətirə bilmirdim.
***
Heç vaxt üzr istəməmək! Danışmamaq! Gül göndərmək. Məktubsuz. Təkcə güllər. Onlar hər şeyi örtürlər, hətta məzarları belə.
***
Bu üz məni hələ o dəfə valeh etmişdi və məni rahat buraxmırdı. Onda ağaclara, buludlara, heyvanlara, bəzən isə qadına xas olan sirrli bir sakitlik var idi.
***
O, tanıdığım yeganə adamdır ki, böyük bədbəxtlikdən özünə kiçik bir xoşbəxtlik yarada bilib. O, həyatı ilə nə edəcəyini bilmir, sadəcə hələ də yaşadığına sevinir.
***
Həqiqi sevgi yadları qəbul etmir.
***
Qəhrəmanlıq çətin zamanlar üçün lazımdır. Biz isə ümidsizlik əsrində yaşayırıq, bu dövrə ancaq yumor hissi yaraşır.
***
Qanunla mübarizədə ən yaxşı vasitə həyasızlıqdır.
***
Biz yan-yana oturmuşduq və susurduq. Dumanda hər şey həqiqətdən uzaq düşmüşdü – elə biz də.
***
O, qarşımda dayanmışdı. Gözəl, cavan, ümid dolu, xoş təsadüf nəticəsində mənim köhnəlmiş, yoxsul otağıma, mənim boş, mənasız həyatıma uçub gələn pərvanə… mənə doğru və yenə də mənim yanıma yox… zəif bir meh də bəs edər – və o qanadlarını açıb uçub gedər.
***
Hələ sevildiyimi dərk etmirdim. Düzdür, bilirdim ki, kişilərlə dostluq edə bilirəm, ancaq qadının məndə nə tapıb sevdiyini təsəvvür edə bilmirdim.
***
Insanlar daha çox kədərdən sentimental olurlar, nəinki sevgidən.
***
Həyatı düşünəndə melanxolik, əksər insanların onunla necə davrandığını görəndə isə abırsız olursan.
***
- Dayaz ancaq o kəslərlərdir ki, özlərini dərin düşüncəli hesab edirlər.
- Onda mən şübhəsiz dayazam. Böyük həyati məsələlərdən başım çıxmır. Ancaq gözəlliyi sevirəm. Budur sən yasəmən gətirdin – və mən artıq xoşbəxtəm.
- Bu dayazlıq deyil, bu ən ali fəlsəfədir.
***
İndiki cavanlar nə qəribədirlər. Keçmişə nifrət edirlər, indidən zəhlələri gedir, gələcək isə veclərinə deyil. Bunun axırı yaxşı olmayacaq.
***
Sevgi insanın içində yaranır, lakin heç zaman onda qurtarmır. Hətta hər şey – insan, sevgi, xoşbəxtlik, həyat olsa belə, hansısa qorxunc bir qanuna görə bunlar heç vaxt bəs eləmir. Və əslində bunların hamısı bizə böyük göründükləri qədər kiçilirlər.
***
- Məni sevirsən? – soruşdum. O, başını buladı.
- Bəs sən?
- Yox. Xoşbəxtlikdir, hə?
- Böyük xoşbəxtlikdir.
- Onda bizim başımıza pis bir şey gələ bilməz, elə deyil?
***
Kasıb adamlar çox vaxt vicdanlı olurlar.
***
Xoşbəxt sonluq ancaq o vaxt olur ki, ona kimi hər şey pis olsun. Pis sonluq daha yaxşıdır.
***
Ağırlıq yox olurdu, sərhədlər itirdi, qalan ancaq parıltı, musiqi və məhəbbət idi; Və təsəvvürə belə gətirmək olmurdu ki, bu cür musiqi səslənən zaman haradasa ehtiyac, iztirab və ümidsizlik var.
***
Heç nə – dünyanın əks olunduğu güzgüdür.
***
- Qadınla dalaşmaq mümkün deyil. Ən pis halda ona hirslənmək olar.
- Gecə saat üçdə çox incə nüanslara toxunursan. Yeri gəlmişkən, mən hər qadınla dalaşırdım. Dava-dalaş olmursa, deməli hər şey tezliklə bitəcək.
***
Biz keçmişimizə səbəb olan yalan və xudbinlik, acgözlük və insafsızlığa – hər şeyə qarşı vuruşmaq istəyirdik; Ürəklərimiz daşa dönmüşdü və ən yaxın yoldaşdan savayı heç kimə inanmırdıq, bizi heç vaxt yanıltmamış səma, tütün, ağaclar, çörək və torpaq kimi qüvvələrdən başqa heç nəyə inanmırdıq; Ancaq sonda nə oldu? Hər şey dağılır, saxtalaşdırılır və unudulub gedirdi. Unuda bilməyənlər üçün isə ancaq acizlik, ümidsizlik, laqeydlik və araq qaldı. Böyük cəsarətli arzuların dövrü keçib getmişdi. İşbazlar, satqınlıq və yoxsulluq zəfər çalmışdı.
***
Əbədi cavanlığın sirri unutmaqdadır. Biz ancaq yaddaşımıza görə yaşlanırıq. Biz çox az şeyi unuduruq.
***
Keçmişimiz bizə gələcəyə çox baxmamağı öyrədib.
***
Yalqız olan tərk edilməz. Ancaq hərdən axşamlar bu süni quruluş üçüb dağılırdı və həyat – hönkürüb ağlayan şiddətli bir musiqiyə, vəhşi həsrət, arzular, kədər və ümidlər burulğanına çevrilirdi. Kaş bu mənasız keyləşmədən, bu daimi şarmankanın mənasız dolanmasından qurtulmaq olaydı. Ah, azacıq istilik istəyən cılız arzu. Bu arzu iki əldə və mənə doğru əyilən simada təcəssüm etsəydi! Yoxsa bu da özünü aldatmaq, üz döndərmə və geriyə qaçmaqdır?
***
Nəyəsə sahib olma özü-özlüyündə itirmək deməkdir. Heç vaxt heç nəyi saxlamaq olmaz, heç vaxt! Zamanın cingildəyən zəncirini  heç vaxt aralamaq olmur, təlaş heç vaxt dincliyə, axtarışlar sükuta dönmür.
***
- Bunu anlamazsınız. Çox gəncsiniz…
- Çox gənc? Yalnış fikirdir. Məncə çox gənc olmaq mümkün deyil. Ancaq çox qoca olmaq olar.
***
Təhqir olunmuş hiss üçün həqiqət həmişə kobud və dözülməz olur.
***
- Çoxlu alma yeyin, cənab Lokamp! Almalar ömrü uzadır! Günə bir neçə alma və həkimə heç vaxt ehtiyacınız olmayacaq!
- Qolumu sındırsam belə?
… Blumental siqaret qutusunu çıxartdı və mənə də təklif etdi….
- Bunlar da ömrü uzadır? – soruşdum.
- Yox, bunlar onu qısaldır. Sonra o, almalarla tarazlaşır – bu da həyatın sirri…
***
Təkcə orta maşınları başdan eləmək olmur, – o, dedi. -hamı ucuz və ən bahalısını alır. Həmişə pulu olan yaxud varlı görünmək istəyən adamlar  tapılırlar.
***
Oyanmış analıq hisslərinə qarşı çıxmaq olmaz. Bütün dünyanın əxlaq dərsi verənləri onların tərəfindədir.
***
Dünyaya axmaq kimi gəlmək yox, dünyadan axmaq kimi köçmək ayıbdır.
***
Heç vaxt çox şey öyrənməyə çalışma, Robbi! Nə qədər az bilsən, o qədər yaşamaq asan olar. Biliklər insanı azad, lakin bədbəxt edir.
***
Bircə azadlığını itirmə! O sevgidən də dəyərlidir! Amma bunu adətən çox gec anlayırlar.
***
İnsan öz cüzi xeyirxahlıq ehtiyatlarını çox gec olanda xatırlayır. Bu zaman o, özünün necə mərhəmətli ola bilməsindən elə təsirlənir ki, özünü xeyirxah hesab edir. Yaxşılıq, xeyirxahlıq, fədakarlıq…bu keyfiyyətləri həmişə başqalarında görməyə çalışır ki, elə onların da başını aldada bilsin.
***
İnsan ömrü bir sevgi üçün çox uzundur. Olduqca uzun… Eşq çox gözəldir. Amma iki nəfərdən biri gec-tez darıxmağa başlayır. O biri isə hər şeyi itirir, dayanır və dəli kimi nəyisə gözləyir.
***
Sevgisiz insan məzuniyyətə gəlmiş ölü kimidir…
***
Həyatda ancaq səfeh qalib gəlir, ağıllı həddindən çox maneələr görür və heç nəyə cəhd etməmişdən əminliyini itirir. Çətin vaxtlarda sadəlövhlük – ağıllının hər addımda rastlaşdığı təhlükələri gizlədən ən qiymətli xəzinə, sehrli plaşdır.
***
Qadın sizinçün metal mebel deyil; O, çiçəkdir, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Hər gün xoş bir söz demək onunçün ömür boyu qaşqabaqla işləməkdən daha yaxşıdır. Bunu sizə əminliklə deyirəm. Və bir də mən kompliment söyləmədim, sadəcə elementar fizika qanunlarından birini xatırlatdım ki, göy rəng sarışınlara yaraşır.
***
O, qabaqcadan öz pullarının dərdini çəkirdi, bu isə ən həqiqi dərdlərdən biridir.
***
Biz həddindən çox bilirik və həddindən az bacarırıq… çünki çox bilirik.
***
- Ən dəhşətlisi, qardaşlar – vaxtdır. Vaxt! Yaşadığımız amma yenə də heç vaxt sahib olmadığımız anlar.
- Ferdinand, dünyanın ən ağır xəstəliyi düşünməkdir! Onun əlacı yoxdur.
***
Siz şüur haqqında nə bilirsiz ki! Axı öz hisslərinizdən qorxursunuz. Məktub yazmayıb, telefonla danışmırsınız; Artıq xəyallar qurmursunuz – şənbə-bazar günləri şəhərkənarına çıxırsınız; Siz sevgidə dərrakəli və siyasətdə düşüncəsizsiniz – miskin nəsil!
***
İnsanlar həqiqətən yeni və bədii ifadələri yalnız söyüş söyəndə tapırlar. Söyüş şkalası necə də zəngin və rəngarəngdir, abədi və dəyişməz qalan isə sevgi sözləridir.
***
- Yolumuzdan qara pişik keçdi.
- Məncə indi geri dönmək lazımdır.
- Eybi yoxdur – dedim – bundan əvvəl ağını görmüşdük. O, bunu neytrallaşdırar.
***
Mən isə belə güclü deyiləm. Mənə daha ağırdır. Tək olanda arzularla təsəlli tapmağı bacarmıram. Onda mən sadəcə tək oluram, vəssalam. Tənhalıq sevməyəndə asan olur.
***
Yəqin ki, bu dünyada ən çox yayılmış və ən ümidsiz əhvalat idi.
***
Ədəb – başqalarının səhvlərini görməmək və onların düzəldilməsi ilə məşğul olmamağın yazılmamış qanunudur.
***
- Robbi, dəyişdiyindən xəbərin var?
- Yox.
- Doğrudan, dəyişmisən. Bu elə sənin sözlərindən görünür. Artıq xahiş etmirsən. Sadəcə istəyirsən.
- Onda bu elə də böyük dəyişiklik deyil. Nə qədər çox istədiyimdən asılı olmayaraq, həmişə “yox” deyə bilərsən.
***
Sevgi üçün bir az sadəlövhlük lazımdır. Bu da səndə var. Onu qoruyub saxla, o, Allah vergisidir.
***
- Mən çox da yaxşı yoldaş deyiləm, Robbi.
- Ümidvaram ki, elədir. Mənə yoldaş qismində qadın lazım deyil. Mənə sevgili lazımdır!
- Mən heç sevgilin də deyiləm,-…
- Kimsən onda?
- Nə yarı deyiləm, nə də tam. Heç nə… fraqment…
- Ən yaxşısı da elə budur. Belə qadınlar həmişə sevilirlər. Mükəmməl və bitmiş qadınlar tez bezirlər, “fraqmentlərdən” isə heç vaxt.
***
Xeyir, Pat ölə bilməz… Ancaq o vaxt ki mən cəsarətimi itirəm. Yanımda dostum Kester var idi; Mən var idim – Patın sadiq dostu. Əvvəl biz ölməliyik. Nə qədər ki biz yaşayırıq onu da yaşadacağıq. Həmişə belə olub. Nə qədər Kester sağdır mən ölə bilməzdim. Nə qədər ki biz ikimiz varıq, Pat ölə bilməz.
***
Əsl tənhalıq – həqiqi, illüziyasız tənhalıq hissi dəlilik və intihardan əvvəl gəlir.
***
Çox yaşadıqca əsəblər daha çox korlanır. Hər dəfə yeni ziyana düşən bankirdəki kimi…
***
İkimiz də bilirdik ki, zavallını ancaq möcüzə xilas edə bilər. Lakin möcüzələr dövrü çoxdan keçmişdi. Hətta möcüzə baş versə də, axırı pis olurdu.
***
- Demək istəyirdim ki, bu gün evə bir az gec gələcəm. Kitabını oxuyub qurtardın?
- Yox, hələ yarısındayam. Hələ bir neçə saatlıq bəs edər.
- Onda sən hələlik oxu, mən də çatacam.
***
Bu zaman son həddəcən dartılmış üfüq uçub dağıldı və özü ilə gecəni, qorxunu və dəhşəti yumşaq sonsuzluğa uçurtdu.
***
Hər zaman birlikdə olmağın necə gözəl olduğunu son həftələr anladım. Artıq bu bir saatlıq görüşlərə tab gətirə bilmirəm! Səndən daha artığını istəyirəm! İstəyirəm həmişə yanımda olasan! Sevgi ilə gizlənpaç oynamaq istəmirəm, bu mənə lazım deyil, sadəcə səni və təkcə səni istəyirəm və sənsiz bircə dəqiqə də itirmək istəmirəm.
***
O, gülümsədi və mənə elə gəldi ki, bütün dünya nura bürünüb.
***
Kişi ancaq qadınların kaprizləri üzündən tamahkar olmağa başlayır. Qadınlar olmasaydi, pul da olmazdı. Onda kişilər qəhrəmanlar tayfası olardılar. Səngərlərdə qadınlarsız yaşayırdıq, kimin harada, hansı əmlaka malik olması məsələsi heç kimə maraqlı deyildi. Ancaq bir şey vacib idi: nə cür əsgərsən. Müharibə həyatının gözəlliklərini tərifləmirəm – sadəcə sevgi məsələsini düzgün tərəflərdən açmaq istəyirəm. O, kişidə ən pis instinktləri – sahib olma, ictimai mövqe, qazanc, rahatlıq ehtiraslarını oyadır. Əbəs yerə deyil ki, diktatorlar tərəfdarlarının evli olmalarını istəyirlər. Belə onlar daha az təhlükəlidirlər. Və əbəs yerə deyil ki, katolik keşişləri evlənmirlər, əks halda onlardan belə cəsur missionerlər çıxmazdı.
***
Həyatımda o qədər dəyişiklik olmuşdu ki, elə bilirdim, hər yerdə hər şey başqa cür olmalıdır.
***
Yeni ilə yeni fəqlidir və “yeni” sözü sizin almağınızdan və satmağınızdan asılı olaraq müxtəlif səslənir.
***
Yenə də həmin qəhvəyi üz qabıqlı jurnallar, həmin kədərlə sarmaşan bitkilər; Onlara ancaq həkimlərin qəbul otaqları və xəstəxanalarda rast gəlmək olur.
***
İnsan həmişə niyyətlərində böyük, amma onları həyata keçirməkdə acizdir. Onun füsunkarlığı da elə bundadır.
***
Qadınları tanıyırdım,  amma onlarla görüşlərim həmişə ani olurdu – hansısa macəralar, hərdən parlaq saatlar, tənha axşam, öz-özümdən, ümidsizliyimdən, boşluqdan qaçmağım… Heç özüm də başqa bir şey axtarmırdım. Axı bilirdim ki, özümdən və ən yaxşı halda dostumdan başqa heç kimə güvənə bilmərəm. Amma birdən başqa bir adam üçün necə vacib olduğumu, sadəcə onun yanında idim deyə necə xoşbəxt olduğunu gördüm. Bu sözlər çox bəsit səslənə bilər, ancaq dərindən düşünəndə onların sonsuz dərəcədə vacib olduğunu anlayırsan. O, adamın ruhunda tufan qaldırıb onu tamamilə dəyişdirə bilər. O, eşqdir və yenə də  başqa bir şeydir. Elə bir şey ki, onun uğrunda yaşamağa dəyər. Kişi sevgi üçün yox, amma başqa insan üçün yaşaya bilər.
***
Ona nə isə demək istəyirdim, amma bacarmırdım. Söylənilməsi vacib olan sözləri tapmaq çox çətin olur və lazım olan sözlər ağlına gəlsə də, onları deməyə çəkinirsən. Bu sözlərin hamısı ötən əsrlərdən qalıb. Bizim əsrimiz hələ öz hisslərinin ifadəsi üçün sözlər tapmayıb.
***
İyirminci əsrə gülməsək, gərək özümüzü güllələyək. Amma ona uzun müddət gülmək də olmur, tezliklə dərddən ağlayırsan.
***
Bütün bunları niyə etdiyimi anlamırdım, sanki nədəsə dolaşıb qalmışdım, məni içimdən parçalayırdı, düşüncəsiz və haqsız edirdi, məni o tərəfdən bu tərəfə vurub çırparaq, hər şeyi – indiyə kimi çətinliklə qurduğum hər şeyi darmadağın edirdi.
***
Heç nəyi əvvəlcədən bilmək olmur, ölümcül xəstə sağlam adamdan çox yaşaya bilər. Həyat çox qəribədir.
***
Fikir vermisiniz ki, özünü parçalama dövründə yaşarıyıq? Edə biləcəyimiz şeylərdən çoxusu etmirik. Heç özümüz də bilmirik ki, niyə. İş ən vacib məsələ olub: o qədər çox adam işsiz qalıb ki, onun barədə olan fikirlər yerdə qalan hər şeyi kölgədə qoyub.
***
- Yenə də adam qorxur, Robbi. Qorxursan ki, geyi qayıtmazsan…
- Hə, sonra isə geri qayıdırsan və hər şey keçib gedir. Özümdən bilirəm. Həmin yerə olmasa da, hər zaman geyi qayıdırsan.
***
Qəflətən özümü elə qəribə hiss etdim ki, sanki elə həyat budur, sözün əsl mənasında həyat, bəlkə də xoşbəxtliyin özü elə budur: bu qədər kədər, qorxu və səssiz anlaşılma ilə əhatə olunmuş sevgi…
***
Təkcə dəfələrlə tək qalan kəs sevgilisi ilə görüşlərin necə xoşbəxtlik olduğunu bilir. Ayrılıqdan savayı hər şey sevginin gərginliyini və sirrini zəiflədir. Tənhalığın serhli kürəsini hisslərin partlayışı, onların sarsıdıcı gücü, fırtına, tufan, gecə, musiqi və sevgidən başqa nə daha qətiyyətlə sındıra bilər?
***
Bəzən heç bir şey haqqında düşünməmək, heç nəyi təkbaşına etməmək çox xoş olur. Dayaq ola bilən kimsə olanda… Əslində hər şey göründüyündən daha asandır, əzizim – bircə gərək özümüz həyatımızı çətinləşdirməyək.
***
İnsanı ancaq o, öləndə itirirsən.
***
Hələ müharibə dövründən bilirdim ki, bizi vacib şeylər sakitləşdirmir. Təsəllini həmişə xırda, əhəmiyyətsiz şeylərdə tapırıq.
***
-Müharibə çoxdan qurtarıb, ancaq dinclik hələ də yoxdur. İnsanlara isə ancaq dinclik lazımdır. Dəli dünya!
- Dünya dəli deyil, təkcə insanlardır.
- İnsanlar dəli deyil! Sadəcə acgözdürlər, bir-birlərinə qibtə edirlər.
- Hə düzdür, bir neçə minillikdir ki, məsələ elə ancaq bunda imiş.
***
- Deməli, sağalmasına ümid var?
- Həkim həmişə ümid edir, onun da peşəsi budur.
***
-Şəhər xəstəxanasında da eyni hadisə baş verə bilər, – Hottfrid sakitcə dedi. – Əvvəl pul, sonra hər cürə bürokratizm və ən axırda isə yardım.
***
Əvvəl axır insanlar həmişə geri qayıdır.
***
- Elə belə də bilirdim, əzizim! Sən axı mənim barəmdə demək olar ki heç nə bilmirsən.
- Düzdür, amma bütün gözəllik də elə bundan ibarətdir. İnsanlar bir-birləri haqqında nə qədər çox bilirlərsə, bir o qədər çox anlaşılmazlıqlar yaranır. Və onlar bir-birlərinə yaxınlaşdıqca daha da özgələşirlər.
***
- Froylayn Holman, sizə elə gəlir ki, bu cavan oğlan xalis qızıl qabdır, əslində isə o, ən yaxşı halda qızıl suyuna çəkilmiş araq şüşəsidir.
- Bədiiliyə bir bax – dedim.
***
Pat əlimdən tutdu… əlinin istisini hiss edirdim, gümrah üzündə fənər işıqlarının sayrışdığını görürdüm, – yox, onun xəstə olduğunu anlaya bilmirdim. Bunu ancaq gündüzlər dərk edirdim, amma axşamlar – həyat daha incə və isti olanda və bu qədər çox ümidlər vəd edəndə – anlaya bilmirdim.
***
Düşündüm ki, hər zaman azacıq əminlik və pulları çatmayan millionlarla insanlar var. Həyat dəhşətli dərəcədə cılızlaşıb. O, təkcə miskin, çılpaq mövcudluq uğrunda əzablı bir mübarizədə cəmləşib.
***
Evə gəlib səni burada görmək nə gözəldir, hər dəfə mənim üçün hədiyyə kimidir. Son pillələri qalxıb qapını açanda həmişə ürəyim bərk-bərk döyünür: Bəlkə bunların hamısı xəyaldır?- Gülümsəyərək mənə baxdı. Mən bu cür danışanda, demək olar ki, heç vaxt cavab verməzdi. Əslində, heç qarşılıqlı etirafı gözləmirdim də. Hətta bu mənə bir az xoş gəlmirdi. Elə bilirdim ki, qadın kişiyə onu sevdiyini söyləməməlidir. Qoy bunu sözlərin əvəzinə onun parıldayan, xoşbəxt gözləri desin. Onlar bütün sözlərdən təsirlidir.
***
Xoşbəxtliyin nə olduğunu ancaq bədbəxt olan bilir. Xoşbəxt həyatın sevincini maneken kimi hiss edir: o, sevinci nümayiş etdirir, lakin ona sahib deyil. İşıq işıqlı olanda deyil, zülmətdə nur saçır.
***
İnsanlar araq və tütündən daha təhlükəli zəhərdirlər…
***
İşi sona çatdırmaq istəyirəm. Bu bir divar kimidir, onu aşırmadan irəliyə gedə bilmirəm.
***
Vədlər insanların üzərinə göydən yağan dolu kimi tökülürdü və onların başları üzərində cənnətin al-əlvan, sehrli gümbəzi ucalırdı; bu – hər biletə əsas uduş düşən, hər kəsin şəxsi xoşbəxtlik, şəxsi hüquqlar ədə etdiyi və şəxsi intiqamını ala bildiyi lotereya idi.
***
Hərdən düşünürdüm ki, bir gözəl səhər yuxudan oyanacam və birdən hər şeyin ötüb keçdiyi, yaddan çıxdığı, yox olduğu məlum olacaq. Davamlı heç nə yox idi – hətta xatirələr də.
***
- Ah, əzizim, niyə biz varlı deyilik? Hər halda pulları xərcləməyi əla bacarardıq! Günlərlə öz idarə və banklarından bayıra çıxmamaqdan başqa heç nə bilməyən nə çox varlı insanlar var.
Elə ona görə də onlar varlıdırlar. Amma biz varlansaydıq, bu, əlbəttə ki, uzun sürməzdi.
***
Səni lap çox düşünürəm. Buradakı həyatın necə olduğunu bilmirsən. Parıltılı, gözəl bir həbsxana. Başımı bir təhər qatmağa çalışıram, vəssalam. Sənin otağın yadıma düşəndə isə bilmirəm nə edim. Onda vağzala gedib aşağıdan gələn qatarlara baxıram, vaqonlara girib özümü elə aparıram ki, güya kimisə qarşılayıram. Belə sənə yaxın olduğumu zənn edirəm.
***
Qapını itələdim və Patı gördüm. Onu dəfələrlə yuxularımda və arzularımda məhz bu cür görmüşdüm. Mənə tərəf gəlirdi və onu həyatım tək bağrıma basdım. Yox, o həyatdan da artıq idi.
***
- İndi həkimlər haqqında soruşma. Ümumiyyətlə, artıq heç nə soruşma. Sən buradasan və bu mənə kifayətdir!
***
- Hə, bir-birimizə hər şeyi danışacağıq və onda görüşmədiyimiz bütün bu müddət bizim üçün artıq ayrılıq olmayacaq. Bir-birimiz haqqında hər şeyi öyrənəndə elə alınacaq ki, sanki heç ayrılmamışdıq.
***
- … Səni gözləyirdim.
- Amma sən gözləməməlisən. Heç vaxt! Nəyisə gözləmək dəhşətdir.
- Sən bunu anlamırsan, Robbi. Heç nə gözləməmək dəhşətdir.
***
Təəssüf – yer üzündə ən faydasız şeydir … O, bədxahlığın tərs üzüdür, xəbəriniz olsun.
***
Bütün bunlar ola bilməz. Axı belə ola bilməz! Bura sadəcə ölüm haqqında zarafatcıl pyes oynanan səhnədir. Axı həqiqətən ölmək son dərəcə ciddi bir şey olmalıdır.
***
Ən möhkəm oğlanlar həmişə bütün uşaqlara məlum olan tələyə düşürlər!
***
- Sənə bunu necə anladığımı heç ağıllı-başlı izah edə bilmirəm. Ən azı ona görə bacarmıram ki, hələ də bilmirəm məndə nə tapmışdın.
- Qoy bunun izahı mənə qalsın.
- Özün bunu bilirsən?
- Tam olaraq yox, – gülümsəyərək dedi – əks halda bu sevgi olmazdı.
***
Ayrılığın yaxınlaşdığını, çox keçmədən gerçək olacağını, ağacların çətirləri arasından gizlicə gəlib onlarda sarı izlər qoyan payız kimi gerçək olacağını kəskin və iti bir ağrı kimi ilk dəfə hiss etdim.
***
Ona nəzər yetirdim və birdən-birə hər şey dəyişdi. Artıq həkimə inanmırdım; Möcüzəyə inanırdım. O, burada idi, yaşayırdı, yanımda dayanmışdı və gülürdü – bunların qarşısında qalan hər şey geri çəkilirdi.
***
Bir də kim bilir ki, başına nələr gələcək? Məgər heç olmasa bir nəfər bilə bilər ki, bugün yazığı gəldiyi adamı müəyyən zaman keçdikdən sonra xoşbəxt hesab edəcək?
***
Mənə baxdı və birdən üzündə ağrı göründü. O saat anladım ki, hər şeydən xəbəri var. O, bilir ki, bir də heç vaxt orada, üfüqdə qaralan bu amansız sıra dağlardan keçməyəcək; O, bilirdi və bunu bizdən biz də ondan gizlətdiyimiz kimi gizlətmək istəyirdi, ancaq bir anlıq özünü saxlaya bilmədi və dünyanın bütün ağrı və kədəri onun gözlərində əks olundu.
***
- Heç də mərd deyildim. Sən bunu sadəcə hiss etmədin.
- Bəlkə də, amma axı cəsurluq özü elə bundan ibarətdir.
- Cəsurluq nədədir ki, Robbi?
- Ondadır ki, təslim olmursan… Nə qədər ki insan təslim olmur, o, öz taleyindən güclüdür.
***
- İndi isə tez boynuna al: neçə kişi artıq burda olub?
- Bir futbol komandası və filarmoniya orkestrindən başqa heç kim olmayıb, – Pat, gülərək dedi -əzizim, indi yenə əvvəlki zamanlar qayıtdı.
***
Sevdiyim gözlər mənə baxırdı. – Artıq heç nə bilmək istəmirəm. İndi təkcə xoşbəxt olmaq istəyirəm.
***
…sən həyatın özüsən və mən təkcə səni sevə bilirəm, amma xilas edə bilmirəm.
***
Birlikdə o qədər şeylərdən keçmişdik, daha bir-birimizə təsəlli verməyə çalışmağın mənası yox idi.
***
- Axı, əslində mənə heç vaxt ciddi yanaşmamısan, düzdür?
- Mən heç özümə qarşı ciddi deyiləm, Pat.
- Mənə qarşı da. Düzünü de.
- Bəlkə də, bunu bilmirəm. Ancaq Bizə həmişə çox ciddi yanaşmışam. Bunu dəqiq bilirəm.
***
Nəcə də qəribə idi: bu otaq, səssizlik və bizim kədərimiz. Orada, qapının arxasında, isə ardı-arası kəsilməyən, meşəli və çaylı, möhkəm nəfəsli, sağlam və həyacanlı həyat var idi.
***
- Bilirsən, bu cür uzananda çox şey haqqında fikirləşırsən. Onda əvvəllər əhəmiyyətsiz hesab etdiyin çox şey sənə qeyri-adi görünür. Bilirsən, indi nəyi heç cürə anlaya bilmirəm? Bizim kimi iki nəfər bir-birini belə sevir və yenə də onlardan biri ölür.
- Elə demə, həmişə kimsə birinci ölür. Həyatda həmişə belə olur. Amma bizdə hələ hər şey qabaqdadır.
- Ancaq tək olanda, ya da bir-birlərinə nifrət edəndə ölmək lazımdır. Amma sevəndə yox…
***
- Bircə bilsəydim ki, sonra nə olacaq. Sonra nəyinsə olmasına inanırsan?
- Hə,- cavab verdim -həyat elə pis qurulub ki, hər şey bu cür bitə bilməz.
***
Yaşamaq istəməyin o deməkdir ki, sevdiyin nə isə var. Belə daha çətindir, ancaq həm də asandır. Özün fikirləş, onsuz da ölməli idim. İndi isə şükür edirəm ki, sən var idin. Axı tənha və bədbəxt də ola bilərdim. Onda həvəslə ölərdim. İndi mənə daha çətindir. Əvəzində isə sevgi ilə doluyam, axşam pətəyinə qayıdanda bal ilə dolu olan arı kimi… Və əgər mənə bu ikisindən seçim imkanı verilsəydi, yenə də və yenə də hər şeyin indiki kimi olmasını seçərdim.
***
- Nəyi düşünürsən? -…
- Hələ də düşünməyə qadir olduğum tək bir şey – həyat və ölüm barəsində. Ürəyim lap çox sıxılanda və artıq heç nəyi dərk etməyəndə isə öz-özümə deyirəm ki, yaşamaq istəyəndə ölmək, ölmək arzusu ilə yaşamağa gəlib çıxmaqdan daha yaxşıdır.
***
- Çox bərkdən tıqqıldayır – o, pıçıldadı.
- Saatım?
- Guruldayır.
Saatı qolumdan çıxartdım. Qorxa-qorxa saniyə əqrəbinə baxdı.
- Yığışdır onu.
Saatı divara çırpdım:
- Bax, indi artıq səs salmayacaq. İndi vaxt dayandı. Biz onu tən yarı böldük. İndi təkcə biz varıq. Təkcə ikimiz – sən və mən – başqa heç kim yoxdur.

Комментариев нет:

Отправить комментарий