Oqtay Salamov
60-cı, 70-ci, 80-ci ilin uşaqlarısınızsa geriyə baxanda adamın biz bu illərdən necə çıxdığımıza, bu günlərədək yaşadığımıza inanmağımız gəlmir. Uşaq vaxtı biz gedən maşınların təhlükəsizlik kəməri və yastıqları yox idi. İsti yay günlərində at qoşulmuş arabada getmək ləzzət eləyirdi. Bizim çarpayılar tərkibində yüksək miqdarda qurğuşun olan parlaq rənglərlə rənglənmişdi.
Onda dərman qablarının sirli qapaqları olmurdu. Qapıları çox vaxt bağlamazdılar. Şkaflar, ümumiyyətlə, bağlanmazdı. Biz suyu küçədəki kalonkalardan içirdik, plastik butulkalardan yox. Biz qar və buz parçalarını yeyirdik. Heç kimin ağlına gəlməzdi ki, velosiped sürəndə şlem geyinsin.
Dəhşətdi!!!
Saatlarla zibillikdən yığdığımız taxtalardan, diyircəkli təkərlərdən araba, samokat düzəldərdik. İlk dəfə təpədən sürətlə enəndə xatırlayardıq ki, tormozları düzəltməmişik. Bir-iki dəfə kolluğa baş vurandan sonra bu problemin də həllini tapardıq.
İstirahət günləri səhər tezdən evdən gedib bir də olan yerlərdə küçə işıqları yananda gələrdik. Bütün günü heç kim bilməzdi ki, haradayıq. Mobil telefonlar yox idi. Təsəvvür eləmək də çətindir...
Əl-ayağımız kəsilərdi, dişlərimiz sınardı, heç kim də bir-birini məhkəməyə verməzdi. Hər şey olurdu. Günahkar özümüz olurduq, başqa heç kəs. Xatırlayırsınız?.. Qanımız çıxanacan dalaşardıq, gözlərimizin altı göyərərdi. Öyrəşmişdik, belə xırda şeylərə fikir vermirdik.
Biz perojna, dondurma yeyərdik, limonad içərdik. Heç kim də kökəlmirdi, çünki bütün gün hərəkətdə idik. Bir butulkadan bir neçə adam içirdi. Heç kim də bundan ölmürdü.
Bizim oyun pristavkalarımız, kompüterlərimiz, 100 kanallı peyk antennamız, kompakt disklərimiz, mobil telefonlarımız, internetimiz yox idi. Multfilmə baxmağa dəstə ilə birimizin evinə gedərdik. Onda video da yox idi axı...
Amma bizim dostlarımız vardı. Evdən çıxıb onları tapırdıq. Velosiped sürürdük, suya kibrit qabı buraxırdıq, skamyada, hasarın üstündə, məktəb həyətində oturub istədiyimiz şeydən danışardıq. Onda bizə kim lazım idisə, qapısını döyərdik, zənglərini basardıq, evlərinə gedib onlarla görüşərdik. Yadınızdadı? Heç kimdən icazə almadan. Özümüz. Bu təhlükəli dünyada təkcə. Qorumasız. Aman Allah, biz necə yaşaya bilmişik?..
Biz ağacdan, konserv bankalarından oyuncaq düzəldərdik, bağlardan alma oğurlayardıq, gilası çəyirdəkli yeyərdik. Heç birimizin mədəsində də gilas bitmədi.
Hər uşaq bir dəfə olsa da, futbol, voleybol komandasına yazılardı. Amma komandaya hamı düşmürdü. Bəzi uşaqlar ikinci il sinifdə qalırdılar. İmtahanlar testsiz, biliyin nümayişi ilə keçirilirdi. Amma şparqalka onda da vardı. Tənəffüs vaxtı bir-birimizi o vaxtkı çoxdəfəli şpritslərlə sulayardıq. Biz öz hərəkətlərimizə cavab verməyə hazır idik. Heç kimdən gizlənməzdik. Milisdən pul verib qurtarmaq (bəlkə böyüklər verirdi, mən uşaqları deyirəm), əsgərliyə getməmək üçün fırıldaqlar ağlımıza da gəlmirdi. Kiminsə atası, dayısı kiməsə "neqodnı" vəsiqəsi aldığını eşidirdik. Valideynlər çox vaxt qanunun tərəfini tuturdular, inanırsınız?
Bu nəsil risq eləməyi bacaran, problemləri həll edən, nəsə yarada bilən çoxsaylı adamlar yetirdi. Bizim risq eləməyə, uğursuz cəhdə ixtiyarımız vardı, məsuliyyətimiz vardı...Əgər bu nəsildənsinizsə, sizi təbrik edirəm. Bizim bəxtimiz gətirdi ki, uşaqlığımızı roliklər, mobil telefonlar, yeni ulduzlar, çipsilər əlimizdən almadı. Özü də indikilərin ümumi razılığı ilə.
Həm də onların rahatlıqları, xeyirləri üçün. Əslində dünyanın yeddi yox, çox, lap çox möcüzəsi var. Sadəcə olaraq biz onlara alışmışıq, hətta bəzən görmürük də...
Amma onda da kef çəkməli əyyam idi. Moskviç 412-nin tüninqi yadınızdadı? Qabaq şüşənin perimetri boyu beşqəpikliklər, tüklü rul, sürət qutusunun güllü eboksid dəstəyi və sözsüzki, arxa şüşənin qarşısında milis furajkası...
Povidlalı piroq möcüzə deyildi? Heç vaxt bilmirdin ki, pavidlo hansı tərəfindən axacaq... Hələ ananın hədiyyəsi:- İndi alıram, amma ad gününə hədiyyədi ha...
Pulsuz səhiyyə də möcüzə idi. Həkim birdi, növbə iki. Biri talonla, o biri siyahıya yazılmaqla. Hələ üçüncüsü də vardı. Bir söz soruşub çıxıram...
Dəstəyi at başı formasında ayaqqabıgeyən, həm dişləri, həm gümüş əşyaları təmizləyən diş pastası, hamamın qapısında biədəb uşaq forması, "Rubin" televizor, kanalları dəyişmək üçün kəlbətin... Üçkünc karton qutularda süd yadınızdadı? Siz də deyirsiniz "dünyanın yeddi möcüzəsi"...
O vaxt elə şeylər düzəldirdik ki, indi heç kimin ağlına gəlməz. Hələ o vaxt həmişə elədiyini bircə dəfə eləsən, səni başa düşməzlər, dəli sayarlar. Məsələn qazlı su avtomatları. Orada hamı üçün bir qalın stəkan vardı. İndi kimsə ümumi stəkandan su içməyi ağlına da gətirməz. Bu gün onu avtomat qoyulandan 5 saniyə sonra əkişdirərlər, avtomatı əkişdirməzdən 3 saniyə qabaq. Amma keçmişdə hamı bu stəkandan içirdi. Adi bir iş idi, heç kim xəstəliyə yoluxmaq haqda düşünmürdü. Hələ bu stəkanları alkoqoliklər də işlədirdi. Özü də qəribə idi ki, yerli alkaşlar içəndən sonra stəkanı yerinə də qoyurdular. İnanmırsınız. Amma o vaxt adi iş idi.
Təsəvvür eləyin, vanna otağında alçaq stulda oturmusunuz. Özü də qaranlıqda. Təkcə qırmızı fonar yanır. Yadınıza düşdü? Adi iş idi, fotoşəkil aşkarlayırdınız. Özü də ağ-qara. Sənin həyatın bu şəkillərdədir. Amma öz əlinlə çəkib aşkarlamısan, daha bu ürəksiz Kodak dayının işi deyil. Hələ məktəbdə makulatura toplamaq. İndiyənəcən başa düşmürəm ki, bu nəyə lazım idi. Hə, biz belə idik. İndi isə beləyik:
- Səhvən öz sistemə giriş parolunu mikrodalğalı sobada yığırsan; Ailənlə əlaqə yaratmaq üçün siyahıda 15 nömrə var, amma ailən 3 nəfərdən ibarətdir; o biri otaqda oturan həmkarına öz e-mail ünvanını göndərirsən; dostlarınla, ailənlə əlaqən kəsilib, çünki onların elektron poçtları yoxdur; mobil telefonu götürmədən evdən çıxmısansa panika düşür və geri qayıdırsan; səhər yataqdan qalxan kimi, çay, kofe içməmiş interneti qoşursan. İndi bu mətni oxuyub gülümsəyirsən. Artıq bilirsən ki, onu kimə göndərəcəksən. Amma o vaxtlar belə deyildi. Xatırlayırsan?..
ogtaysalamov@rambler.ru

Комментариев нет:
Отправить комментарий